yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Arıqlamaq istəyənlərə DİETOLOQ TÖVSİYƏSİ: “Kərə yağı yeməyin”

Arıqlamaq istəyənlərə DİETOLOQ TÖVSİYƏSİ: “Kərə yağı yeməyin”
18-04-2018, 11:45 709 dəfə baxılıb

Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəki problemidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Kimisi idmana, pəhrizlərə üz tutur. Amma bir qism insanlar arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara üz tuturlar ki əksər vaxtlarda bu yol insanlarda fəsadlara, hətta ölümə belə yol açır. Ailem.az-ın apardığı kiçik sorğudan sonra bəlli oldu ki, əksər insanlar arıqlamaq üçün satışda olan arıqlama çaylarından, həblərindən istifadə edirlər. Onlar bildirir ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər: “Nə istəyirik yeyirik, üstündən də bir fincan arıqlama çayı, ya da arıqlama həbi istifadə edirik. Nəticəsini isə dərhal görürük ki, bir-iki kilo arıqlamışıq...”
Bəs görəsən doğrudanmı adıçəkilən həmin vasitələrlə arıqlamaq mümkündürmü? Ümumiyyətlə, sağlam arıqlamağın yolları hansılardır? Dietoloq Tutu Zeynalova Ailem.az-a bildirib ki, qısa müddət ərzində arıqlamağı vəd edən həblərin və çayların arıqlatma xüsusiyyəti qəti şəkildə yoxdur. Əksinə, sağlamlıq üçün problemlər yaradır: “Həmin vasitələr yediklərimizin bağırsaqlarda mənimsənilmədən xaric olmasına səbəb olur. Bədən ehtiyacı olan vitamin və mineralları almır. Bir müddət sonra insanlarda saç tökülmələri, dırnaq qırılması, əsəbilik, aqressiya kimi arzuolunmaz hallar meydana gəlir. Bu həblər və çayların insanı arıqlatdığı heç bir elmi tədqiqatlarla sübut olunmayıb. Əgər bunlar məsələnin həlli yoludursa, həkimlər də məsləhət görər. İnsanlar ilk istifadə etdiyi zaman çıxır tərəziyə və deyir, urra, 2-3 kilo arıqladım. Niyə? Çünki həmin çaylar və həblər bədəndən suyu aparır və bağırsaqlar boşalır deyə həmin adamda ilk zamanlar bir az çəki azalması müşahidə olunur. Deyə bilərəm ki, nəticə etibari ilə orqanizmə heç bir xeyri yoxdur”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ