yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Təmiz üz dərisinə sahib olmağın SİRRİ - ASAN RESEPT

Təmiz üz dərisinə sahib olmağın SİRRİ - ASAN RESEPT
29-01-2018, 12:58 555 dəfə baxılıb

Hər zaman baxımlı olmaq istəyən xanımların ən böyük arzusu, təmiz, ləkəsiz bir üzə sahib olmaqdır. Lakin müəyyən səbəblərdən üzümüzdə, müxtəlif qızartılar, səpkilər, sızanaqlar peyda olur. Müxtəlif kosmetoloji prosedurlar isə bəzi xanımların büdcəsinə uyğun gəlmir. Belə olan halda evdə təbii qarışımlarla bu problemlərin yaranmasının qarşısını ala bilərsiz.

Xanım oxuculara təmiz üz dərisinə sahib olmaq üçün ev şəraitində hazırlana biləcək asan resept təqdim edirik:

Qarışımın hazılanması üçün lazım olanlar:

2 ədəd aspirin tabletka

1 çay qaşığı təmiz bal

1 çay qaşığı limon suyu

Əvvəlcə aspirin tabletkaları yaxşıca əzilib toz halına salınır. Daha sonra üzərinə limon suyu ilə bal əlavə edilir. Qarışımı bir rəng alana qədər yaxşıca qarışdırmaq lazımdır. Hazırlanan məhlulu sadəcə sızanaq olan nahiyələrə sürtün. Bu maskanın xüsusilə gecə yatan zaman istifadə edilməsi tövsiyə olunur. Yatmazdan öncə maskanı üzünüzə çəkib gecə boyu saxlayın. Səhər ilıq su ilə yuyun.

Gecə yatan zaman maskanın üzünüzdən kənara bulaşmasını istəmirsinizsə, maska bandajından istifadə edə bilərsiz.

Xatırladaq ki, resepti həftədə yalnız 1 dəfə tətbiq etmək olar. Davamlı istifadə etsəniz, müsbət nəticələr əldə edəcəksiz.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: RESEPT, ASAN, olmagin, derisine, SRR, sahib, , Temiz, uz
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ