yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Söyün Sadıqov hər yerə başını soxurdu, qatıqlayırdı” - QALMAQAL

“Söyün Sadıqov hər yerə başını soxurdu, qatıqlayırdı” - QALMAQAL
29-06-2017, 17:07 104 467 dəfə baxılıb

Rusiyada yaşayan azərbaycanlı professor, Moskva “Xalqlar dostluğu” Universitetinin kafedra müdiri, Moskva Yaşıllaşdırma trestinin prezidenti, Dünya Azərbaycanlıları Konqresinin (DAK) yardıcılarından biri Mirəşrəf Fətiyev “Ölkə.Az” xəbər portalına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

“Diaspora Komitəsi mənim kimi iş görən adamların əvəzinə, lazımsız insanlara diqqət göstərir”

– Mirəşrəf müəllim, nə zamandır ki, mətbuatda görünmürsünüz. Elə bil ki, diaspora işindən kənarlaşmısınız. Buna səbəb nədir?

– Bilirsiniz, Azərbaycanın diaspora quruculuğu işində böyük işlər görsəm də, Diasporla İş üzrə Dövlət Komitəsindən mənə qarşı ögey münasibət bəslənilir. Açığı deyim, bütün bunlar məni bir qədər incik salıb. Ancaq mən ictimai fəaliyyətimi dayandırmamışam. Sadəcə olaraq Azərbaycan diasporu deyil, bütövlükdə İslam diasporu fəaliyyəti ilə məşğulam. Bu istiqamətdə təşkil olunan tədbirlərdə iştirak edirəm. Mənim narazılığım Azərbaycanın Rusiyadakı Səfirliyindən deyil. Çünki səfirlik dövlətin işlərini gördüyü üçün mən onları qınaya bilmərəm. Ancaq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən mənə qarşı biganəlik var. Diasporla İş üzrə Dövlət Komitəsi mənim kimi iş görən adamların əvəzinə, lazımsız insanlara diqqət göstərir, onları dəyərləndirir və sairə.

“Diasporla İş üzrə Dövlət Komitəsindən heç bir dəstək görmürəm”

– Axı siz hər zaman Diasporla İş üzrə Dövlət Komitəsinin tədbirlərində olmusunuz. Birdən-birə bu inciklik nə ilə əlaqədardır?

– Nə olsun? Hər zaman mən Nazim müəllimin (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov nəzərdə tutulur – müəllif) yanında görünmüşəm. Ancaq o bizim yanımızda görünməyib. Nazim müəllimin adamları bura gələndə heç biri gəlib mənimlə maraqlanmayıb. Ancaq mən Bakıya gələndə mütləq Diasporla İş üzrə Komitəyə də baş çəkmişəm, oradakı insanlarla görüşmüşəm. Çox təəssüf ki, mənə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən heç bir dəstək olunmur. Təsəvvür edin ki, Komitənin təqdimatı ilə bir neçə lazımsız adamlar təltif olunub və sairə. Amma mənim əməyim qiymətləndirilməyib. Halbuki, Rusiyada nə qədər diaspora tədbirlərinə sponsorluq etmişəm, cibimdən vəsait xərcləmişəm. Bu gün yenə də pul davası etmək fikrim yoxdur. Sadəcə olaraq mənə qarşı adicə sözlə diqqət olması kifayət edər. Bax bu cür diqqəti mən Diasporla İş üzrə Dövlət Komitəsindən görmürəm.

“Söyün Sadıqova qarşı çıxanda Abbas Abbasov da məni müdafiə edirdi”

– Dövlət Komitəsi ilə münasibətlərinizin soyumasında Abbas Abbasovla yaxın münasibətlərinizin rolu ola bilərmi?

– Mənim Abbas Abbasovla çoxdan bəri yaxşı münasibətlərim var. Əksinə, bu Diasporla İş üzrə Dövlət Komitəsində də yaxşı qəbul edilməlidir. Çünki bir neçə il öncə Söyün Sadıqov ermənilərlə lazımsız görüşlər keçirəndə bizim onunla münasibətimiz korlanmışdı. Ermənilərlə görüşdüyü üçün mən Söyün Sadıqova qarşı çıxmışdım. Həmin vaxtı Abbas Abbasov da məni müdafiə edirdi, dəstəkləyirdi, deyirdi ki, doğru mövqedəyəm və sairə. Yəni, demək istəyirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mənə maddi dəstək verməsinə ehtiyac duymamışam. Yalnız mənəvi dəstək verməyi kifayət edirdi ki, bunu da çox təəssüf ki, görmədim. Əgər mən Azərbaycan üçün nə isə edirəmsə və dövlət tərəfindən qiymətləndirilirsə, bu, adamda böyük stimul yaradır. Çox təəssüf ki, Azərbaycan tərəfindən əməyim heç vaxt qiymətləndirilməyib. Ona görə də fəaliyyət istiqamətimi dəyişmişəm. Artıq Azərbaycan diasporuna deyil, türkdilli və müsəlman xalqlarının diasporası işinə başlamışam. Bu istiqamətdə keçirilən tədbirlərdə ön sırada gedirəm. Başqa mən nə işə görə bilərdim? Azərbaycan diasporu üçün iş görməyimə imkan verilmədi də!

“Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı soyuqqanlılıq etmişəm”

– Bu yaxınlarda Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Bəs bu Konqresin bağlanılmaması üçün hansı addımları atmısınız və ya ata bilərdiniz?

– Əlbəttə ki, mən bu istiqamətdə də böyük işlər görə bilərdim. Mənim Rusiyada yaxşı əlaqələrim var, burada 30 ildir ki, çalışıram. Uzun müddətdir ki, Rusiyada dövlət vəzifələrində çalışmışam və sairə. Bu gün Rusiyanın tanınmış ictimai-siyasi fəalları var ki, onlarla da yaxşı əlaqələrim var. Ancaq Azərbaycan tərəfi məndən bu istiqamətdə heç bir kömək istəməyib. Mən də soyuqqanlılıq etmişəm.

“Söyün Sadıqov Azərbaycan haqqında heçnə bilmir”

– Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Söyün Sadıqov da türkdilli xalqlarla bağlı bir təşkilat yaradıb. Fəaliyyət sahələriniz oxşardır. Gələcəkdə eyni təşkilatda yer ala bilərsinizmi?

– Açığı mən onu çoxdandır görmürəm. Ancaq eşitmişəm ki, Söyün Sadıqov da nəsə təşkilat yaradıb. Bu yaxınlarda türklərin bir neçə tədbirləri olub, Ramazan bayramı ərəfəsində türkdilli xalqların tədbirləri keçirilib, onların hər birində mən də iştirak etmişəm. Ancaq Söyün Sadıqovu orada görməmişəm.

Bilirsiniz, mən onun haqqında çox danışmaq istəmirəm. Vaxtilə mən “AzerRos”-da çalışanda Söyün Sadıqovun Azərbaycana elə də bağlı olmadığının şahidi oldum. Söyün Sadıqov Azərbaycan haqqında heçnə bilmir, Azərbaycan tarixini, mədəniyyətini və adət-ənənəsini isə çox zəif bilir. Bütün bu göstəricilərə malik olmayan Söyün Sadıqov özünü təşkilat rəhbəri kimi qabağa soxurdu. Hər sahənin öz mütəxəssisi, bilən adamı olur. Söyün Sadıqov isə bildi-bilmədi, hər yerə başını soxurdu, qatıqlayırdı. Əslində isə hər işin öz mütəxəssisi olur. Söyün Sadıqov “AzerRos”-da olanda, dəyərli professorlarımızdan istifadə etmirdi, özünü qabağa salırdı. Azərbaycanla bağlı milli söhbətlərdən isə Söyün Sadıqov hər zaman uduzub çıxırdı. “AzerRos”–un dağılmağının əsas səbəbkarlarından biri Söyün Sadıqov olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , bashini, Sadiqov, yere, her, Soyun, soxurdu, qatiqlayirdi, QALMAQAL
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ