yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

XANIMLAR, DİQQƏT: Qaşıntı, ağrı və axıntınız varsa...

XANIMLAR, DİQQƏT: Qaşıntı, ağrı və axıntınız varsa...
17-01-2018, 11:26 1 334 dəfə baxılıb

Vaginal bölgədə tünd rəngli, xarab süd görünüşlü axıntı və qaşınma varsa, deməli, sizdə göbələk var. Tibbi dildə Candida Albicans adlanan vaginal göbələk mütləq müalicə edilməli bir narahatlıqdır.

Vaginal göbələk nədir?

Bütün qadınların vaginal bölgələrində bəlli bir səviyyədə bakteriya və göbələk yaranır və bu, olduqca normal bir vəziyyətdir. Göbələk faydalı bakteriyalar tərəfindən nəzarət altında tutulmaqdadır. Bakteriyalar azaldıqda göbələk böyüməyə və artmağa başlayar.

Vaginal bakteriyaların normal tarazlığını pozan vəziyyətlər

- Doğuş əleyhinə həblərdən istifadə

- Dar şalvar, islaq alt paltarı geyinmək, islaq bez ilə uzun müddət qalmaq

- Çok miqdarda şirniyyat, dadlandırıcı yemək

- Uşaqlıq yolu cihazların istifadəsi

- Hamiləlik

- Diabet

Bütün göbələk növlərində olduğu kimi, vaginal göbələk növü də nəmli və qaranlıq bir şəraitdə yaranır və böyüyür. Buna görə vaginanın həddindən çox nəmli qalmasına səbəb ola biləcək sintetik və neylon paltarlardan uzaq durmaq, pambıq alt paltarları seçmək lazımdır.

Vaginal göbələk necə müalicə edilir?

Əgər vaginal göbələklə qarşı-qarşıya olduğunuzu düşündürəcək əlamətlər varsa, əvvəlcə düzgün diaqnoz üçün həkimə getməlisiniz. Daha əvvəl vaginal göbələk xəstəliyi ilə qarşılaşmış və müalicə olunmusunuzsa, deməli, təcrübəniz var. Həkiminizin daha əvvəl sizə məsləhət gördüyü krem və müalicə vasitələri ilə bir an əvvəl bu problemdən yaxa qurtarın.
Vaginal göbələk müalicəsi zamanı diqqət etməli olduğunuz məqam cinsi əlaqəyə girməməkdir. Cinsi əlaqəyə girmək müalicəni uzadaca, üstəlik, partnyorunuza da keçə bilər. Müalicə əsnasında titrəmə, qızdırma kimi şikayətlər olsa, mütləq həkimə müraciət edin. Çünki bu, başqa bir göbələk növünün yaranmasının əlaməti ola bilər.

Vaginal göbələyin qarşısı necə alınır?

- Mütəmadi olaraq dar şalvar geyinməyin

- Sintetik və ya neylon deyil, pambıq alt paltarları geyinin

- Vaginaya parfümlü krem, şampun və pudra vurmayın

- Alt paltarı və bezlərin uzun müddət yaş qalmamasına diqqət edin

Bəzi göbələk növləri cinsi yolla həm sizə, həm də partnyorunuza keçə bilər. Hər ikinizdə də qaşınma, ağrı və axıntı kimi əlamətlər varsa, mütləq həkimə getməli və birlikdə müalicə olunmalısınız. Yalnız birinizin müalicə alması göbələyin mövcudluğunu qoruyar və yoluxma davam edər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qashinti, DQQET, ve, axintiniz, varsa, agri, XANMLAR
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ