SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əli Həsənovun həbsinə start verildi

Əli Həsənovun həbsinə start verildi

Tarix:

18-08-2017, 09:49

/ 440 dəfə oxundu.
Əli Həsənovun həbsinə start verildi

Prezidentin köməkçisi müxalifətlə “maliyyə əlaqələri”ndə şübhəli bilinir
Hakimiyyətin məlumatlı çevrələrinə yaxınlığı ilə tanınan “Avropa.info” portalı 15 avqust tarixli sayında “Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?” sərlövhəli yazı dərc olunub. Yazıda bildirilir ki, AXCP sədri Əli Kərimlinin əsas maliyyə mənbəyi Prezident Administrasiyasında əyləşib! Xəbərin ən maraqlı cəhəti “hakimiyyət” ifadəsinin deyil, məhz “Prezident Administrasiyası” ifadəsinin vurğulanmasıdır.
Yazıda öncə AXCP sədrinin ailəsinin Londonda yaşamasına, övladlarının burada bahalı məktəblərdə oxumasına diqqət çəkilir, “bu pullar haradandır” deyə sual edilir və ardınca “milyonlarla hesablanan” bu pulların mənbəyi göstərilir. Müəllif qeyd edir ki, əvvəllər AXCP sədri ləğv olunmuş MTN tərəfindən maliyyələşdirilib. Lakin MTN AXCP sədrinin hökumət daxilindəki yeganə maliyyə mənbəyi olmayıb.

Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?

AzToday.az-a daxil olan məlumata görə, haqqında danışılan yazıda nəzərdə tutulan şəxs Prezidentin köməkçisi Əli Həsənovdur. “Avropa.info”nun yazısında işlədilən bu cümlə isə Əli Həsənova mesaj hesab oluna bilər: “Bu barədə saytımıza kifayət qədər faktlar daxil olub və Əli Kərimlinin PA-nin bəzi işçilərinin agenti olduğunu sübut etməyə vaxtımız çox getməyəcək…”
Saytımızın əldə etdiyi məlumata görə, “Turan” informasiya agentliyinə qarşı cinayət işinin açılması da bu prosesin tərkib hissəsidir. “Turan” İA-nın rəhbəri Mehman Əliyev Əli Həsənovun tələbə yoldaşıdır. Mənbənin bildirdiyinə görə, Ə.Həsənovun AXCP və müxalifət mətbuatı ilə əlaqələrinin qurulmasında Mehman Əliyev əsas halqa olub.
Həmçinin radikal müxalif medianın Əli Həsənovun özünə, həmçinin vəzifədə və bisnesdə olan qohumlarına qarşı isti münasibəti də diqqəti cəlb edib. Radikal müxalifət mətbuatı Prezident İlham Əliyev haqqında təhqirlər yazdığı halda, ya Ə.Həsənovun qruplaşması barədə susub, ya da anlaşılmazlıq üzündən onun qohumları barədə xəbər yaydıqda, ən geci yarım saat ərzində həmin xəbərlər o saytlardan silinib. Bununla bağlı konkret faktlar var. Ə.Həsənovun radikal müxalifət mediasına belə sürətlə təsir göstərə bilməsi müvafiq çevrələrin diqqətindən yayınmayıb.
Əli Həsənova qarşı arqumentlərdən biri də onun medianı kurasiya etmək sahəsində uğursuz fəaliyyətidir. Bir müddət əvvəl jurnalistlər arasında mənzillərin bölgüsü zamanı Ə.Həsənovun fəaliyyəti kütləvi narazılıqlara səbəb olub. Bu layihə hakimiyyətlə mətbuat arasında münasibətlərin yaxşılaşmasına hesablandığı halda tam olaraq əks effekt verdi.
Digər tərəfdən hakimiyyət dəhlizlərində artıq suallar səslənməkdədir: Əli Həsənov medianın inkişafı adı altında 100 milyon manata yaxın məbləği xərcləyəndən sonra niyə ortada heç bir nəticə yoxdur? Hələ də onlayn mediada müxalifətin səsi hakimiyyətin səsindən daha çox eşidilir. Nəhəng məbləğlər xərcləndikdən sonra hakimiyyət öz sözünü demək üçün tribuna tapa bilmir. Əli Həsənov ictimai rəyə heç bir təsiri olmayan qəzetlərdən ibarət “uydurma” media siyahısı düzəldib və dövlətin pulları səmərəsiz şəkildə həmin şəbəkə vasitəsilə dağıdılır. Hakimiyyət isə hələ də öz sözünü deyə bilmək üçün onlayn tribuna axtarır.
Şübhəsiz ki, Prezident Administrasiyasının AXCP ilə əlaqələrinə dair tutarlı faktlar olmasaydı, bu məlumat mətbuata çıxarılmazdı. Belə xəyanətkar əməkdaşlıq isə heç bir halda bağışlanmayacaq. Yəqin ki, yaxın vaxtlarda hakimiyyət komandasının xəyanətkarlardan təmizlənməsi istiqamətində ciddi tədbirlərin şahidi olacağıq.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ