SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Saçlarınız pis uzanır və tökülürsə, bu TƏBİİ YAĞdan istifadə edin

Saçlarınız pis uzanır və tökülürsə, bu TƏBİİ YAĞdan istifadə edin

Tarix:

3-11-2017, 11:13

/ 89 922 dəfə oxundu.
Saçlarınız pis uzanır və tökülürsə, bu TƏBİİ YAĞdan istifadə edin

Ayıpəncəsi yağı saçlara təbii qulluq vasitələri arasında ən tanınmış, sınanmış və effektli vasitələrdən biridir.

Ayıpəncəsi bitkisinin saçlara olan müsbət təsiri elmə də təsdiq olunub. Ayıpəncəsi bitkisinin ekstraktı və yağı bir çox şampun və saç üçün hazır maskaların tərkibinə daxil edilir.

Ayıpəncəsi kifayət qədər ucuz və əlçatandır. Lakin ev şəraitində də bu yağı hazırlamaq mümkündür. Bunun üçün sadəcə bitkinin kökləri yığılır, yaxşı yuyulur, qurudulur, doğranılır və 1 l-lik bankaya yığılır. Daha sonra bankaya istənilən bitki yağını (qarğıdalı, günəbaxan, zeytun) tökmək lazımdır (yağ köklərin üzərinə çıxmalıdır). Bankanı bağlayın və 14 gün ərzində sərin yerdə saxlayın. Bankanı arada silkələmək lazımdır. 14 gündən sonra yağı süzün və saç maskaları üçün istifadə edin.

Ayıpəncəsi yağından maska hazırlamaq üçün yağı su hamamında bir qədər qızdırın, saçlara çəkin, saçların diblərinə xüsusi diqqət yetirin. Daha sonra saçınızı plyonkaya və dəsmala bükün, 1-2 saat saxlayın, sonra yaxşı yuyun. Bu maskanı əvvəl həftədə 1 dəfə, daha sonra saçların vəziyyəti yaxşılaşdıqca 2-3 həftədən bir istifadə edə bilərsiniz.

Maska saçları möhkəmləndirir, tökülməsini azaldır, saçları daha elastik və həcmli edir, kəpəyi müalicə edir.

Şərhlər

XƏBƏR LENTİ