yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Cavab vermədiyim bütün jurnalistlərdən üzr istəyirəm...” - Ziya Məmmədovun eks-sözçüsü

“Cavab vermədiyim bütün jurnalistlərdən üzr istəyirəm...” - Ziya Məmmədovun eks-sözçüsü
3-06-2017, 11:00 258 379 dəfə baxılıb

Keçmiş Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov yeni sayt açması ilə bağlı suallarımızı cavablandırıb:

- Namiq bəy, birləşmə prosesində olan nazirlikdə sizin fəaliyyətiniz necə davam edir?

- Mən 4 aydır ki, jurnalist həmkarlarımı başa sala bilmirəm ki, hələ işdən çıxmamışam. Bu dəhşətli bir şeydir. Heç olmasa götürüb mənə zəng edib məsələni dəqiqləşdirmirlər. Biz hələ də nazirlikdə işləyirik. Heç kəs işdən çıxmayıb. Hazırda birləşmə prosesi gedir. Özü də yazırlar ki, nazirlik ləğv olunub. Axı nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Hamımız da öz yerimizdəyik. Bunu vətəndaşlar yazsa, mən heç nə deməzdim, amma jurnalistlər yazırlar.

- Axı sizinlə əlaqə saxlamaq mümkün deyildi, telefonlara cavab vermirdiniz...

- Düzdür, o məsələdə haqlısınız. İndi sizin saytınız vasitəsilə deyirəm ki, mən işdən çıxmamışam. Yenə də ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəm. Birləşmə prosesi başa çatandan sonra hər şey aydınlaşacaq. Mən söz verirəm ki, əgər işdən çıxası olsam, bu dəfə birinci jurnalistlər biləcək.

- Bəs necə oldu ki, sayt açmaq qərarına gəldiniz?

- İndi texnologiya əsridir. Hamı sosial şəbəkələrdən istifadə edir. Ən ucqar yerdə də kimsə istəsə, özünə facebook səhifəsi yarada bilər. Mən də indi yaradıcılığa ehtiyac duyan bir adam kimi sayt açmaq qərarına gəldim. Bunu işsizlik kimi qiymətləndirmək düzgün deyil.

- Sayt hansı istiqamətdə fəaliyyət göstərəcək?

- Bütün istiqamətləri əhatə edəcəyik. Loqomuz da belədir ki, “biz fərqli düşünürük”. İstəmirik ki, saytda dedi-qodular, yanlış informasiyalar olsun. Daha çox yaradıclıq meydanı kimi düşünün. Bütün peşəkar jurnalistlərə, yeni qələm götürən jurnalistlərin hamısına açıq olacağıq. O cümlədən, bütün janrlarda xəbərlər oxuculara təqdim olunacaq. Demirəm ki, yüksək operativlik nümayiş etdirən xəbər saytı olacağıq. Ancaq həm xəbər, həm də analitik şərhlər verəcəyik.

- Saytın adının baş hərfinin “n” olmasını belə hesab edirlər ki, öz adınızla əlaqələndirmisiniz...

- (gülür) Məsələ burasındadır ki, "N" riyaziyyatda sonsuzluq işarəsidir. Çoxlu sayda bol xəbər mənasındadır. Orada rubrikaları da xəbər- xəbər adlandırmışıq. Xəbər sözü adamın gözünə girir.

- Siz Mətbuat Xidməti rəhbəri kimi həmişə mətbuatdan qaçmısınız. İndi sayt rəhbəri kimi fəaliyyət göstərmək sizə çətin olmayacaq?

- Bəzən deyirlər ki, mən jurnalistlərlə ünsiyyətdən qaçmışam. Özünüz bilirsiniz ki, Azərbaycanda neçə min jurnalist ordusu var. Hamısına da böyük sayğılarım var. Amma mən fiziki olaraq çatdıra bilmirdim. İnanın ki, telefonumun zaryadkası da qurtarırdı. Özüm də danışa-danışa yuxulayırdım. Kim ki mənə düşə bilmirdi, onlar yazırdı ki, Namiq Həsənov mətbuatdan qaçır.

- Məsələn, “Qafqazinfo” olaraq mən sizinlə danışa bilmirdim...

- İradınızı qəbul edirəm. Demirəm ki, haqsızsınız. Mən canlı efirlərdə çox olurdum. O zaman da telefonuma zəng necə çata bilərdi? Bəzi məsələlərə istehza ilə yanaşanlar da var. Mənim üçün xəbər tapmaq çətin deyil. Kafka deyirdi ki, bir nəfər oxucum varsa mən onun üçün yazıram. Kifayət qədər dostlarım var. İnformasiya bolluğundan heç vaxt əziyyət çəkmərəm. Mətbuat Xidmətlərinin rəhbərləri ilə də dostluğum var. Kimsə mənə düşə bilməyibsə, bunun obyektiv səbəbləri var. İndi də sizin sayt vasitəsilə onlardan üzr istəyirəm ki, suallarını cavablandıra bilməmişəm.

- İndi facebook da varsınız. Yazan kimi cavablandırırsınız, özünüz jurnalistlərə dostluq atırsınız...

- Mən aprelin ayının 25-də facebook hesabı açmışam. Artıq mənə 3000-ə yaxın dostluq atanlar var. Mən hamısına təşəkkür edirəm.

- Ziya Məmmədov nazir postundan gedəndən sonra onunla münasibətləriniz qalıbmı? Görüşmüsünüzmü?

- Mənim heç kimlə düşmənçiliyim yoxdur. Ziya müəllim Azərbaycana xidmət etmiş bir insandır. Onunla əlaqə saxlamaq mənim üçün böyük fəxr olardı. Mən həmişə bu əqidədə olmuşam ki, insanı vəzifəyə görə tanımazlar. Kiməsə vəzifədən getdiyinə, ya qaldığına görə salam verməzlər. Çox təəssüf ki, Azərbaycanda indi kim vəzifədən getdisə əlaqələri qırırlar. Əksinə, mən çox böyük məmnuniyyətlə Ziya müəllimlə əlaqə də saxlayaram.

“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Cavab, butun, jurnalistlerden, eks sozchusu, Ziya, isteyirem, vermediyim, , uzr, Memmedovun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ