SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Dövlət Xəzinədarlığı Agentliyi uğrunda savaş

Dövlət Xəzinədarlığı Agentliyi uğrunda savaş

Tarix:

5-01-2018, 09:12

/ 1 282 dəfə oxundu.
Dövlət Xəzinədarlığı Agentliyi uğrunda savaş

Dövlət Xəzinədarlığı Agentliyinin nəzdində fəlaiyyət göstərən 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev yaxın aylarda daha böyük vəzifəyə təyinat alacaq.
Bu barədə danışan məlumatlı mənbənin sözlərinə görə, Nadir Qarayev yaxın günlərdə uzun müddətdən bəri mübarizəsini apardığı Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə təyin ediləcək.
Məlumatda qeyd edilir ki, agentliyin baş direktoru vəzifəsi 2015-ci ildə boşalan vaxtı Nadir Qarayev buna cəhd eləsə də maliyyə naziri Samir Şərifov Elman Piriyevin üzərində dayanaraq onun təyinatını gerçəkləşdirib. Baş direktor vəzifəsindən gözünü çəkməyən Nadir Qarayevin bu dəfə əlinə şans düşdüyü idida edilir. Məlumata görə, 1 saylı Xəzinədarlıq İdarəsi rəisinin əsas himayəçisi olan Maliyyə Naizirinin müavini Azər Bayramov bu dəfə Nadir Qarayevi arzusu ilə qovuşdurmağa çox yaxındır. İddialara görə, Nadir Qarayev öz yaxın çevrəsinin vasitəsi ilə nazirlik içində Elman Piriyev haqqında müxtəlif dedi-qodular yaydırmaqla məşğuldur. Bu şaiyələrdə əsasən Elman Piriyevin nazir Samir Şərifova qarşı olduğu və Dövlət Xəzinədarlığı Agentliyinin baş direktorunun hakimiyyətdəki hansısa klanın dəstəyi ilə nazirlikdə daha böyük vəzifəyə təyinat almaq istəməsi ilə bağlı olduğu deyilir.
Qeyd edək ki, 1 saylı Xəzinadarlıq İdarəsinin rəisi Nadir Qarayevin adı heç də mətbuata yad deyil. Dəfələlərlə ölkənin müxtəlif media orqanlarında Nadir Qarayevin nazir müavini, qohumu Azər Bayramova arxalanaraq müxtəlif maliyyə maxinasiyaları həyata keçirtməsi ilə bağlı məlumatlar dərc olunub. Nadir Qarayevin vaxtı ilə Rabitə Nazirliyinin keçmiş Aparat rəhbəti işləmiş və hazırda dövlət əmlakını talmaqda təqsirli bilinərək həbs edilən Vidadi Zeynalovla yaxın dost olması barədə də məlumatlar var. Həmin məlumatlarda Vidadi Zeynalovla Nadir Qarayevin münasibətlərinin yaxınlaşmasının birincinin vaxtı ilə Xəzinədarlıq idarəsinin rəisini MTN-nin əlindən aldığı və həbsdən qurtarması ilə başladığı iddia edilirdi. Məlumata görə vaxtı ilə Nadir Qarayevin ölkə içində xeyli sayda obyekt alması və açıq aşkar maliyyə maxinasiyaları keçmiş MTN-çilərin diqqətini cəlb edib. Bundan sonra xüsusi əməliyyat qrupu Çovdarovun rəhbərliyi ilə Nadir Qarayevi həbs edərək nazirliyə gətiriblər. Bundan xəbər tutan Vidadi Zeynalov isə hərəkətə keçərək dostunu Eldar Mahmudov "çete”sinin əlindən qurtara bilib…

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ