yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Dəmir vardı, onu tuta bilmədim” - Şairə gəlininin intiharından danışdı

“Dəmir vardı, onu tuta bilmədim” - Şairə gəlininin intiharından danışdı
18-05-2017, 13:46 111 365 dəfə baxılıb
yüklənir...

Bakıda bir neçə gün əvvəl özünü evyandan ataraq intihar edən Susana Şərifovanın ölümü ilə bağlı müxtəlif versiyalar danışılır. Məlumatalara görə, onun intihar etməsinə qeyri-rəsmi yaşadığı həyat yoldaşı ilə arasında olan mübahisə, işgəncələr səbəb olub. Bütün bunlara dözməyən qadın özünü əri və uşaqlarının gözü qarşısında eyvandan atıb.

Hadisədə ittiham olunan Əbülfəs Baxşıyevin anası, tanınmış şairə Simuzər Nüsrətbəyli (Baxşıyeva) hadisənin əsl səbəbini açıqlayıb:

- O, mənim gəlinim olub. Mən onu balam kimi sevmişəm. Amma baxıram ki, mətbuat yalan, böhtan yazır. Onu mənim evimdə kimsə incitməyib, sadəcə doğuşdan sonra psixoloji problemi yaranıb. Öz ailəsi ona problem yaradıb. Əbülfəs idmançıdır. Mən onları bir il Avropaya toy səyahətinə yollamışam. Deyirlər ki, rəsmi nikahı yoxdur. Nə olsun? Rəsmi nikah nəyi həll edir? Onun yeri evimin başında idi. Bu məsələdə başqa problemlər vardı. Mən evi satırdım. Bu səbəbdən də onu evə qeydiyyata sala bilmədim. Mən gəlin gətirməmişdim ki, ona evimdə problem yaradım. Onlar bir-birini sevib, evləniblər. Yazırlar ki, işgəncə verib, saçını qırxıb. Bu qədər də yalan olar?

- Bəs Susanna niyə intihar edə bilərdi? Həmin günü evdəydiniz?

-Hə, evdəydim. Oğlum da başqa otaqdaydı. Bir də baxdım ki, Susanna balkondan sallanır. Biz buna yardım edə bilmirik. Özü də kənardan qışqırır, deyir ki, “yaxın gəlməyin”. Onun qışqırığına bütün “Tarqovu” yığışmışdı. Bütün insanlar onun balkondan aşağı sallanmasını çəkirdi. 5 vicdanlı kişi tapılmadı ki, onu sallanan yerdən aşağı düşürsün. Onu aşağıdan tuta bilərdilər, amma yaxınlaşmırdılar. Şoka düşmüşdüm, amma özümü ələ alıb yalvardım ki, balaların var, belə eləmə, onları düşün. Mən belə dedikcə bir az da aşağı dəmirdən yapışdı. Aramızda bir dəmir vardı deyə mən onu tuta bilmədim. Özü də deyirdi ki, “yaxın gəlmə, özümü atacam”. Mənə elə gəlir ki, o, özünü atmaq da istəmirdi. Birdən ayağı sürüşdü getdi.

- Həmin günü Əbülfəslə arasında mübahisə olmamışdı ki?

- Qətiyyən. Bizim evdə onların arasında mübahisə olmayıb. Susanna özünü bir neçə dəfə atmaq istəyib. Oğlum qapını bağlayırdı, deyirdi ki, “mama, qapını açıq qoyma, bu, özünü atacaq”. Mən də gülürdüm. Deyirdi ki, “mama, onda psixoloji problemlər var”.

- Sizi qorxudurdu, yoxsa...Tələbləri nə idi?

- Tələbi yox idi, nə deyirdisə, edirdik. Heç nəyə ehtiyacı olmayıb. Doğuşdan sonra onda psixoloji problem yaranmışdı. Tez-tez evdən qaçırdı. Bəlkə də o, bu dəfə də evdən qaçmaq istəyirdi. Qaça bilmədiyi üçün də özünü atdı. Onu içində narahat edən başqa problemlər vardı.

- Oğlunuzu Susannaya işgəncə verməkdə ittiham edirlər. Deyilənə görə, hətta dostlarının yanında onun saçını da qırxıb...

- Yalandır. Bunu Susannanın bacısı yazır. Mən də buna görə susmayacam. Mənim oğlumun dostu var, masajist işləyir. Susannanın bacısı masaja gedib. Oğlana təklif edib ki, onunla əlaqədə olsun. Onunla əlaqəsi olmuşdu. Oğlan da gəlib bunu oğluma danışdı. Bu hadisə Susannaya pis təsir elədi. İndi də yazır ki, “sənə necə qıydılar?” Mən də bunu açıqlamırdım. Lazım gəlsə mən həmin oğlanı məhkəməyə gətirəcəm. Əslində Susanna özünü buna görə atıb. Bacısı onu belə alçaldıb deyə dözə bilmirdi. Psixoloji problemi olan adama belə hadisə necə təsir edər? Susannanın əsas problemi bu idi. Susanna özünü atanda saçı da qırxılı idi. O hamamda olanda məni çağırdı “gəl mənim saçımı qırx”... Razı olmadım. Amma o, həmişə saçını elə saxlamağı sevirdi.

-Neçə uşağı var?

-İki. Böyük uşağının 6 yaşı var.

AzNews.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: onu, Shaire, bilmedim, intiharindan, gelininin, vardi, danishdi, , tuta, Demir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ