SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan SADƏ ÜSUL

Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan SADƏ ÜSUL

Tarix:

1-12-2017, 11:42

/ 1 611 dəfə oxundu.
Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan SADƏ ÜSUL

Alimlərin fikrinə görə, görmə problemlərinin əsas səbəblərindən biri görmə aparatının həddindən artıq yüklənməsidir. Müasir insanların gözləri olduqca çox yüklənir ki, bu da bütün dünyada ildən ilə görmə problemlərinin artmasına gətirib çıxardır.

Keçmiş əsrin əvvəllərində amerikalı həkim-oftalmoloq Uilyam Beyts gözlərin dincəlməsi və gərginliyin azaldılması üçün çox sadə üsul təqdim edib. Bu sadə və effektli metodikanın əsasında qədim Şərq müalicə metodları, yoqların meditasiya üsulları durur.
Bütün dünyada bu metod "palminq" kimi tanınır.

Bunun üçün masa arxasında oturub dirsəkləri masaya qoymaq və gözləri ovucları ilə bağlamaq lazımdır (şəkildə göstərildiyi kimi).

Belin düz olmalıdır. Məşqi etdikdən əvvəl əllərinizi bir-birinə sürtün ki, əllər bir qədər qızsın. Gözlərinizi yumun və bu vəziyyətdə ən azı 5 dəqiqə oturun. Əlləriniz tam sərbəst olmalıdır, gözlərinizi sıxmayın.

Bu məşqi gündə 3-5 dəfə edin. Palminq həm görməni qoruyur, həm də sinir sisteminin vəziyyətinə müsbət təsir edir - sakitləşdirir, stressi və baş ağrılarını azaldır.

Şərhlər

XƏBƏR LENTİ