SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Aydın Əliyev və Vüsal Novruzov yola salınır?

Aydın Əliyev və Vüsal Novruzov yola salınır?

Tarix:

23-04-2018, 11:38

/ 2 833 dəfə oxundu.
Aydın Əliyev və Vüsal Novruzov yola salınır?

Nazirlər Kabinetinin tərkibi qismən təsdiqlənsə də, təyinat olmayan 6 nazirlik və komitələr var. Onlardan biri də Dövlət Gömrük Komitəsi sədri postudur.

Prezident İlham Əliyevin seçkidən bir gün əvvəl sərhəd-keçid məntəqələrində rüşvət alınması, dilənçilik edilməsi barədə sərt çıxışı DGK-ya yeni sədr təyin olunacağı ehtimalını gücləndirib.

AzEuroNews.com xəbər verir ki, DGK sədri Aydın Əliyevin vəzifəsində qalıb-qalmayacağı qeyri-müəyyəndir.

Dövlət başçısı indiyə qədər gömrükdəki vəziyyətlə bağlı belə açıq mətnlə sərt çıxış etməmişdi. Bəzi versiyalar ondan ibarətdir ki, gömrük vergilərə birləşdiriləcək.

Amma hələlik struktur dəyişikliyinə dair hər hansı hərəkətlilik müşahidə olunmur. A.Əliyevin fəaliyyətindən isə İ.Əliyevin narazı qaldığı məlum çıxışında göründü.

Çünki ölkəyə mal idxal edən iş adamları gömrük əməkdaşları tərəfindən səbəbsiz yerə incidilir və onlardan rüsumdan əlavə ödənişlər tələb edilir.

Belə olan halda Dövlət Gömrük Komitəsinin (DGK) işçiləri ilə iş adamları arasında narazılıq yaranır.

Eləcə də vətəndaşların ən çox şikayətləndiyi Bakı Baş Gömrük İdarəsi və onun rəisi Vüsal Novruzovdur.

V.Novruzov A.Əliyevin patronajlığı altında gömrükdə inhisarçılıq yaradıb, ölkəyə gətirilən avtomobillərin qeydiyyatı zamanı bir maşının qiyməti qədər rüşvət istənilir və ölkədə ikinci büdcə açılıb.

Son illərdə brokerlər və gömrük generalları tərəfindən qazanılan kapital bir “katyol”a qoyulurdu və milyonlar müxtəlif istiqamətlərə daşınırdı.

Bu istiqamətlərdən biri də media holdinqlərin maliyyələşməsi idi. V.Novruzov A.Əliyevin təlimatı əsasında ölkənin tanınmış iki media holdinqini yemləyir.

Ancaq gələn xəbərlərə belə deməyə əsas verir ki, iki general arasında yaşanan konflikt media holdinqlərin maliyyələşməsinə ciddi şəkildə təsir edib.

Yüzlərlə işçisi olan holdinqlərin maliyyəsi azalıb, maaşlar yarıbayarı endirilib, ixtisarlar aparılıb, struktur dəyişikliklərinə qədər gedilib.

A.Əliyevlə V.Novruzovun konfliktinin detalları səhih şəkildə açıqlanmasa da, tərəflərin yola getmədiyi iddia olunur.

Bu məlumatlar da siyasi rəhbərliyə məruzə olunub və DGK sədri postuna təyinatla bağlı qərara təsirini göstərməsi, eyni zamanda bu iki generalın yola salınması qaçılmazdır.

Şərhlər

XƏBƏR LENTİ