SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dələduz şəriki Bakıya gətirilən deputat oğlunu “baqaj”a qoya bilər

Dələduz şəriki Bakıya gətirilən deputat oğlunu “baqaj”a qoya bilər

Tarix:

23-10-2017, 09:58

/ 59 867 dəfə oxundu.
Dələduz şəriki Bakıya gətirilən deputat oğlunu “baqaj”a qoya bilər

Millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun şərikinin dələduzluq içşi böyüyür
Əldə etdiyimiz xəbərə görə, Rusiyada həbs edilən Elnur İbrahimovun Azərbaycana ekstradisiyası gözlənilir.
Son xəbərə görə, deputat oğlu Bakıda keçiriləcək prosesdə təkrar dindirilməsi və məhkəmə istintaqında ifadə verəcəyi bildirilir.
Axundovların adı qarışan dələduzluq işinin Rusiyaya qədər gedib çıxması və prosesin davam eləməsi xanım millət vəkilinin siyasi karyerası və reputasiyasına da ciddi şəkildə zərbə vurmaqdadır.
Oğlunun ucbatından adı medianın dilindən düşməyən E.Axundovanın imicinə xələl gəlməkdədir. H.Axundovun isə E.İbrahimovun Bakıya gətiriləcəyi halda dindiriləcəyi, istintaqa ifadələri bu iş üzrə yeni səhifə açacaq.
Nəzərinizə çatdıraq ki, deputat oğlu və onun şəriki tərəfindən aldadıldığını iddia edən bir qrup şəxs məsələnin Bakıda məhkəmədə tamamilə açılmasının tərəfdarıdırlar.
Millət vəkilinin oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olan İbrahimov Elnur Rauf oğlu 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub.
Atası Bakı Metrpolitenində elektrik, anası isə orta məktəb müəlliməsi işləyən birinin bu qədər şəxslərə qarşı külli miqdarda pul “ataraq” əlini qolunu sallayaraq gəzməsi çox çəkmədi. Artıq 1 ilə yaxındır ki, Azərbaycana ekstradisiya olunmur.
Əldə etdiyimiz xəbərə görə, H.Axundovun bu məsələdə iştirakı və rolunun da istintaqda təkrar araşdırılması tələb olunacaq.
Zərər çəkmişlər bildirirlər ki, E.İbrahimov Bakıya ekstradisiya olunarsa, məhkəmədə şok faktlar açıqlaya bilər və Axundovu mat qoya bilər. Ona görə də Axundovlar onun gətirilməsinin əleyhinədirlər.
Rusiya Ali Məhkəməsi deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən iş üzrə qərar verib. Məhkəmə deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.
Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar.
Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək. Dividend ödənişi bir neçə ay davam edib.
Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.
Zərərçəkənlərin israrlı tələblərindən sonra E.İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ