yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ac qalmaq saçların uzanmasına kömək edir

Ac qalmaq saçların uzanmasına kömək edir
18-09-2017, 10:41 36 133 dəfə baxılıb

EurekAlert portalının xəbərinə görə, braziliyalı alimlər aclığın saçların sürətli uzanmasını təmin etdiyini müəyyən ediblər.

Cell Reports jurnalında nəticələri dərc olunan araşdırmada, iki qrup siçan üzərində təcrübələr aparılıb. Bir qrup heyvana az yemək yedizdirilsə də, digər qrupdakı siçanlar nizamlı bir şəkildə qidalanıb. Altı aylıq dövr ərzində normal qidalanmanın yalnız 60%-i təmin olunan siçanlar iki kilo arıqlasalar da, heyvanların dəri təbəqəsinin qalın, tüklərinin uzanmış olduğu ortaya çıxıb.

Alimlər bu dəyişikliklərin siçanların yeni qidalanma rejiminə adaptasiyası nəticəsində baş verdiyini düşünür.
Siçanların bədən temperaturunu sabit saxlamaq üçün daha az enerji sərf etməsinin tüklərin sürətli uzanmasını təmin etməsi fikrini bildirən braziliyalı mütəxəssislər, bu vəziyyətin insana da aid olduğunu qeyd edirlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qalmaq, Ac, sachlarin, uzanmasina, edir, komek
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ