SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Babasildən qurtulmaq üçün möcüzəvi meyvədən YARARLANIN

Babasildən qurtulmaq üçün möcüzəvi meyvədən YARARLANIN

Tarix:

28-02-2018, 12:29

/ 1 672 dəfə oxundu.
Babasildən qurtulmaq üçün möcüzəvi meyvədən YARARLANIN

Nar qışda çox istifadə olunan və sağlamlığımıza olduqca faydalı olan bir meyvə növüdür. Narın özündən çəyirdəyinə, hətta qabığına qədər sağlamlığımıza bir çox sahədə faydası var. Bu mükəmməl meyvənin saymaqla qurtarmayan faydaları barədə məlumat veririk.

Babasil müalicəsində istifadə edilir

Cəmiyyətdə ən çox yayılmış sağlamlıq problemlərindən biri də babasildir. Bu xəstəlik gündəlik həyatda insanları çox narahat edir. Yarım litr suya bir ovuc atılaraq saxlanan nar qabığı suyunun bu xəstəliyə şəfa olduğu bildirilir.

Həzm sisteminə faydası var

Gündə bir ədəd mövsümündə yeyilən nar həzm sistemi xəstəliklərinə kömək edir.

Yanıqlarda müalicə məqsədi ilə istifadə olunur

Nar qabığı püresinin yanıqlar üzərində müalicə edici təsiri olduğu bilinir. Qabığı döyülərək yaranın üzərinə qoyulan nar, sağalma müddətini sürətləndirir. Yara üzərində olan mikrobları yox edir.

Xərçəng xəstəliklərindən qoruyur

Aparılan araşdırmalar nəticəsində narın xərçəng hüceyrələrinin yayılma sürətini azaltdığı ortaya çıxıb. Eyni zamanda xərçəng hüceyrələrinə öldürücü təsir göstərmə özəlliyi də olduğu bilinməkdədir.

Qandaki mikrobları təmizləyir

Narın tərkibində olan antioksidantların qan təmizləyici təsiri var.

Şərhlər

XƏBƏR LENTİ