yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil

Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil
24-08-2017, 11:32 110 484 dəfə baxılıb
yüklənir...

Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, orada artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu da müxtəlif göz xəstəliklərinin və pozulmalarının inkişafına yol açır.

Bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, həkim-oftalmoloq Aytən Sultanova bildirib.

Həkim deyib: "Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu artıq patoloji deyil, fizioloji haldır. Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir. Gözdə təzyiqin artması adətən gicgah nahiyələrində olan baş ağrıları, xüsusilə gözlərin hərəkəti zamanı göz ağrıları, gözlərdə yorğunluq kimi simptomlarla özünü büruzə verir. Gözlərdə diskomfort, xüsusilə kompüterdə işlədikdə və kiçik hərflərlə yazılan mətnləri oxuduqda hiss olunur. Ən ağır hallarda isə gözlərin qızarması, görmənin pozulması kimi simptomlar meydana çıxır.

Göz təzyiqin kəskin və yüksək artması adətən başgicəllənmələri, ürəkbulanmaları və qusma kimi simptomlar müşahidə edilir. Lakin bəzi hallarda yüksək göz təzyiqi əlamətsiz davam edir ki, məhz bu səbəbdən də həkimlər 40 yaşından yuxarı qrupa aid insanlara mütəmadi olaraq profilaktik tədbir olaraq göz müayinəsindən keçməyi tövsiyə edirlər.

Göz təzyiqinin artması torlu qişanın hüceyrələrin məhv olmasına, gözdə metabolik proseslərin pozulmasına səbəb olur. Bunun nəticəsində görmə orqanlarda geriyədönülməz dəyişikliklər baş verə bilər.

Göz təzyiqin müvəqqəti artmasına təkan verən amillər hipertoniya, ürək çatmazlığı, bəzi göz xəstəlikləri, gözlərin həddən artıq yüklənməsi, müxtəlif göz iltihabları, endokrin sistemi pozulmaları və xəstəlikləri, göz şişləri, travmalardır. Göz təzyiqinin daimi artmasının əsas səbəbi çox təhlükəli göz xəstəliyi olan qlaukoma xəstəliyidir. Bu problemin digər fəsadı isə görmə sinirinin atrofiyasıdır. Bu zaman görmə kəskin pisləşir, korluq inkişaf edə bilər. Gözdə təzyiqin artmasını göstərən ilk simptomlar müşahidə edildikdə oftalmoloqa müraciət etmək vacibdir.

Göz təzyiqi xüsusi göz tonometrlə ölçülür ki, bu çox sadə prosedurdur. Görmə orqanında yaranan bu problemin müalicəsi bu pozulmanın səbəbindən asılıdır. Adətən həkimlər xüsusi göz damcıları təyin edilir. Konservativ, yəni dərmanlarla terapiya kömək etmədikdə, cərrahi üsullardan istifadə oluna bilər. Hazırda belə hallarda daha çox lazerdən istifadə olunur.

Bəzən göz təzyiqinin enməsi də müşahidə edilə bilər ki, bu da gözdə iltihab və ya travma kimi hallardan sonra baş vermiş patoloji prosesin simptomu ola bilər. Göz təzyiqinin enməsi insanın görmə funksiyasına mənfi təsir edir-göz almasının atrofiyasına, görmənin ciddi pozulmasına səbəb olur. Uzun müddət mövcud göz təzyiqinin enməsi zamanı gözün ölçülərinin kiçilməsinə də səbəb ola bilər".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olmasi, gozlerde, Saglam, patoloji, tezyiqinin, deyil, hal, goz
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ