SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Sevdiyim şəxs həmişə mənim yanımdadır...” - Qalmaqallı Divadan qalmaqallı sözlər

“Sevdiyim şəxs həmişə mənim yanımdadır...” - Qalmaqallı Divadan qalmaqallı sözlər

Tarix:

13-06-2017, 10:47

/ 61 978 dəfə oxundu.
“Sevdiyim şəxs həmişə mənim yanımdadır...” - Qalmaqallı Divadan qalmaqallı sözlər

“Mən bu aləmə qatılanda, şou aləmini belə zənn etmirdim. Hər şeyi daha yaxşı düşünürdüm. Amma xəyallarım puç oldu. Sonradan gördüm ki, hər şey göründüyü kimi deyil. Bu aləm həqiqətən də çox fərqlidir”. Bu sözləri müsahibəsində qısa zamanda internet fenomeninə çevrilən "Diva" ləqəbli istedadlı müğənni Burhan Sultan deyib. O, müsahibəsində bu sənətdə gördüyü və görəcəyi işlərdən başqa, bir neçə məqama da toxunub.

- Özün haqda məlumat verərdin.

- Yaşımı deməyəcəm, Zaqatala rayonunda yaşayıram. Gürcüstanda təhsil alıram, biznes fakültəsinin 3-cü kurs tələbəsiyəm, Zaqatalada musiqi təhsilini bitirmişəm. Hal - hazırda Bakıda özəl musiqi dərsləri alıram. On beş ildir bu sənətdəyəm.

-Niyə bu gün sizi Diva kimi tanıyırlar?


-Bu ləqəbi əsasən mənə, sevənlərim və birdə bir məşhur insan verib. "Diva" ləqəbi ilə tanımağımın səbəbi ilə hər zaman ən böyük sənətkarların, böyük və çətin əsərlərini gözəl və mahir ifa etdiyim üçün bu ada layiq görülmüşəm. "Diva" hər anlamda əvəz olunmaz və 1 nömrəli müğənnilərə deyilir.

Yəgin ki, sevənlərimdə məni belə görüb bu ada layiq biliblər.



-Bu sənətə başlamaq üçün sizə kimlər dəstək olub?

-Bu sənətə gəlməyimdə mənə yalnız ailəm, müəllimlərim və saysız sevənlərim dəstək olub.Hər zaman yalnız özüm yorulmadan, bezmədən çalışaraq bu sənətdə irəliləyirəm. Sənətimi haqda... Sənətimi çox sevirəm və sənətim üçün hər şey etməyə hazıram. Səhnəsiz, musiqisiz yaşaya bilmərəm. Allahıma çox şükür edirəm ki, mənə çox gözəl səs verib. Bu səsdən və bu sənətdən məni yalnız allahım ayıra bilər.

- Bəzi müğənnilərə zəng edəndə prodüser cavab verir. Bəs Divanın niyə prodüseri yoxdur?

- Prodüser təklifləri çox olub, mən çox seçici insanam. Mənim yanımda olacaq insan, mənim bütün standartlarıma uyuğun olmalıdır. Ancaq o zaman prodüser təkliflərini qəbul edərəm. Prodüserim Eltondur. (gülür)


- İndi istədiyin yerdəsən?

- Yox, həmin yeri tutmağıma hələ çox var.

- Bunun üçün sənə nə lazımdı?

- Bunun üçün ən əsası zaman, yaxşı mahnılar, maraqlı proyektlər. Elə şeylər var ki, onu zamanla etməliyəm. İndi mümkün deyil.


- Sənətə gələn hər kəs belə desək, kumirinə baxıb, bu aləmə qatılır. Sən kimə baxıb bu sənətə gəlmisən?

- Kumirim Ebru Gündeş olub. O xanımın səsini və özünü uşaqlığımnan çox sevmişəm. Hər zaman onun mahnılarını sevərək ifa edirəm və örnək götürürəm, onu sevirəm. Sonra sənətini və güclü səsini çox sevdiyim və hörmət qoyduğum mahnılarını ifa etdiyim müğənnilərdən biridə Bülent Ersoydur. Azərbaycanda isə çox böyük yeniliklərə imza atmış, hər zaman sənətini sevən, dəli- doluğunu, çılgınlığı ilə bənzədiyimiz üçün pop diva Aygün Kazımovanı. Böyük sənətkarlar mərhum xalq artisti İlhamə Quliyeva və Flora Kərimovanın ifasını çox sevirəm, dinləyirəm və hər zaman ifa edirəm. Kişi müğənnilərdən isə sevdiklərim meqa star Tarkan, pop musiqisinin kralı Michale Jackson və bir çoxları var.

- Diva, pul sənin üçün nədir?

- Çox şey deməkdir. Pul həyatda hər şeyə kömək olur.


- Şou-biznesə uyğunlaşa bilirsən, yoxsa?

- Bu aləmdə çox dəyərli sənətkarlarımız var. Mən də yaxşılara baxıb, ibrət götürürəm. O baxımdan uyğunlaşa bilirəm. Digər tərəfdən isə bu aləmdə hazırda sakitlik, durğunluqdur.


- Səncə, ifaçıya səs, repertuar və səhnə mədəniyyətindən başqa nə lazımdır, bu 3 keyfiyyəti özündə görürsənmi?

- İfaçıya səs, istedad, xarizma lazımdır. Repertuar sonradan dogan ehtiyac olur, mən təvazökar insanam. Bu günədək insanlar tərifləyib. Təbii ki, bunlar məndə olmasaydı, bu zamanadək ugur qazana bilməzdim.

- Şou-biznesdə rəqabət olması normaldır. Bəs səncə, sənə qarşı qısqanclıqlar necə, varmı?



- Qısqanclıqlar təbii ki olacaq. Lakin heç kəsi özümə rəqib görmürəm... Rəqibim yalnız özüməm.


- Həyat çox gözəldir, sadəcə, o gözəlliyi duymaq, qorumaq, heç olmasa bir zərrə qədər gözəllik yaratmaq lazımdır. Bəs sənin üçün insan gözəlliyi nə deməkdir?

- Əsas insanın zahiri gözəlliyi olmalıdır ki, insanları cəlb etsin. Daxili gözəlliyi təmiz olmalıdır. Oturuşunu, duruşunu bilməlidir.


- Hər gözəlin bir eybi var, bəs sənin eybin nədə olub?

- Çoxları mənim üzümdə estetik olduğunu düşünür, ancaq məndə heç bir estetik yoxdur təbii və allahdan gələn bir gözəlliyim var. Buna görə də şükür edirəm və çox şanslıyam.

- Həyatda səhvin olubmu?

- Hamı kimi mənim də bəzi səhvlərim olub. Qoy öz qəlbimdə qalsın.

- Müsbət və mənfi cəhətin nədir?

- Mənfi cəhətim-tez əsəbiləşirəm, müsbət cəhətim-çox kövrək qəlbim var, hər an ağlaya bilərəm.

- Naxışın gətirib?

- Çox xoşbəxtəm, inanın. Sənətdə də, şəxsi həyatda da.

- Şəxsi həyatına vaxt ayıra bilirsən?

- Şəxsi həyatım üçün həmişə vaxtım var. Həyatımda sevdiyim insan da var. Sevdiyim şəxs həmişə mənim yanımdadır, hər bir işimdə mənə dəstəkdir.

- Sənət adamıdır?

- Xeyr, bizim sənətdən uzaq birisidir.


- Gələcək planların?

- Mənə qabaqcadan demək düşmür. Çünki həyat deyir ki, “Sən saydığını say, gör fələk nə sayır”. Ona görə qorxuram ki, iddialı nəsə deyərəm, sabah da həmin iş həyata keçməsin, yalançı olum. Amma bir tək onu deyə bilərəm ki, yeni işlərim çoxdur. Bu il dayanmaq yoxdur. Daim irəli...

Dia.AZ

Şərhlər

XƏBƏR LENTİ