SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Ona soyunmaq üçün 1 milyon verən yoxdur” - Tural Əsədov GİZLİNLƏRİ AÇIB-TÖKDÜ

"Ona soyunmaq üçün 1 milyon verən yoxdur” - Tural Əsədov GİZLİNLƏRİ AÇIB-TÖKDÜ

Tarix:

18-05-2017, 09:44

/ 117 518 dəfə oxundu.
"Ona soyunmaq üçün 1 milyon verən yoxdur” - Tural Əsədov GİZLİNLƏRİ AÇIB-TÖKDÜ

Xarizmatikdir. Demək olar ki, xanımların sevimlisidir. Məşğul olduğu bütün sahələrdə uğur qazanır. Elə söhbət əsnasında sevilməsinin də sirrini açdı.

Azərbaycanlı teleaparıcı, şoumen, aktyor, rejissor və prodüser Tural Əsədovun müsahibəsini təqdim edirik…

– Bu gün gənclər tərəfindən filmlər çəkilir. Səviyyə sizi qane edir?

İnkişaf etməyə hələ yerimiz var, hər kəs üzərində işləməlidir, içi mənqarışıq. Limit yoxdur.

– Bu sahədə nədə irəlidəyik, nədə geridə qalmışıq?

– Buna tamaşaçı qərar verə bilər. Çəkilən filmlər 100 dollarlıq banknot deyil ki, hər kəs bəyənsin. Yerli tamaşaçının yerli filmi pisləməsi artıq dəbə minib, amma baxırlar. Bu ikiüzlülüyü mən qəbul edə bilmirəm. Sevmirlərsə baxmasınlar, bəyənirlərsə, boyunlarına alsınlar. Elə bil yerli filmləri tərifləməyə utanırlar. Necə ki, deyirlər ey, yerli telekanallara baxmıram, amma yeri gələndə hamısı da baxır.

– Bəs bizim filmlər nə vaxt ən azı türk serialları kimi gəlir gətirəcək?

– Pis-yaxşı hamısı gəlir gətirir. Amma xərclənən vəsaiti çıxartmırlar – bu, başqa mövzudur. Bəlli bir məbləğ var ki, onu xərcləyib, başa-baş çıxmaq olur.

– Bəs nə vaxt əcnəbilər, lap elə türklər bizim filmlərə həvəslə baxacaq? Necə ki, biz onların filmlərini maraqla izləyirik…

18518829_256988864765575_994014627_n– Azərbaycanda heç kəs deyə bilməz ki, ilk dəfədən çəkdiyim filmlə beynəlxalq festivallarda tanınmışam. İşləmək lazımdır. Almazı cilalaya-cilalaya brillianta çevirmək olar. Yaxşı ssenari və maraqlı hekayə olmalıdır. Aktyor çəkiliş meydançasında kredit barədə düşünməməlidir. Hər yerindən duranı da aktyor eləmək mümkün deyil.

– Aktyor kimi sizi tam qane edən elə bir obrazınız olubmu?

– Yalan deyərəm. Çünki indiyə qədər üç filmə çəkilmişəm. Mənim xoşuma gəlməyən dublları rejissordan xahiş edirəm ki, montajda imkan daxilində çıxartsınlar.

– Belə anladım ki, rejissora tabe olan aktyor deyilsiniz ?

– Yox, tabe oluram.

18554448_256988781432250_452509556_n (1)– Amma şərtləriniz olur…

– Şərt yox, xahişlərim olur. Aydınlıq gətirirəm ki, niyə o dubl xoşuma gəldi, ya gəlmədi? Son qərarı əlbəttə ki, rejissor verir. Amma bəxtim gətirir ki, rejissorlar fikrimi dinləyirlər.

– Sizi bir aktyor kimi maraqlı və xarizmatik edən nədir?

– Gəlin onu tamaşaçılardan soruşaq.

– (ətrafdakı qızlardan sorusduq – red) Xanımlar, Turalı niyə bəyənirsiz?

– Fakturasına görə…

– Tural faktura çoxmu önəmlidir?

18554518_256988884765573_252639054_n– Xarizma mütləqdir, amma faktura obraza uyğun olmalıdır. Hər bir obraza uyğun olaraq aktyor seçilir. Yaraşıqlı olmaq aktyor olmaq demək deyil. Yaxud da aktyor olmaq yaraşıqlı olmaq demək deyil.

– Hər halda, çirkin biri də olmamalıdır…

– Obraza uyğundursa, niyə də yox?! Buna rejissor və prodüserlər qərar verir: yaraşır-yaraşmır, satılır-satılmır?

– Sosial şəbəkədə fəalsız?

– Kifayət qədər…

– Sosial şəbəkədə sizi daha çox nə qıcıqlandırır?

– Məsələnin mahiyyətinə varmadan onun barəsində rəy bildirmək. Biz tərəflərdə eləsinə “dayaz adam” deyirlər. Tək sosial şəbəkədə deyil, elə həyatda da dayaz insanları xoşlamıram.

– Reaksiyanız necə olur bəs?

– Heç nə…

– Sizə daha çox nə yazırlar?

– İrad da olur, xoş sözlər də. Ümumiyyətlə, mən konstruktiv tənqidə çox açığam. Bəzən görürsən səbəb yoxdur, amma hər şeydən zəhləsi gedən adamdır. Mütləq pis bir söz deməlidir. Adam əgər evdə tərbiyə görməyibsə, mənim onu tərbiyələndirməyə nə vaxtım, nə də həvəsim var.

– Təhqir yazan olub heç?

– Allaha şükür ki yox.

– Evlisiz, heç xanımlar sizə xoş sözlər yazırlar?

– Xanımlar da yazır, bəylər də. Bir tamaşaçı kimi hər kəsin öz fikrini yazmağa ixtiyarı var. Mən bu ixtiyarı onların əlindən ala bilmərəm.

– Əyləncəniz varmı?

18554862_256988874765574_207082108_n– Maraqlı kitab oxumaq, istirahət eləmək.

– Hansı xüsusiyyətinizlə mübarizə aparırsınız?

– Çətin bu suala cavab verim. Çünki nə isə olubsa da, yəqin ki, üstündən xətt çəkmişəm. Cavab verə bilməyəcəm.

– Hansının üstündən xətt çəkmisiniz?

– Siz istəyirsiniz ki, iki dəqiqənin içində bütün içimi açıb-töküm? Deməyəcəm.

– Qapalısınız. İnsanlarla baryer saxlamağı xoşlayırsınız?

– Əlbəttə…

– Baryeri aşan insanlara reaksiyanız necə olur?

– Baxır kim və necə aşır? Burda yumruq da işlətmək olar, xoş söz də demək olar.

– Fiziki təzyiqə də keçə bilərsiniz demək… Heç sizdən gözləmirdim.

– Niyə də yox, kişi xeylağıyam da.

– Məsələn, şəxsi həyatınızla bağlı sual versəm, cavablandırarsınız?

– Yox.

– Əgər israr eləsəm, reaksiyanız sərt olar?

– Yox, sadəcə olaraq, rica edəcəm ki, şəxsi həyatımla bağlı sual verməyin. Bunun adı şəxsi həyatdır, yəni şəxsidir, özümə məxsusdur.

– Amma sənət adamlarının şəxsi həyatı həmişə insanlar üçün maraqlı olub.

– Yəni özlərini büruzə verməyə başqa metod olmayanda şəxsi həyatlarını gündəmə gətirirlər. Heç kimi qınamıram da.

– Adətən, aktrisalarımız erotik səhnələrə çəkilməkdən imtina edir. Maraqlıdır, aktyorların bu məsələdə mövqeyi necədir? Məsələn, siz özünüz belə səhnələrə çəkilməyə razılıq verərsiniz?

– Baxır qonorara.

18555132_256988828098912_720797948_n– Bir aktrisa demişdi ki, bir milyon versələr, soyunaram.

– Azərbaycanda heç kimə soyunmağı üçün bir milyon verməyəcəklər. Heç geyinmək üçün də verilməyəcək… Reallıqdan danışmaq lazımdır. Mən realist insanam, hər şey qonorar və konteksdən asılıdır. Hansı konteksdə soyunmaq lazımdır? Mənim çılpaq bədənim kimə lazımdır? Kişi xeylağı bütün günü çimərlikdə soyunur da…

– Yataq səhnəsindən söhbət gedir?

– Əgər bunu ssenari tələb edirsə niyə də yox? İstənilən halda hər bir görüləcək işin müqabilində kifayət qədər məvacib alınmalıdır. Fərqi yoxdur aktyor olsun, jurnalist, ya da başqa sənət sahibi. Əks halda, həmin adam işinin öhdəsindən gələ bilməyəcək, işini yola verəcək.

– Siz istədiyiniz qədər qiymətləndirilirsiz?

– Bəli.

– Məsələn, bir filmdən nə qədər qonorar alırsınız?

– Sirdir.

– Onda belə deyək də, özünüzü bahalı aktyor sayırsınız?

– Kifayət qədər.

– Geyimə çox pul xərcləyirsiniz?

– Zövqlü, amma rahat və sadə olsun, yetər.

– Mütləq brend?

– Mənlik deyil.

– Elə şey varmı qarderoba daxil etmisiz, amma məcburən?

-Kostyumu sevmirəm, amma işimlə bağlı geyinirəm.

– Bəs bahalı avtomobil?

– Hər kəs yorğanına görə ayağını uzadırsa, bu, onun şəxsi həyatı və xoşbəxtliyidir.

– Hərdən sizə elə gəlmir ki, çox eqoistsiniz?

– Mən gizlətmirəm, eqoistəm.

– Bunu yaxşı xüsusiyyət kimi dəyərləndirirsiz?

18579015_256988838098911_1831288736_n– Demirəm yaxşı, ya da pisdir, amma eqoistliyim və özümə verdiyim dəyər var. Elə şeylər var ki kənar gəzirəm. İstəmirəm, bəyənmirəm və özümü belə daha rahat hiss edirəm. Bu da normal bir şeydir. Düşünürəm ki, hər bir insan özünə dəyər verməyi bacarmalıdır. Bu, yekəxanalıq və özündənrazılıq deyil. Sadəcə, öz yerini bilmək qabiliyyətidir.

– Həmişə səmimi ola bilirsiniz?

– Heç mümkün də deyil. Ən azından çalışıram. Adamdan asılıdır. Mən ümumiyyətlə, səmimiyyətin tərəfdarıyam.

– Qarşı tərəfdən neqativ enerji alanda nəzakət xatirinə danışırsınız, yoxsa…

– Bəzən susmaq daha çox xeyir gətirir. Xoşlamadığım ünsiyyətdən kənar durmağa çalışıram. Amma məcburiyyət qarşısında mərifət xatirinə ən azı “salam” alıb-vermək qabiliyyətim var. O ki qaldı səmimiyyətə, kim məni məcbur edir ki, küçədə qarşıma çıxan adama öz işlərim, ya nələrsə barədə səmimi söhbət edim?
Buna artıq mən qərar verirəm ki, insanla hansı həddə qədər səmimi olmaq mümkündür.

– Məşhurluğun mənfi -müsbət tərəfi var?

– Hər bir işin mənfi və müsbət tərəfi var, amma bu yolu seçmişəmsə, hər ikisini qəbul edirəm.

– Mənə maraqlıdır: suallarımı nəzakət xatirinə cavablandırdınız, yoxsa…

– Ən azından məcburiyyət olmadı.

Yeniçağ.az

Şərhlər

XƏBƏR LENTİ