yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yetim Eyvaz: 2423 şeirimi əzbər bilirəm

Yetim Eyvaz: 2423 şeirimi əzbər bilirəm
16-06-2017, 13:04 110 454 dəfə baxılıb

Xalq arasında Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov 2006-cı ildə “Youtube”da “Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb. Bundan sonra Bakıda, Azərbaycanın digər bölgələri, hətta qonşu ölkələrdə qiraətçi kimi toylara dəvət almağa başlayıb. Günü bu gün də el şənliklərində iştirak edir.

Müsahibimiz 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı orta məktəbdə təhsil alıb. 10 ildən sonra hərbi xidmətə yollanıb. 1996-cı ilə kimi yaxşı şəraitdə yaşayıb, lakin 1996-2006-cı illərdə pul qazanmaq üçün hər cür əziyyətə qatlaşmalı olub. Odun doğrayıb, satıb, 21 il sürücü işləyib. Hazırda isə Siyəzən rayonunun Qalaaltı kəndində yaşayır.

- Niyə özünüzə məhz bu cür təxəllüs seçmisiniz?

- 12 yaşım olanda atam vəfat etdi. Biz 6 uşaq olmuşuq, hamımızı anamız böyüdüb. Mən uşaqlıq və gənclik illərində küçəyə çıxanda, dostlarla görüşəndə, anam məni axtararkən qohum-qonşudan “Mənim yetimimi görməmisinz?”, - deyə soruşardı. Elə o vaxtdan hamı məni belə çağırır.

- Televiziya və radiolarda yayımlanan verilişlərdə iştirak etməkdən, saytlara müsahibə verməkdən daim imtina edirsiniz. Buna səbəb nədir?

- İllər əvvəl bircə dəfə “Xəzər” TV və fəaliyyəti dayandırılmış “ANS” telekanallarında qonaq olmuşam. O vaxtdan etibarən televiziyaya çıxmağa tövbə etmişəm. Çünki verilişlərin yaradıcı heyəti məndən onların könlündən keçən fikirlər barədə müsahibə verməyimi istəyirlər, mən isə buna razı olmuram.

- Təqaüdə çıxmısınız, yoxsa hələ də, əvvəlki illərdə olduğu kimi, çalışırsınız?

- Hazırda təqaüd alıram. Kafem var, onu işlədirəm.

- Bəs səhhətiniz necədir, artıq yaş o yaş deyil...

- İki ay əvvəl bağırsaq çatından Volqoqrad şəhərində əməliyyat olunmuşam, indi yaxşıyam, qaçıram, at çapıram. Dağ, təbiət məni yaxşı saxlayır.

- Yeni yazdığınız şeirlər var?

- Bəli, 96 vərəqli dəftəri artıq yeni şeirlərimlə doldurmuşam. Onları nəşr etdirəcəyəm. “Laldı məhəbbət” adlı yeni kitabımı çap etdirmək istəyirəm.

- Söhbətimiz əsnasında 3 şeirinizi çaşmadan əzbər söylədiniz. Mənə və zənn edirəm ki, oxucularımıza da maraqlı olan məqamlardan biri indiyədək yazdığınız şeirlərin sayıdır....

- İndiyədək 2423 şeir yazmışam və onların hamısını əzbər bilirəm.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Yetim, bilirem, ezber, 2423, Eyvaz, sheirimi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ