SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » İsti su içmək üçün 6 səbəb

İsti su içmək üçün 6 səbəb

Tarix:

28-07-2017, 11:40

/ 113 641 dəfə oxundu.
İsti su içmək üçün 6 səbəb

İsti su, bədəninizi detoks etmək üçün əla bir fikirdir. İsti su içdikdə orqanizmdə temperatur yüksəlməyə başlayır və tərləyirsiniz. Bu, bədəndəki toksinlərin sərbəst qalmasını və düzgün bir şəkildə təmizlənməsini təmin edir.

1. Arıqlamağa kömək edir
Əgər artıq çəki probleminiz varsa, səhərlər içəcəyiniz bir stəkan limonlu isti su, maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək ola bilər.
2. Burun və boğaz tıxanıqlığına yaxşı təsir göstərir
İçilən isti su, soyuqdəymə, öskürək və boğaz ağrısına qarşı mükəmməl bir təbii çarədir. Bəlğəmi həll edir və tənəffüs borusundan çıxarılmasına kömək edir.
3. Orqanizm yenilənir
4. Saçlarınızı canlandırır
İsti su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç köklərindəki sinir uclarını hərəkətə keçirir. Bu, saçların təbii canlılığını bərpa etməsini və sağlam olmasını təmin edir.
5. Qan dövranını artırır
İsti su içməyin digər bir mühüm faydası, əzələ və sinir fəaliyyəti üçün əhəmiyyətli olan qan dövranını artırmasıdır.
6. Bağırsaqları işlədir
İsti su bağırsaq proseslərini sağlam və ağrısız hala gətirir. Ac qarnına hər səhər bir stəkan isti və ya ilıq su içmək, bağırsaqların düzgün işləməsini təmin edir.

Şərhlər

XƏBƏR LENTİ