yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Saçlarım niyə tökülür? - 5 bilmədiyiniz səbəb

Saçlarım niyə tökülür? - 5 bilmədiyiniz səbəb
22-07-2017, 12:09 90 867 dəfə baxılıb

Saçların tökülməsi hər bir qadının ən qorxulu kabusudur.

Saçların tökülməsi adətən hormonal pozulmalar və pis qidalanma, balanslaşdırılmamış pəhrizlərlə əlaqələndirirlər.

Lakin bu xoşagəlməz halın digər daha az bilinən səbəbləri də var.

1. Stress
Stress gözəl saçların ən əsas düşmənlərindən biridir. Xroniki stress saçların vəziyyətinə çox mənfi təsir edir - saçlar cansız görünür, tökülür, gec uzanır.

2. Qalxanvari vəzi xəstəliyi
Qalxanvari vəzi orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətinə təsir edən hormonları ifraz edir. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir, hormonlar daha az miqdarda ifraz olunur ki, bu da o cümlədən saçların güclü tökülməsinə səbəb olur.

3. Qanazlığı
Bu da ən yayılmış səbəblərdəndir. Qanazlığı əsasən "qadın problemi" sayılır. Qanazlığına qadınlarda kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.

4. Saç düzümləri
Əgər qadın daim saçları sıx yığır, burur, müxtəlif saç düzümləri edirsə, bu saçların tökülməsinə səbəb olacaq.

5. Susuzlaşma
Müasir insanlar az su içir, müxtəlif sərinləşdirici içkilər, qəhvə və s. bu kimi içkilərə üstünlük verirlər ki, bu içkilər orqanizmə ona lazım olan mayeni vermir, əksinə susuzlaşmanı daha da artırır.
Gözəl saçlar və təmiz dəriyə sahib olmaq istəyirsinizsə, gün ərzində 2 l qədər adi təmiz su için.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bilmediyiniz, niye, sebeb, , Sachlarim, 5, tokulur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ