yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bunlar bədəni kəskin istilərin pis təsirindən qoruyur

Bunlar bədəni kəskin istilərin pis təsirindən qoruyur
31-07-2017, 15:05 58 656 dəfə baxılıb
yüklənir...

Türkiyənin tanınmış sağlam qidalanma mütəxəssisi Məlikə Şeymuz Dəniz isti havalarda bədəni rahatlaşdıran qidaların adlarını açıqlayıb.

Onun sözlərinə görə, bu qidalar orqanizmi istinin pis təsirindən qoruyur.Bu qidaların siyahısını təqdim edirik:

Çiyələk

Yaz aylarında çiyələyi tək, qatıqla qarışdıraraq və ya smuzi edərək yeyə bilərsiniz. Hər üç halda bədəni sərinləşdirir. Smuzi hazırlamaq üçün yarım stəkan süd, yarım stəkan qatıq, 7-8 çiyələk və buz lazımdır.

Pərpərən

Ürəyin dostu olan pərpərən lif, vitamin və mineral tərkibi sayəsində bədəni istidən qoruyur, həm də sərinlik gətirir.

Xiyar

Lifli tərəvəz olduğu üçün toxluq hissi verir. Bundan başqa, tərkibinin yarısından çoxunu su təşkil etdiyi üçün susuzluq hissini azaldır. Xiyarın bu xüsusiyyətlərini nəzərə alaraq onu süfrənizdən əskik etməyin. Yaxud, sadə mineral su və ya ayrana əlavə edərək təbii sərinləşdirici hazırlaya bilərsiniz.

Mineral su

Mineral su mineral itkisinin qarşısını alır. Yaz aylarında olduqca təsirlidir, ancaq yüksək təzyiqi və mədə problemi olanlar həkim tövsiyəsi olmadan içməməlidir.

Qarpız

Qan təzyiqini tənzimləyən qarpız yayda ən çox yeyilən giləmeyvədir. Kalium və lif baxımından zəngin olduğu üçün həzm sistemini yaxşılaşdırır. Qarpızın da tərkibinin əsas hissəsi su olduğu üçün bədənə rahatlıq verir. Yay aylarında gündə 3-4 kiçik dilim qarpız yemək tövsiyə olunur.

Nanə

Nanə ürəkbulanmasına qarşı çox faydalıdır. Sakitləşdirici təsirə malikdir. Buz və nanə əlavə olunmuş bir stəkan ayran sərinləmək üçün ən ideal yay içkisidir.

Qatıq

Kalsiumla zəngin olan qatıq həm sümükləri gücləndirir, həm də metabolizmin daha sürətli işləməsinə yardım edir. Sərinləşdirici xüsusiyyəti sayəsində isti havaların təsirindən yaranmış baş ağrılarını aradan qaldırır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qoruyur, keskin, Bunlar, istilerin, pis, bedeni, tesirinden
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ