yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qadınların son dəbi - CAZİBƏDAR OMBALAR: "Azərbaycanda bu əməliyyata gedən xanımlar artıb"

Qadınların son dəbi - CAZİBƏDAR OMBALAR:
8-12-2017, 11:40 262 dəfə baxılıb

Qadın bədənini gözəl göstərən yerlərindən biri də ombalarıdır. Möhkəm və dik ombalar az qala hər qadının arzusudur. Belə deyirlər ki, mükəmməl ombalara sahib olan qadın geyindiyi istənilən şalvar, ya da ətəklə xoş və yaraşıqlı görünür.
Ombalar həm də qadınları ehtiraslandıran bədən nahiyəsidir. Onlar ombalarına təmas edilməsindən, oxşanmasından olduqca zövq alarlar. Sevişmənin daha da coşğun olduğu sırada qadının ombalarına sığal çəkmək onu dəli edəcək qədər ehtiraslandıra bilər.

Aparılan sorğular da göstərib ki, bəzi qadınlar ombaları üçün deyilən xoş sözlərə biganə qalmırlar. Onlar ombasının gözəl göründüyünə əmin olmaq istəyir.

Təsadüfi deyil ki, bəzi gözəllik yarışmalarında müsabiqəyə qatılan qızların omba görünüşünə xüsusi qiymət verilir. Braziliyanın San-Paulu şəhərində isə hər il ənənəvi "Miss Bumbum" gözəllik müsabiqəsi keçirilir ki, bu yarışmada ən gözəl ombaları olan xanımlar qalib seçilir.

Gözəl formalı ombalara sahib olmaq hər bir qadının arzusu olsa da, gerçəklik heç vaxt istəklərlə üst-üstə düşmür. Bu səbəbdən cazibədar görünüş istəyən bəzi qadınlar yaraşıqlı ombalar naminə plastik əməliyyata belə, getməyə hazırdırlar.
Son vaxtlar böyük ombalar belə deyək ki, dəbə minib. Bu səbəbdən yan əzələlərini (arxanı) böyütmək üçün bir çox qadınlar müxtəlif üsullara əl atırlar: xüsusi idman hərəkətləri edirlər, bu məqsədlə buraxılan xüsusi cins şalvarlar geyinirlər, ya da əməliyyata razılaşırlar.

Yeri gəlmişkən, ombalar bədəndəki ən çox əzələ toxumasının olduğu yerlərdir. Bunu nəzərə alan bəzi mütəxəssislər ombaları idmanla istədiyiniz formaya sala bilməyin mümkünlüyünü bildirir və qadınlara tövsiyə edirlər ki, cazibədarlığı artırmaq, iri və ideal ombalara sahib olmaq üçün vaxt tapdıqca idmanla məşğul olsunlar.

Daha dolğun və düzgün omba istəyənlər üçün "Braziliya üsulu ilə omba estetik əməliyyatı" da yaxşı çarə sayılır.

Bunu tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev də Modern.az saytının əməkdaşı ilə söhbət zamanı qeyd edib.

O bildirib ki, dünyaya nəzər salanda qadınların plastik əməliyyatlara ildən-ilə çox müraciət etdiyini görmək olar: “Bunlar burun, sinə və popo (omba) implantıdır. Popo və sinə əməliyyatları qadını daha cəlbedici və cazibədar edən əməliyyatlardır. Dünyada qadınların əksəriyyətində çanaq darlığı müşahidə olunur. Yəni ombalar dar olur. Bu da qadının görünüşünü – bədən quruluşunu bir xeyli pozur. Qadınları daha cəlbedici göstərən onun ombaları, sinəsi və ayaqlarıdır. Kişilərin ilk baxışdan qadına nəzər yetirdiyi yerlər onun sinəsi, ayaqları və ombalarıdır. İndi dünyada ən məşhur ombalar Braziliya popolarıdır. Çünki Braziliya qadınları çox formalı və fiquralıdırlar”.

R.Rzayev qeyd edib ki, bu səbəbdən omba əməliyyatının adına “Braziliya poposu əməliyyatı” da deyirlər: “Omba əməliyyatları zamanı bəzi qadınların yanlarında çuxurlar da olur və onları doldurmaq üçün iplantlardan, yaxud orqanizmin öz piyindən istifadə olunur. Normalda bu çuxurlar bəzi qadınlarda olur. Bu da formanın pozulmasına, daha pis görünməsinə səbəb olur. Bəzi qadınların yanlarına implantlar qoyurlar ki, ombalar daha gözəl görünsün və dik qalsın”.

Doktor R.Rzayev son vaxtlar Azərbaycanda da omba əməliyyatları keçirildiyini və bu cür plastik əməliyyatların hətta artdığını bildirib: “Belə əməliyyatları etdirən və xarici görkəmini düzəldən xanımlarımızın sayı artıq çoxalıb”.

Müsahibimizin qeyd etdiyi kimi, Braziliya omba əməliyyatlarına görə bütün dünyada məşhurdur. Bu ölkəni dünyaya tanıdan məşhur plastik cərrah və “Braziliya yanbızı” adını almış cərrahiyyə əməliyyatının ilk icraçısı İvo Pitanguy həyatla vidalaşsa da, artıq əksər ölkələrdə onun ardıcılları çoxalıb. İndi mərhum cərrahın “yanbız düzəltmə” texnikası pasiyentlər arasında getdikcə daha çox məşhurdur. Dünya cərrahları İvo Pitanguyu omba düzəltmənin yaradıcısı sayır, onun plastik cərrahiyyəyə töhfə verdiyini vurğulayırlar.

Omba əməliyyatları prosedurunun bir neçə tipi var. Amerika Plastik Cərrahiyyə Cəmiyyətinin bildirdiyinə görə, ombaların böyüdülməsi – onların ölçüsünün və formasının pasiyentin yanbızlarına iynə ilə piy köçürülməsi və ya onlara silikon implantının qoyulması ilə dəyişdirilməsidir.
“Braziliya yanbızı” əməliyyatında əsasən piy vurulmasından istifadə olunur. Bu əməliyyat zamanı pasiyent liposaksiya edilir, yəni onun qarın nahiyəsindən sorulub çıxarılan piy, emal edildikdən sonra həmin qadının ombalarına vurulur.
Bunun əksinə olaraq, adi omba cərrahiyə əməliyyatlarında, yanbızların ölçüsü onlardakı artıq piyin və dərinin çıxarılması ilə də müşayiət olunur. Bu əməliyyat adətən əhəmiyyətli həcmdə çəki itirmiş pasiyentlərə tətbiq edilir.

Beynəlxalq Estetik və Kosmetik Cərrahiyyə Cəmiyyətinin məlumatına görə, təkcə 2015-ci ildə dünyada 320 min ombaböyütmə və ombadikəltmə əməliyyatı aparılıb. Bu, 2014-cü illə müqayisədə 30 faiz artım deməkdir. 2016-cı və 2017-ci ildə belə əməliyyatların faiz göstəricisi bir qədər də yüksəlib. Bu əməliyyatlar ümumən təhlükəsiz sayılır. Lakin bütün cərrahiyyələrdə risk elementi olduğuna görə, mütəxəssislər reputasiyalı və səriştəli cərraha müraciət edilməsinin mühümlüyünü vurğulayırlar.

Bədənin daha çox hissəsinin açıq qaldığı isti ölkələrdə omba əməliyyatları xüsusilə populyardır.

Təsadüfi deyil ki, məşhur moda jurnalları da tanınmış xanımların fotosessiyasını hazırlayarkən onları “arxa plandan” gen-bol işıqlandırmağa üstünlük verir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: geden, , CAZBEDAR, debi, Azerbaycanda, son, emeliyyata, bu, xanimlar, OMBALAR, artib, Qadinlarin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ