yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qəbizliyin qarşısını alır, ürəyi qoruyur... - Yatmazdan bir saat əvvəl yeyin

Qəbizliyin qarşısını alır, ürəyi qoruyur... - Yatmazdan bir saat əvvəl yeyin
17-01-2018, 11:28 959 dəfə baxılıb

Zəngin bir qida qaynağı olan kivi C vitamini ilə zəngin olan meyvələrdən biridir. Tərkibində həmçinin A, E, K vitaminləri, kalsium, maqnezium, mineral, fosfor və potasium da var. Hazırda mövsümü olan kivinin saymaqla bitməyən faydalarını təqdim edirik.

Astma müalicəsinə kömək edir

Kivi xırıltılı nəfəs və öskürək kimi astma simptomlarının yüngülləşməsinə kömək edir. Tərkibindəki C vitamini və antioksidantlar astma müalicəsində kömək olur. C vitamini histamin və prostaqlandinlərin metabolizmasına qatılaraq astma tutmalarının qarşısını alır.

Həzmə kömək edir

Kivi həzm üçün lazım olan liflə zəngindir. İçərisində aktinidin adı verilən proteolitik enzim proteini parçalamağa yardımçı olur və bu da həzm müddətini sürətləndirir. Kivi qıdalardakı bəzı proteinlərin, xüsusilə qatıq, pendir, balıq və çiy yumurtanın həzmində köməkçi olur. Proteinin həzminə kömək etməklə bərabər qəbizliyin qarşısını alır.

Qan şəkərini tənzimləyir

Kivi diabetli şəxslər tərəfindən istifadə edilə bilər. Qlisemik indeksi 47-58 arasındadır. Buna görə qan şəkəri səviyyənizi qətiyyən yüksəltməz.
Yüksək lif və aşağı karbohidratlara malik olan kivi qan şəkəri səviyyəsini nəzarət altına alaraq xolesterolu aşağı salır. Həmçinin, diabetlə əlaqədar narahatlıqları da müalicə edir. Kivi tərkibindəkiki təbii birləşmələr sayəsində yara sağaltma müddətini inkişaf etdirir.

Yuxu keyfiyyətini artırır

Yuxu problemi ilə üzləşənlər üçün kivi gözəl bir çözüm yolu ola bilər. Onun tərkibində yuxu pozuntusuna qarşı yararlı olan antioksidantlar və serotonin kimi tibbi baxımdan faydalı bir çox birləşmə var. Yatmazdan 1 saat öncə 2 kivi yeyin.

Ürək-damar sağlamlığını dəstəkləyir

Kivi C, E vitaminləri, polifenollar və potasium ilə zəngindir. Bunlar kardiovaskulyar sağlamlıq üçün əhəmiyyətlidir. C və E vitaminləri kimi antioksidantlar, sərbəst radikalları qandan uzaqlaşdırmağa kömək edir və aterosklerozun qarşısını alır. Bundan başqa, kivi qan laxtalanmasını aradan qaldırır.
Kivi istifadəsi qan triqliserid səviyyəsini 15 faiz aşağı salır. Kivi lif və potasium baxımından zəngin olduğu üçün ürək xəstəliklərindən qoruyaraq ölüm riskini aşağı salır.

İmmunitet sistemini artırır

Kivi yüksək C vitamini tərkibi ilə immunitetinizi gücləndirə bilər. Xəstəliklərin qarşısını almaq və zərərli patogenlərə qarşı orqanizmi qorumaq üçün immunitet sistemini gücləndirməyə kömək edir.
Zəngin bir antioksidant qaynağı olan kivi bədəni endogen oksidativ zədələrdən qoruyaraq, immunitet funksiyasını dəstəkləyir, bədəndəki soyuqdəymə, qrip kimi xəstəliklərin görülmə sıxlığını və şiddətini azaldır.

Sızanaqların qarşısını alır

Kivi ağrı və iltihablanma kimi əlamətləri azaltmağa kömək edir. Həmçinin dəridəki məsamələri təmizləməyə də kömək edir. Tərkibindəki E vitamini sızanaq və yara izlərini azaltmağa faydalıdır.

Kivi ilə üz maskasının hazırlanması:

Dərinizə püre halına gətirilmiş kivi sürtün və qurumasını gözləyin. Sızanaqlarınız yox olana qədər bunu gündə bir dəfə təkrar edə bilərsiniz. Ayrıca, 1 kivi, 1 xörək qaşığı limon suyu və balı qarışdırıb üzünüzə vurun. 15 dəqiqə saxlayıb soyuq su ilə yuya bilərsiniz.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: evvel, , qoruyur, yeyin, bir, ureyi, Qebizliyin, saat, qarshisini, Yatmazdan, alir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ