SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kennedinin azərbaycanlı qatili: Əbülfəz Məlikov – Mif və reallıq

Kennedinin azərbaycanlı qatili: Əbülfəz Məlikov – Mif və reallıq

Tarix:

25-12-2017, 00:30

/ 1 889 dəfə oxundu.
Kennedinin azərbaycanlı qatili: Əbülfəz Məlikov – Mif və reallıq

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, hər zaman belə olmur. Bizim də bu qüsurdan xali olduğumuzu iddia etmədən bir məqamın üzərində dayanmaq istərdik.
Son günlər bir sıra sayt və portalların baş mövzularından biri “Trans Broker” MMC və Əbülfəz Məlikovdur. Əsas mövzu xətti isə Broker adlı qrumun gömrük soistemindəki qanunsuzluqları və Ə.Məlikova yönəlik ittihamlardır. Bu şəxs daha nələrdə ittiham olunmur ki: ölkədən milyonlar çıxarmaqdan tutmuş, düşmən ölkə ilə əməkdaşlığa, gömrük monopoliyasından tutmuş siyasi xəyanətə qədər ən sərt ittihamların ünvanı məhz Əbülfəz Məlikov oldu. Bütün bunlardan sonra bircə XX əsrin ən faili-məchul cinayəti olan ABŞ prezidenti Kennedinin qətlini bu adamın üstünə yıxmaq qalır. Media olaraq bunu da etsək həm bu qətllə maraqlanan insanlar, həm də ABŞ FTB-i üçün savab iş görmüş olarıq. Əslində isə, gerçəklik necədir. Əbülfəz Məlikovun şəffaf və tam qanuni fəaliyyətini hökm kimi irəli sürmürük, amma əldə etdiyimiz bəzi məlumatları da diqqətə çatdırmağı vacib bilirik:
Əvvəla, artıq bir ilə yaxındır ki, gömrükdə “Broker” kabusu mövcud deyil. Ölkə rəhbərliyinin gömrük və vergi orqanlarının sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyması, inhisarçılığın aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi prosesi çərçivəsində bu qurumun hökmranlığı ortadan qaldırıldı.
İkincisi, Əbülfəz Məlikov məntiqi olaraq bu qurumun rəhbəri deyil. Bununla bağlı etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, adı çəkilən şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bir sahibkardan bu boyda kabus düzəldilməsi ağlabatan deyil.
Və nəhayət sonuncusu, əgər Ə.Məlikov doğudan da deyilən əməllərə imza atıbsa niyə hədəfdə yalnız o tutulur. Axı bütün bunlardan medianın xəbəri varsa və yazılanlar həqiqətdirsə Dövlət Gömrük Komitəsinin rəhbərliyi, hüquq mühafizə orqanları da eyni qaydada tənqid olunmalıdır.
Sonda bir məqamı da xatırlatmaq yerinə düşər. Şamaxı rayonunun bir kənd sakini olaraq sahibkar kimi uğurlar qazanan Ə.Məlikovun yardım etdiyi kasıb ailələr, imkansız uşaqların kiçik toylarını təşkil etməsi, təhsil xərclərini qarşıladığı tələbələrdən də bəhs etmək bu qədərmi çətindir? Yoxsa bunca “cinayət”lərdən xəbər tutan media həmin məlumatları əldə edə bilmir?….

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ