SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Uşaqda ayaq ağrılarının səbəbini – PEDİATR AÇIQLAYIR

Uşaqda ayaq ağrılarının səbəbini – PEDİATR AÇIQLAYIR

Tarix:

28-11-2017, 11:28

/ 1 940 dəfə oxundu.
Uşaqda ayaq ağrılarının səbəbini – PEDİATR AÇIQLAYIR

Bəzən azyaşlı uşaqlarda ayaq ağrıları ilə rastlaşırıq. Bunun isə nədən yarandığını anlamaq çətin olur. Təbii ki, bu hal valideynlərdə narahatlığa səbəb olur. Bəs görəsən uşaqlarda ayaq ağrılarına səbəb olan hallar hansılardır?
Bununla bağlı məlumat verən pediatr Günay Rəsulova deyir ki, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi, bəzi həkimlərin və valideynin ağlına ilk "Revmatizma" xəstəliyi gəlir: “Qəbula gələn xəstələrin çoxu artıq evdən bu "diaqnozla" gəlir. Əllərində də qanda yoxlanmış və "təsdiqlənmiş" müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən aylarla boşuna bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir”.
G.Rəsulova deyir ki, oynaq, sümük, əzələ ağrılari bir sıra revmatik xəstəliklərin əsas əlamətidir: “Yanaşı əsas və ciddi şikayətlər olur ki,mütəxəssis bunu aydınlaşdırır. Ayaq ağrıları bəzi ortopedik xəstəliklərdə də görülə bilər (onurğa əyrilikləri, yastıpəncəlilik, perthes xəstəliyi, və.s). Bununla bərabər travma sonrası ola bilər sınıq, çıxıq, burxulma, əzilmə kimi. Ayaq ağrıları qan xərçəngi və bəzi onkoloji xəstəliklərdə (sümük şişləri) ola bilər. Bu xəstəliklərdə tək ayaq ağrı şikayəti olmur, yanaşı olaraq başqa ciddi simptomlar da görülür”.
Həkim qeyd edir ki, 3-12 yaş arası uşaqlarda böyümə ağrıları kimi də ayaqda ağrı şikayəti görülə bilər.

Şərhlər

XƏBƏR LENTİ