SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Dəri sallanmasına qarşı dəniz duzu

Dəri sallanmasına qarşı dəniz duzu

Tarix:

17-01-2017, 09:33

/ 2 417 dəfə oxundu.
Dəri sallanmasına qarşı dəniz duzu

Yaş irəlilədikcə tədbir görülməzsə, dəri sallanması problemindən qaçmaq qeyri-mümkündür. Bunun qarşısına keçmək üçün əvvəlcə etməli olduğunuz düzgün qidalanma və müntəzəm idmandır. Bunlarla yanaşı dərinizə dəstək verəcək baxım üsullarından da yararlanın. Məsələn, dəniz duzu.

Dəniz duzu tərkibindəki minerallar sayəsində bədənin gəncləşməsini təmin edir. Üstəlik hər istifadəsindən sonra dərinizdə gərginliyi hiss edəcəksiniz.

Dərini yeniləyir

Dəniz duzu bir müddət istifadədən sonra dərinizin yenilənməsini təmin edəcək. Bu yenilənmə sonrası dəri rənginin açıldığını da görəcəksiniz. Eyni zamanda dəridəki ləkə və yaralara müsbət təsir edəcək.

Necə istifadə edilir?

Həftədə 1, ya 2 dəfə dəniz duzu ilə isti bir duş qəbul etsəniz, qısa zamanda faydasını görəcəksiniz. Vannanı isti su ilə doldurun və dəniz duzu əlavə edib içinə girin. Bir müddət dincəldikdən sonra isti su ilə durulanın. Dərinizdəki rahatlığın dadını çıxarın.

Şərhlər

XƏBƏR LENTİ