yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Limon suyuna bir çimdik qırmızı bibər tökün və... - SELLÜLİTDƏN QURTULUN

Limon suyuna bir çimdik qırmızı bibər tökün və... - SELLÜLİTDƏN QURTULUN
31-08-2017, 10:38 140 455 dəfə baxılıb
yüklənir...

Sellülit hər bir qadında yarana bilər. Bəziləri ondan xilas olmağın qeyri-mümkün olduğunu düşünür. Ancaq bəzi qidalanma üsulları, antisellülit vasitələri və idman məşqləri ilə sellülitin yaranmasının qarşısını ala və ondan xilas ola bilərsiniz.Bunun bir neçə yolu ilə sizi tanış edirik.

Qəhvə

Qəhvənin tərkibindəki kafein və antioksidantlar dərini dartır və canlandırır. 1/4 stəkan qəhvə ununa 2-3 yemək qaşığı isti su əlavə edərək məcun halına gələnə qədər qarışdırın. Nəmləndirici olması üçün bir neçə damcı zeytun yağı da əlavə edə bilərsiniz. Qarışımı problemli bölgəyə tətbiq edin və bir neçə dəqiqə saxladıqdan sonra durulayın. Bunu duş qəbul edərkən də sellülit olan hər yerə tətbiq edə bilərsiniz.


Limon suyu və qırmızı bibər

Limon suyu təbii yağ yandırıcıdır. Bədəninizdəki yağ hüceyrələrini yandırarkən sellülitin də yaranmasının qarşısını alır. 2-3 yemək qaşığı limon suyunu bir stəkan suya əlavə edin. Bir çimdik qırmızı bibər tozu əlavə edin və qarışdırın. Bu qarışımı 30 gün ərzində gündə üç dəfə içmək məsləhətdir.


Bitkilər

Sidr ağacı yağı və kərəviz toxumu yağı kimi bitki mənşəli yağlar sellülit müalicəsi üçün ideal vasitələrdir. Bir neçə damcı bitki yağını problemli bölgəyə çəkin və quru fırçayla masaj edin. Qatı bədən lasyonunuz varsa, içərisinə bir neçə damcı bitki yağı əlavə edib, antisellülit kremi kimi istifadə edə bilərsiniz. Bitki yağını hind qozu, badam və ya zeytun yağına əlavə edərək də masaj yağı kimi istifadə edə bilərsiniz.


Quru fırça

Quru fırça istifadə edərək bütün bədəninizi masaj edə bilərsiniz. Bədəninizdəki qan dövranı artar və bir müddətdən sonra sellülitlərdən xilas ola bilərsiniz.

Sellüliti azaldan məşqlər

Ayaqdakı sellülitdən qurtulmaq üçün:

İki əlinizə də ştanq alın, əllərinizi yanınıza salın. Bir dizinizi yerə doğru əyin. O biri ayağınızla bir addım irəli atıb dizdən qatlayın. Eyni əməliyyatı digər ayaqda təkrarlayın.
Sonra dizlər üzərində iməkləmə mövqeyinə keçin və bədən ağırlığını qollarınıza verin. Ayaqlarınızı yuxarıya doğru qaldırın və yavaşca endirin.


Yan üstə uzanın və başınızı bir əlinizlə dəstəkləyərkən üstdəki ayağınızı qaldırın və yavaşca endirin.

Budlardakı sellülitə qarşı:


Arxası üstə uzanın, ombanızı qaldırıb bir neçə saniyə belə havada saxlayın.
Geriyə addım atın və addım atdığınız ayağı dizdən qatlayın.
Bir neçə saniyə çömbəlmək mövqeyində gözləyin və dabanlarınızı yerdən qaldırın.

Qollardakı sellülitə qarşı:

Kiçik ştanqaların köməyi ilə dirsəklərinizi sabit tutub qollarınızı arxaya doğru açın. Ştanqları iki əlinizdə tutun və qollarınızı aşağıdan çiyninizə qədər qaldırın. Yerin cazibə qüvvəsindən faydalanın, qollarınızı yana açın və sanki qollarınızla kiçik dairələr çəkin.

Göbəkdəki sellülitə qarşı:

Üz üstə uzanın və bütün ağırlığınızı dirsəklərinizə verin.
Pres edərkən tam oturmuş mövqeyi almadan dayanın və bir neçə saniyə gözləyin.
Pres edərkən eyni anda dizinizi qarnızıza doğru yığın.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: biber, , chimdik, qirmizi, tokun, bir, SELLULTDEN, ve, Limon, suyuna, QURTULUN
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ