SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Yeməkdən əvvəl su içək, yoxsa...?

Yeməkdən əvvəl su içək, yoxsa...?

Tarix:

18-08-2017, 11:31

/ 118 017 dəfə oxundu.
Yeməkdən əvvəl su içək, yoxsa...?

Bir çox dietoloqlar hazırda insanların ən çox narahatlıq yaşadığı artıq kilo ilə bağlı problrmlərini aradan qaldırmaq üçün su içməyi tövsiyyə edirlər.
Bəzi ekspertlər kilo vermək istəsəniz əvvəl 2- 3 stəkan su üçün aclığınız azalsın, sonra yemək yeyin ki daha az yedikdə kilo verə biləsiniz deyir. Başqa bir qism yemək yeyərkən su içilərsə həzm sisteminin yaxşı işləmədiyini deyirlər. Hətta gündə ən az 3 litr su içmək vacibdir deyənlər də var. Bu siyahını uzatmaq da olar, amma bildirək ki, su ilə bağlı o qədər ziddiyyətli fikirlər mövcuddur ki, insanlar da sözün əsl mənasında çaşıb qalıblar. Bilmək olmur ki, suyu çox içmək lazımdır, yoxsa az...
Ailem.az dietoloq Fevzi Özgönülün su ilə bağlı bilməyiniz vacib olan məsləhətlərini diqqətinizə çatdırır: “Yeməyin əvvəlində, ortasında və ya sonunda istədiyiniz qədər su içə bilərsiniz. Lakin çox susadım deyə yeməkdən əvvəl çox su içmək də yaxşı bir hal deyil. Yemək bir insan üçün nə dərəcə əhəmiyyətlidirsə, maye qəbul etmək də onun qədər, hətta çox daha əhəmiyyətlidir. Bədənimizin yüzdə altmışı sudan ibarətdir. Bu səbəblə orqanizmimizin əslində olduqca çox suya ehtiyacı var. Bu səbəblə susayırıq və su içmək istəyirik. Susuzluğumuzu hiss etmiriksə bilməliyik ki, biz əslində suyun yerinə keçən içkiləri çox içdiyimiz üçün bədənimizin su istəyini pərdələmiş oluruq. Bu isə xoş bir hal deyil. Əvvəlcə su yerinə keçən içkiləri azaldıb susamağa başlamalıyıq. Çünki susama hiss etdiyimiz anda hər cür problemi həll edə bilərik. Bunu etmək əslində bədənimizin ağılını istifadə etməkdir. Bədən ağlımızı istifadə etdiyimizdə də digər canlıların etdiyi kimi doğru zamanı hiss edə bilərik”.
F.Özgönül su ilə bağlı 3 nüansa diqqət etmək lazım olduğöunu vurğulayır: “Susamadınızsa, yalnız sizə deyildi deyə 2-3 stəkan su içib süfrəyə oturmayın. O zaman yemək yeyib bədəninizi gücləndirə bilməzsiniz. Susadınızsa su içməyə diqqət edin, yemək əsnasında içəcəyiniz meyvə suyu, mineral sular və kolalı içkilər iştahınızı bağlayıb həzminizi poza bilər. Əgər su istəyiniz varsa su içməmək üçün heç bir səbəb görə bilmirəm”.

Şərhlər

XƏBƏR LENTİ