yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Bakıda Nuru Paşaya abidə qoyulmasını ölkə başçısından xahiş etmişik”

“Bakıda Nuru Paşaya abidə qoyulmasını ölkə başçısından xahiş etmişik”
1-07-2017, 15:13 85 703 dəfə baxılıb

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov “Ölkə.Az”-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- İlham müəllim, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı, hakim "Ədalət və İnkişaf" partiyasının (AKP) komissiya sədri Mustafa Kabaqçı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Azərbaycanda abidə qoyulmasını təklif edib. Neçə illərdir rəhbərlik etdiyiniz təşkilat da bu məsələlərə həssaslıqla yanaşır. Bu mövzu ilə bağlı münasibətinizi bimək istərik.

- Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi on ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində Türk dünyası ilə bağlı çoxşaxəli fəaliyyət sferamızın əsas qollarından biri də Qafqaz İslam Ordusunun Azərbaycandakı xilaskar missiyası ilə bağlı olub. Bu müddət ərzində İctimai televiziya ilə birgə "Nuru Paşa" sənədli filminin çəkilməsində yaxından iştirak etmişik. Təşkilatımız hər il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini böyük təmtaraqla qeyd edir. Artıq "İstanbul Türkiyə Azərbaycan Kültür Dərnəyi"lə hər il ənənə halını alan tədbirlərimiz keçirilir. Bu tədbirlər çərçivəsində böyük heyətlə Azərbaycana gələn türkiyəli ziyalılar Qafqaz İslam Ordusunun keçdiyi tarixi yerləri ziyarət edir, Bakının qurtuluşunda ordunun gəldiyi marşrutu təkrarlayaraq, atalarımızın xatirəsini böyük ehtiramla anırlar.
Ötən il "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" ilə birlikdə "Nuru Killigil" kitabının müəllifi Atilla Oralı Azərbaycana dəvət etdik, onun dəyərli araşdırmalarından ibarət mükkəməl kitabının Bakıda təqdimatını keçirdik. Daha sonra keçən il İstanbulda Nuru Paşanın məzarının təmirdən sonra açılışında iştirak etdik, ona 67 il əvvəl qılınmayan cənazə namazını bütün Türk dünyası sevdalıları ilə birlikdə qıldıq. Bütün bunlar Nuru Paşanın xidmətləri qarşısında yetərli olmasa da, çalışırıq ki, Azərbaycan xalqını erməni-bolşevik birləşmələrinin qətliamlarından xilas edən, böyük fədakarlıq göstərən komandirə onun adına layiq bir qarşılıq ödəyək.
Bilirsiniz, 1918-ci ildə Azərbaycan Respublikası elan olunandan sonra faktiki olaraq yaradılmış milli hökumət öz səlahiyyətlərini icra edə bilmirdi, erməni-bolşevik silahlı birləşmələri Azərbaycanın hər yerində, xüsusilə Bakıda qətliamlar törədirdilər. Belə çətin bir vaxtda Qafqaz İslam Ordusu ölkəni üç ay ərzində erməni daşnaklarından təmizləyərək, milli hökumətin paytaxt Bakıda yerləşməsini faktiki olaraq təmin etdi.

- Bir neçə il əvvəl Nuru Paşaya abidə qoyulması üçün Azərbaycan Prezidentinə də müraciət etmişdiniz. Müraciətinizə cavab necə oldu?

- Bəli, bir neçə təşkilat rəhbəri və ziyalılardan ibarət bir qrup vətənpərvər cənab Prezident İlham Əliyevə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Müraciətdə bidirirdik ki, XX yüzilliyin əvvəllərində çar Rusiyasında hakimiyyəti ələ keçirən bolşeviklərin bütün hərbi gücünü Qafqaza yönəltməsi o vaxt Azərbaycanda vəziyyətin daha dözülməz hala gəlməsinə səbəb olub. Bu vəziyyətdən yararlanan və Osmanlı İmperiyasının bir neçə istiqamətdə hərbi əməliyyatlara cəlb olunmaqla faktiki olaraq tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda erməni-daşnak birləşmələri fürsət tapıb bolşeviklərin dəstəyini alaraq, Azərbaycanın bütün bölgələrində kütləvi qırğınlar törədib, Azərbaycanın torpaqları hesabına bədnam “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək niyyətinə düşdülər. Onlar bu niyyətlərini gerçəkləşdirmək üçün Azərbaycanın bütün bölgələrində, Dərbənddən tutmuş Təbrizə, Urmiya, Qərbi Azərbaycan torpaqlarına qədər hər yerdə dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirirdilər.

1918-ci ildə Azərbaycan Respublikası elan olunandan sonra faktiki olaraq yaradılmış milli hökumət də öz səlahiyyətlərini icra edə bilmirdi, hökumətin varlığı sadəcə kağız üzərində mövcud idi. Erməni-bolşevik silahlı birləşmələri isə Azərbaycanın hər yerində, xüsusilə Bakıda dəhşətli qətliamlar törədirdilər. Ordu quruculuğu və silah təminatı ilə bağlı ciddi problemlər mövcud idi. Belə çətin bir vaxtda Qafqaz İslam Ordusu ölkəni üç ay ərzində erməni daşnaklarından təmizləyərək, həm milli hökumətin paytaxtının Bakıda yerləşməsinə nail oldu, həm də yerli əhalini ordu təlimlərinə cəlb edərək, mili hökumətin də paytaxt Bakıda yerləşməsini faktiki olaraq təmin etdi.

Osmanlı İmperiyasının özünün çətin günlər yaşamasına baxmayaraq, Azərbaycan nümayəndə heyətinin hərbi yardım barədə müraciətinə müsbət cavab verildi və Azərbaycan əhalisinə qarşı ermənilərin həyata keçirdiyi soyqırımın qarşısını almaq məqsədi ilə yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ilin mayında Nuru Paşanın komandanlığı ilə Azərbaycana gəldi. Qafqaz İslam Ordusu üç aydan artıq zaman ərzində cox ağır şərtlər altında erməni-bolşevik birləşmələri ilə mübarizədə minlərlə şəhid verərək, sentyabrın 15-də nəhayət ki, Bakını işğalçılardan azad etdi. Azərbaycan xalqının qürur yerinə çevrilmiş bu tarixi zəfər 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün qoyulmuş möhtəşəm bir abidənin özülü ilə tarixiləşdirilməyə qərar verildi. Lakin 1920-ci ildə baş vermiş bolşevik inqilabı Türk şəhidlərinə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız XX yüzilliyin sonlarında – 90-cı illərdə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edəndən sonra Qafqaz İslam Ordusunun bu tarixi zəfəri yenidən gündəmə gəldi. İctimai rəydə əsl zəfər günü kimi canlanma qazanan bu tarixi günün mahiyyəti və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri nəzərə alınaraq, ümumilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə 1999-cu ildə xilaskar ordunun şərəfinə Şəhidlər Xiyabanın yaxınlığında möhtəşəm abidə ucaldıldı. Azərbaycanın istiqlalı yolunda şəhid olan əsgər və zabitlərinin şərəfinə ucaldılan bu abidə bu gün də hər bir Azərbaycanlının, ümumən türk insanının qürur yeridir.

Müraciətimizdə xüsusi olaraq vurğulayırdıq ki, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanda qazandığı tarixi zəfər günü hər il sentyabr ayının 15-də dövlət və ictimayyət nümayəndələrinin iştirakı ilə qeyd olunur. Azərbaycan xalqının ürəyində Qafqaz İslam Ordusuna və onun komandanı general Nuru Paşaya böyük sevgi və rəğbət kök salıb. 1918-ci ildə Bakının xilaskarı olan Nuru Paşanın adının əbədiləşdirilməsi bütün xalqımız kimi biz ictimayyət nümayəndələrinin də arzusu olaraq qalmaqdadır. Odur ki, Azərbaycan xalqının Nuru Paşaya olan minnətdarlıq duyğusuna cavab olaraq, Bakıda Nuru Paşanın abidəsinin ucaldılması və küçələrdən birinin onun adına verilməsini xahiş edirdik.

- Gələn il Azərbaycan Respublikasının 100 illiyi böyük təmtaraqla qeyd olunacaq. Sizcə bu ərəfədə Nuru Paşaya heykəl qoyulması mümkün ola bilərmi?

- Türk xalqları ilə əməkdaşlıq münasibətlərinə diqqət yetirsək, Azərbaycan-Türkiyə münasibətlərinin daha isti və möhkəm təməllər üzərində qurulduğuna şahid ola bilərik. Azərbaycan-Türkiyə münasibətlərinin belə möhkəm və davamlılığı ilk növbədə, onların ortaq tarixindən, soykökündən, mədəniyyətindən, ənənələrindən, dilindən və dinindən gəlir. Tarixin sərt sınaqlarında əsl qardaş köməyi ilə bu xalqlar bir-birinə dayaq durublar. İstər Çanaqqala döyüşündə, Türkiyənin qurtuluş savaşında, Azərbaycan xalqının Anadolulu qardaşlarına, istərsə də 1918-ci ildə Azərbaycan xalqı erməni-bolşevik birləşmələri tərəfindən kütləvi qətliamlara məruz qalarkən, özü də ağır durumda olan Osmanlının xilaskar ordu ilə dəstək göstərməsi bunun bariz örnəyidir. Artıq hər iki qardaş xalqın bütün rəsmi qurumlarından tutmuş sıravi vətəndaşına kimi hamı bunu bilir. Hər iki toplumda əsrin əvvəllərində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycan Respublakasının qurulmasındakı əlahiddə rolununun olduğunu bilir. Bu yaxınlarda Nuru Paşa ilə bağlı çəkilən yeni bir bədii film də ekranlarda nümayiş etdiriləcək.

Hesab edirəm ki, Nuru Paşa Azərbaycan-Türkiyə münasibətlərini daha da inkişaf etdirən tarixi gerçəklikdir. Odur ki, inanıram çox yaxın zamanlarda Bakıda, eləcə də onun Azərbaycanda keçdiyi döyüş yolu üzərindəki digər rayonlarımızda adına küçələr qoyulacaq. Ən əsası isə Bakıda Paşamızın adına layiq bir heykəlini görəcəyik. Bilirsiz, bir neçə il əvvələdək Nuru Paşanın fəaliyyəti ilə bağlı toplumda çox az məlumatlar var idi. Neçə illərdir ki, Azərbaycan və Türkiyə cəmiyyətinin aktiv təbəqəsi olaraq apardığımız fəaliyyətlər nəticəsində hər iki ölkədə Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa haqqında tam dolğun məlumatlar formalaşıb. Artıq bu əfsanə qəhramanı hər kəs tanıyır və onun adının əbədiləşdirilməsini istəyirlər. Biz tariximizə nəzər salanda görürük ki, erməni-daşnak birləşmələrindən xalqımızın xilas olunmasında Nuru Paşanın əvəzsiz xidmətləri olub. Biz erməni vandalizmindən xilas olduğumuza görə həm də onlara borcluyuq və onun adının əbədiləşdirilməsi gələcək nəsillərə örnək olmaq üçün əsl nümunə olardı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Pashaya, qoyulmasini, xahish, Nuru, olke, abide, Bakida, bashchisindan, etmishik
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ