yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

XƏBƏRDARLIQ: Kosmetika mağazasında virusa yoluxa bilərsiniz

XƏBƏRDARLIQ: Kosmetika mağazasında virusa yoluxa bilərsiniz
7-09-2017, 11:10 56 987 dəfə baxılıb

Kosmetika mağazalarından makiyaj ləvazimatları alarkən sınaq məqsədi ilə testerlər qoyulur. Xanımlar da hər hansı vasitəni almazdan əvvəl həmin testerləri çəkib yoxlayırlar. Ancaq bilmirlər ki, bu testerlər həyati təhlükə yaradır. Krem, dodaq boyası, tuş, tonlaşdırıcı kremlər kimi müxtəlif testerlər uçuq, çivzə, akne, qrip infeksiyaları və dəri xəstəliklərinin yaranmasına səbəb olur. Bunun üçün də mütəxəssislər kosmetika mağazalarına getdikdə birdəfəlik tester tələb etməyi məsləhət görür. Testerlərin təhlükələri haqda bəzi məlumatları təqdim edirik.

Dünya sağlamlıq təşkilatları da testerlərlə bağlı insanları diqqətli olmağa çağırır. Çünki müştərilərə sınaq məqsədi ilə təqdim edilən tester məhsulları sağlamlıq təhlükələrinə başçılıq edir.

Mütəxəssislər bildirir ki, sizdən əvvəl tester məhsulu istifadə edən insan sağlam olmaya bilər. Onlardan keçən xəstəliklər həmin tester məhsulundan istifadə etdikdə sizə də keçir. Nəticədə dərinizdə sıyrıq, çatlaq kimi mikrob infeksiyaları, uçuq kimi viral infeksiyalar, bakteriya infeksiyaları, hətta hepatit virusuna yoluxmanıza gətirib çıxara bilər.

Türkiyəli professor Qönçə Gökdemir deyir ki, kosmetik məhsullar içərisində də məhsulları qoruyucu bəzi prezervativ maddələr, rəng maddələri var. Əgər yaşlanma əleyhinə olan məhsullar istifadə edirsinizsə, tərkibində bəzi vitamin və minerallar olduğunu bilin. Bunlar hava ilə təmasa uğradıqda xarab olma ehtimalı yaradan kimyəvi maddələrlə də zəngindir. Bu səbəbdən də sizin istifadə etdiyiniz tester məhsulu dəfələrlə açılıb-bağlandığı üçün bu məhsullar xarab ola bilər: “Xarab olmuş bir məhsulu dərinizlə təmas etdirdiyiniz zaman dərinizdə ağılımıza gəlməyən qıcıqlandırıcı reaksiyalar gedir. Bir çox mağazalarda kosmetik məhsulların nümunələri daha kiçikdir, yəni birdəfəlik istifadə üçün nəzərdə tutulub. Həmin məhsulları tester kimi istifadə etməyiniz məsləhətdir. Testerləri hər hansı təmizlik məhsulu ilə təmizləyib yenidən istifadə etmək də təhlükəlidir. Bəzi testerlərdə əlavə çubuq vasitəsi də var. təhlükədən qorunmaq üçün həmin çubuqlardan da istifadə edə bilərsiniz”.

Mütəxəssislər birdəfəlik istifadə üçün nəzərdə tutulan testerlər istifadə etməyi tapşırır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: XEBERDARLQ, Kosmetika, virusa, bilersiniz, magazasinda, yoluxa
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ