SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Xoşbəxt olmaq istəyənlər bu qidaları yesin – DEPRESSİYAYA DÜŞMƏZSİNİZ

Xoşbəxt olmaq istəyənlər bu qidaları yesin – DEPRESSİYAYA DÜŞMƏZSİNİZ

Tarix:

28-12-2017, 13:43

/ 2 070 dəfə oxundu.
Xoşbəxt olmaq istəyənlər bu qidaları yesin – DEPRESSİYAYA DÜŞMƏZSİNİZ

Serotonin tərkibli qidalar “xoşbəxtlik gətirən” qidalardır. Ruh halınızı yaxşılaşdıran faydalı qidaları diqqətinizə çatdırırq.

Brokoli

Brokolidə önəmli miqdarda olan xrom bədən üçün ekstra enerji təmin edir. Xrom serotonin hormonu istehsalını dəstəklədiyi üçün ruh halınız üzərində də sakitləşdirici bir təsir yaradır. Həddindən çox yuxu və çox yemək kimi atipik depressiya simtomplarını azaltdığı sübut olunub. Xrom üzüm suyu və kartofun da tərkibində var.

Fıstıq

Zəngin bir sink qaynağına malik olan fıstıq enerji verən sağlıqlı bir çərəzdir. İmmunitet sistemini gücləndirərək, bədən müqavimətini artırır. Digər zəngin sink qaynağı isə qovrulmuş balqabaq çəyirdəyidir.

Qızıl balıq

Yayda bir müddət günəşlənmək ruh halımızı tənzimləyən vitaminləri almağımıza kömək edir. Bəs qışda həmin vitaminləri necə təmin edək? Təbii ki, qızıl balıq ilə. Bu balıq “günəş işığı vitamini” olaraq bilinən D vitamini ilə də zəngindir. Süd və yumurta sarısı da D vitamini baxımından faydalı qaynaqlardır.

İspanaq

Maqnezium serotonin inkişafında önəmli rol oynayan bir mineraldır və ispanaqda bolluca var. Bədəndə maqnezium çatışmadıqda yuxusuzluq və yorğunluq kimi depressiya əlamətləri ortaya çıxır. Badam maqnezium baxımından zəngin olan başqa bir qidadır.

Noxud

Noxudda olan B6 vitami ruh halımıza təsir edən serotonin və norepinefrinin bədəndə istehsalını təmin edir. Orqanizmdə B6-nın çatışmazlığı əsəbiliyə, zehin bulanıqlığına, əzələləri hərəkət etdirməkdə çətinliyə səbəb olur. B6 ilə zəngin digər qaynaqlar arasında lobya, banan və ala balıq var.

Şərhlər

XƏBƏR LENTİ