SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İstanbulu ofşor zonaya çevirən Mehrəliyev qardaşları

İstanbulu ofşor zonaya çevirən Mehrəliyev qardaşları

Tarix:

6-10-2017, 09:36

/ 1 512 dəfə oxundu.
İstanbulu ofşor zonaya çevirən Mehrəliyev qardaşları

Vidadi Zeynalov və Mehrəliyev qardaşlarının Azərbaycandan taladıqları pullar Türkiyədə necə sərmayəyə çevrilib?

Keçmiş polis rəisi, hazırda həbsdə olan Vidadi Zeynalovun qaynı və BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyevin Türkiyədə zəngin iş adamına çevrilib.

Aztoday.Az-ın məlumatına görə, yenicag.az-ın Türkiyədə apardığı araşdırmalar nəticəsində məlum olub ki, Vidadi Zeynalov və Mehrəliyev qardaşları Azərbaycanda taladıqları pulları gizli şəkildə ölkədən çıxarıblar.

Mediada adı “Rabitə işi” kimi hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdəki aparat rəhbəri Vidadi Zeynalov və yaxın adamları barədə maraqlı məlumat daxil olub. Daxil olan məlumatda qeyd edilir ki, 74 milyon manat dövlət əmlakını mənimsəməkdə şübhəli bilinən və 179.3.2-ci, 308.2-ci və 308.1-ci maddələri üzrə həbs olunan Vidadi Zeynalovun azadlığa çıxması üçün hakimiyyət dairələri ilə apardığı danışıqlar nəticəsiz qalıb.

Həmin danışıqları isə adı tez-tez mətbuatda “milyonçu məmur” kimi hallanan BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev olub. Rafael Mehrəliyev dəfələrlə Vidadi Zeynalovla qohum olduğunu boynundan atsa da, hakimiyyət daxilində hər kəs yaxşı bilir ki, məhz Mehrəliyevin paytaxt meriyasında əsas gəlir sahələrindən birinə yiyələnməsini vaxtilə yaxın qohumu Vidadi Zeynalov təşkil etdirib.

Bildirək ki, Rafael Mehrəliyevin qardaşı Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısının həyat yoldaşıdır. Məhz Mübariz Mehrəliyevin də rəis vəzifəsinə qədər irəliləməsində vaxtilə qaynının böyük əməyinin olduğu deyilir. Qeyd edək ki, Mübariz Mehrəliyev 2015-ci ilin əvvəllərində Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə polis sıralarından qovulub. Mübariz Mehrəliyevin vəzifədən çıxarılmasının səbəbi isə həm onun, həm də qardaşı Rafael Mehrəliyevin adının Vidadi Zeynalovun cinayət işində hallanması olub. Bu barədə verilən məlumata görə Vidadi Zeynalovun cinayət işində onun ən yaxın ailə üzvləri və ətrafı arasında əsas gözəçarpan şəxslər məhz Mehrəliyev qardaşlarıdır. Rafael Mehrəliyev Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun dəstəyi ilə Vidadi Zeynalov cinayətindən güclə qurtulsa da, qardaşı Mübariz Mehrəliyev vəzifəsi ilə vidalaşmalı olub. Mənbə bildirir ki, Vidadi Zeynalov həbsə girdikdən sonra özünün bir çox biznes qurumlarını məhz Mübariz Mehrəliyevin idarəsinə verib. Bundan başqa Vidadi Zeynalovun həbsdən azad olunmaq üçün dövlətə dəyən ziyanı ödəmək şərti ilə azadlığa çıxmaq barədə danışıqları hakimiyyət dairələri ilə Rafael Mehrəliyev aparıb. Ancaq yuxarıda qeyd etdiyimiz kimi danışıqlar nəticəsiz qalıb.

Məlumata görə Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev polis orqanlarından qovulandan sonra Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. Türkiyədə aparılan araşdırmalar isə onu göstərir ki, Mübariz Mehrəliyev qaynı Vidadi Zeynalovun və qardaşı Rafael Mehrəliyevin, həmçinin digər qohumu Bakı Şəhər icra Hakimiyyətində “tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub. Mənbəmiz bildirir ki, Vidadi Zeynalov danışıqların baş tutmamasından sonra dərhal Rafael Mehrəliyevə göstəriş verərək, bütün nağd pullarının ölkədən çıxarılmasını istəyib. Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.

Türkiyədə aparılan araşdırmalardan məlum olur ki, Mübariz Mehrəliyev qardaşı üçün İstanulda böyük bir restoran, bir neçə bahalı ev və şirkəti üçün 2 mərtəbəli ofis alıb. Həmin ofisdə Rafael Mehrəliyevlə Vidadi Zeynalovun şərikli turizm şirkətinin fəaliyyət göstərəcəyi ehtimal olunur. Həmçinin Azərbaycanın sərvətini talayaraq ölkədən çıxaran talançı qohumlar Bodrum və Antalya şəhərlərində torpaq sahəsi aldıqları və burada böyük bir istirahət kompleksi tikdirmək üçün işə başladıqları məlum olub. Artıq hər iki şəhərdə tikinti işlərinə başlanılıb. Bundan başqa korrupsioner azərbaycanlı məmurların İsnabulun əh bahalı rayonlarından olan Beykozda və üçüncu boğaz körpüsü yaxınlığında böyük torpaq sahələri də aldıqları məlum olub.

Maraqlıdır ki, son zamanlar Azərbaycandan ayrı-ayrı şəxslər tərəfindən 100 milyonlarla dollar vəsait qeyri-qanuni yolla Türkiyəyə çıxarılıb və korrupsiya nəticəsində əldə edilən bu çirkli pullar Türkiyədə sərmayəyə çevrilib. Yəni faktiki olaraq bu gün Azərbaycanda korrupsiya yolu ilə əldə edilən pullar Türkiyənin iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edir. Hesab edirik ki, həm Azərbaycan dövləti, həm də qardaş Türkiyə dövləti bu tipli təhlükəli cinayət şəbəkələrinin biznes dairələrində kök salmasına imkan verməməli, onların cinayət yolu ilə qazandıqları çirkli pulları yumalarına mane olmalıdırlar.

Şərhlər

XƏBƏR LENTİ