yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Dırnaq boyaları qana qarışır, maddələr mübadiləsini zəiflədir - İLGİNC FAKTLAR

Dırnaq boyaları qana qarışır, maddələr mübadiləsini zəiflədir - İLGİNC FAKTLAR
16-04-2018, 12:31 912 dəfə baxılıb

Qadınların gözəllik naminə istifadə etdikləri məhsulların başında dırnaq boyaları gəlir. Lakin dırnaq boyaları düşünüldüyü qədər zərərsiz deyil.

Araşdırmaçılar qadınların gözəllik parçası olan dırnaq boyalarının bu vaxta kimi məlum olmayan xüsusiyyətini ortaya çıxarıb.

Amerikalı mütəxəssislərin apardığı son araşdırmalara görə, dırnaq boyası insan sağlamlığı üçün təhlükəlidir.

ABŞ-ın Duke Universitetinin mütəxəssisləri dırnaq boyaları üzərində təcrübələr aparıblar. 3 min dırnaq boyası araşdırılıb. Nəticədə dırnaq boyasının tərkibində trifenil fosfat maddəsi aşkar edilib. Könüllü iştirak edən 24 qadın ilə sınaq aparılıb. 10 saatdan sonra isə iştirakçıların 100 faizinin orqanizmində trifenil fosfat izləri müşahidə edilib. Bu maddə insan bədənindəki hormonları zədələyərək endokrin sisteminin pozulmasına yol açır. Dırnaq boyası çəkdikdən sonra dırnaq yolu ilə qana qarışan bu maddə hormon sistemini pozur. Bu da maddələr mübadiləsini yavaşıdır.

Nəticələrə əsasən, dırnaq boyasının orqanizmə mənfi təsirlərini təqdim edirik:

- Dərini zədələyir, allergiya yarada bilər.

- Endokrin sisteminə zərər verərək vücudda toksinlərin toplanmasına səbəb olur.

- Vücudda bəzi infeksiyaların yaranmasına səbəb olur.

- Orqanizmi kimyəvi maddələrlə zəhərləyir.

Həmçinin dırnaq boyasını silmək üçün istifadə edilən asetonların da tərkibində taluen adlı kimyəvi maddə aşkar edilib. Bu isə insan sağlamlığına zərər verir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ