yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Tanınmış idmançıları gecə yarısı barlardan toplamışam” – BAŞ MƏŞQÇİ

“Tanınmış idmançıları gecə yarısı barlardan toplamışam” – BAŞ MƏŞQÇİ
13-06-2017, 11:13 60 048 dəfə baxılıb
yüklənir...

Bir neçə gün əvvəl sərbəst güləş üzrə milli komandanın baş məşqçisi, "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, polkovnik-leytenant Firdovsi Umudov növbəti dəfə təltif olunub. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə F.Umudov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

Ötən ilin noyabrından yığmanın baş məşqçisi postuna təyin olunan F.Umudov bu müddət ərzində bir çox uğura imza atıb. Onun rəhbərlik etdiyi komandanın uğurlarından biri də İslamiadada qazanılan medallardır.

3 il ard-arda Azərbaycanın, 2012-ci ildə isə dünyanın ən yaxşı məşqçisi adına layiq görülmüş "Şöhrət Orden”li Əməkdar Məşqçi Firdovsi Umudov müsahibə verib. Bir çox məsələlərə toxunan Umudov yaxşılıq etdiyi bəzi idmançıların qədirbilməzliyindən və gecəyarısı əyləncə klublarından topladığı güləşçilərdən danışıb.

O hətta İslamiadaya bir neçə gün qalmış komandadan uzaqlaşdırılan çempiondan da söhbət açıb.

- Firdovsi Umudov İslamiadada komandasının uğurlu çıxışı ilə bir daha özünü sübut etdi. Bəs kimin çıxışına məyus olmuşdu?

- Əlbəttə ki, Cəbrayıl Həsənovun... Çünki doğrudan da o öz üzərində işləyən idmançıdır. Ümumilikdə, noyabrda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pridən əvvəl baş məşqçi təyin olundum. Bundan sonra məni ciddi sınaqlar gözləyirdi. Olimpiya Oyunlarından sonra adətən komandalarda bəzi enişlər olur. Amma biz çalışdıq bu balansı qoruyaq.
Olimpiadada güləşmiş idmançıların heç biri qızıl Qran-Pri turnirində döşəyə çıxmadı. Növbəti sınağı İrandakı Dünya kuboku oldu. Ondan sonra isə Avropa çempionatı gəlirdi. Hər iki yarışda uğur qazanmağı qarşımıza məqsəd qoymuşduq. Bu turnirlərdə istəyimizə nail olduq. Əsas hədəfimiz IV İslam Həmrəylik Oyunları idi. Şükürlər olsun ki, baş məşqçi olaraq qarşıma qoyduğum bütün məqsədlərə çatdım. Yığmamız hər bir turnirdən üzüağ çıxdı. Bütün turnirlərdə müxtəlif heyətlə çıxış etdik. İslam Həmrəylik Oyunlarında ümumilikdə gözlədiyimizdən də yaxşı nəticə göstərdik. 4 qızıl, 2 gümüş, bir bürünc medal qazandıq.

- Cəbrayıl Həsənovun uduzmasına səbəb arxayınçılıq idi?

- Xeyr, o öz güləşini ortaya qoymağı bacarmadı. Cəbrayıl məşqçilər korpusunun onun üçün qoyduğu taktikanı icra edə bilmədi. Onun məğlubiyyətinə səbəb məsuliyyətdən doğan psixoloji gərginlik idi. O, komandanın kapitanı idi. Həyəcanın da qurbanı oldu.

- Bəs məğlubiyyətdən sonra məşqçilər korpusunun Cəbrayıl Həsənova münasibəti necə oldu?

- Sözsüz ki, biz onu psixoloji olaraq sındıra bilməzdik. Bir yarışda məğlub olmaqla Cəbrayılı silib ata bilmərik. O komandaya lazımlı idmançıdır. Cəbrayıl kimi güləşçilərə bizim ehtiyacımız var. Elə olimpiya çempionları var ki, yarışda bir güləş keçirir uduzur. Qarşıda bizi böyük sınaqlar gözləyir. İyul ayında baş tutacaq dünya çemionatı üçün heyəti müəyyənləşdirəcəyik.

- "Firdovsi Umudovun baş məşqçi təyin olunması komandaya heç bir uğur gətirməyəcək”- kimi fikirlər irəli sürüb, müxtəlif iddialar yayanlar olub?

- O cür fikirlər, dedi-qodular həmişə olub. 2005-ci ildən milli komandada məşqçiyəm.Yəni, mənim üçün baş məşqçilik o qədər də çətin olmayacaqdı. Çünki bugünkü idmançıların hər biri mənim gözümün qarşısında böyüyüb, hər biri ilə yaxından tanışam. Millinin məsuliyyətini hər zaman öz üzərimdə daşımışam.
Hər zaman qısqanclıqla yanaşanlar, yuxarıdan aşağı baxmağa çalışanlar var. Dediyim kimi belə boş-boş danışanlar hər zaman olub. Arxamızca danışırlarsa, dedi-qodu edirlərsə, deməli hər zaman varıq və onlardan irəlidəyik, güclüyük. Belə bir fikirləri özüm güləşdiyim vaxt da az eşitməmişəm. Paxıl insanlar, başqasının uğurunu gözü götürməyənlər hər zaman olub.

- Məşqçilər adətən yetirmələrinə, çalışdırdığı komandanın üzvlərinə xüsusi qadağalar qoyur. Bəs sizin qadağanız nədir?

- Bilirsiniz ki, mən hərbçiyəm. DSX-nin zabitiyəm. Hərbçi olmağım da məşqçilik fəaliyyətimdə özünü göstərir. Həmişə çalışmışam ki, komandada dəmir nizam-intizam olsun. Güləşçilərimizə hər zaman demişəm ki, idmançı adına layiq işlərlə məşğul olmalıdırlar. Buna görə də qaydalara riayət etmək mənim üçün əsas prinsiplərdəndir. Yeməyinə, məşqlərinə fikir verməli, vaxtında yatıb-durmalı, nalayiq işlər görməməlidirlər, eyforiya ilə yaşamamalıdırlar. Məşqçilərinin qaydalarına riayyət etməyən idmançı nəticəsindən, kimliyindən aslı olmayaraq həmin an komandadan uzaqlaşdırılır.

- Komandadan qovulan idmançılar sonradan üzr istəməyi bilirlər?

- Təbii ki, üzr istəyirlər, səhvlərini anlayırlarsa, biz onu bağışlayıb növbəti şans veriririk. Məsələn, Mahir Əmiraslanovu İslamiadaya 3-4 gün qalmış komandadan uzaqlaşdırmışdım. Səbəb də onun bazada olmaması idi. Yoxlama olarkən gördük ki, Mahir komanda ilə birgə deyil. Sonra məsələyə aydınlıq gətirmək üçün valideynini çağırdım. Məlum oldu ki, ailədə bir prolemi var imiş, anası xəstə olub. Mahir icazəsiz, demədən getdiyinə görə üzr istədi. Buna görə də onu bağışladım. Başqa yerdə olsa idi, yarış üçün millinin heyəti açıqlansa da onu komandada saxlamayacaqdım. Çünki mənim üçün komandada dəmir nizam-intizam var.
Heç kim mənim bu qaydalarımı poza bilməz. Ən sevmədiyim iş xahişlə kimisə yığmaya gətirməkdir.

Bu mövzuda kimsə mənə xahiş etsə, onun əksini edəcəm. O idmançı kimi özünü doğrulda bilmirsə, necə komandaya daxil ola bilər?

Atam da mənə desə ki, qohumunu millidə qabağa çək, tam əksini edərəm. O qohumumu heç komandaya da qoymaram. Bu mənim üçün devizdir.
Mən yüksək vəzifəli şəxsin işinə müdaxilə edə, qanunsuz bir iş görməsini deyə bilmərəm. Mənim də yığmada yaratdığım qaydalara kimsə qarışa bilməz. Mənim üçün millinin şərəfi önəmlidir.
Bayrağımızı, dövlətimizi fikirləşirik, təmsil edirik. Hansı idmançı özünü yaxşı tərəfdən göstərə bilirsə, ona şərait yaradılır. Mən hər zaman demişəm ki, idmançılar ilk olaraq dövlətin əsgəri kimi, sonra isə olimpiya və dünya çempionu kimi yetişir...
Bu gün məşqçi kimi mənim qarşımda bir məqsədim var, Azərbaycanda sağlam komanda yaratmaq və komandanı qoruyub saxlamaq. Dövlətimiz bizə etimad göstəribsə, onu doğrultmalıyıq. Dövlətini, bayrağını sevməyən, ölkəmizin uğuruna sevinməyənləri azərbaycanlı hesab etmirəm.

- Firdovsi müəllim, gecəyarısı əyləncə klublarından çıxardığınız güləşçilər olub?

- Bəli olub. Bu hal əvvəlki illərdə, Yay Olimpiya Oyunları zamanı baş verib. Üstündən çox illər keçib.
Bazanın gecə yoxlanışı zamanı millinin aparıcı güləşçilərinin orada olmadığını görmüşdüm. Təsadüfən gecə yarısı mağazaya düşdüyüm zaman tanınmış güləşçilərimizin şəhərdə gəzişdiyinin şahidi olmuşam.
Hətta, yarışa hazırlaşan böyüklərdən ibarət millinin aparıcı üzvlərindən bəzilərinin əyləncə mərkəzlərinin birindən çıxdığını da görmüşəm. Gecə saat 01:00-dan sonra idmançı əyləncə mərkəzində olmamalıdır, yatmalıdır. Rejiminə diqqət etməlidir. Dəfələrlə onlara iradımı da bildirmişəm. Bundan sonra müəyyən cəza üsullarımız tətbiq edilib. Onlar da səhvlərini anlayıb, üzr istədilər bu vəziyyətin bir daha təkrarlanmayacağına söz verdilər. Doğrudan da həmin idmançılar sözlərinə əməl edib, vaxtında bazada olub,yemək, yatmaq rejiminə daha diqqətlə yanaşıblar. Bu məsələdən sonra dünya və Avropa çempionatlarında nəticələr də göstəriblər. Sadəcə onu deyim ki, o şəxslər də çox titullu, tanınmış idmançılar idi. Hər zaman demişəm biz güləşdiyimiz vaxt hazırki idmançılara yaradılan şərait kimi şəraitimiz yox idi.

- Dedi-qodu edənlərdən danışdız. Bəs etdiyiniz yaxşılığın qədrini bilməyən idmançılar da olub?

- Özlərini dost sayıb, yanımda olublar, başqa yerdə arxamca danışıblar. Belə insanlara çox da fikir vermək lazım deyil. Bəziləri də var ki, düzgün iş tutmadığına, qaydaları pozduğuna və ya digər nalayiq işlərinə görə komandadan uzaqlaşdırılırlar. Ona görə də çayxanalarda özlərinə haqq qazandırmağa çalışır və boş-boş danışırlar. Mənim onlarla qəsdli-qərəzliyimin olduğunu deyirlər. Kənardakılar da mövzudan xəbərsizdir, bununla da onlarda fikir formalaşdırmağa çalışırlar. Axı bilmirlər idmançı harada olub, gecəni harada keçirib ki, məşqçi onu milidən qovub.
Haqqımda boş-boş danışan insanlar üzümə o sözləri deyə bilmirlər. Qarşılaşanda üzümə gülürlər, kənarda arxanca danışırlar. Buna fikir vermək lazım deyil, çünki bu gün çalışdığım yerdə, komandada hörmətimi saxlayırlar.
Cəmiyyətdə fikir formalaşdırmağa çalışırlar ki, F.Umudov yarışda idi və onun yerlisini yarışda uduzdurdular. Milli komadada yerli, qardaş yoxdur. Bir məşqçi kimi mənim üçün Azərbaycanın milli komandası var. Düzdür, bu deyilənlər bizə heç bir təsir edə bilməz. Sonda haqq ədalət gəlib öz yerini tapır. Əfsuslar olsun ki, o insanlar sonra gəlib olduğum mekanda yanımda oturub, mənimlə birlikdə çörək kəsirlər.
Heç bir idmançıya "gəl mənim evimdə işlə” deyilmir. "Güləşçi kimi qaydalara riayət et” deyilir.

Unikal.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: toplamisham, MEShQCh, gece, Taninmish, idmanchilari, yarisi, barlardan, BASh
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ