yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Dünya çempionumuzdan İNANILMAZ ETİRAF: - "“Oğru dünyası”na marağım məni həbsxanaya saldı”

Dünya çempionumuzdan İNANILMAZ ETİRAF: -
3-05-2017, 16:08 57 120 dəfə baxılıb

Azərbaycanın ilk peşəkar boksçusu, Dünya çempionu Fariz Məmmədov redaksiyamızın qonağı olub. O, müsahibəsində kriminal həyata qoşulmasından və idmana yenidən qayıtma səbəbindən danışıb:

– Fariz Məmmədov boksdakı nəticələri başqa idman növündə sərgiləyə bilməzdi?

– Əslində idmana boksla başlamamışam. Güləş, karate, kikboks sonra isə peşəkar boks… 1999-cu ildən özümü boksda tapdım. O zaman 19 yaşım vardı. Boksa gələrkən nə düşünürdümsə Allaha həmd olsun ki, istədiklərimi ala bildim.
Düzdür, daha çox şey edə bilərdim. Sadəcə, 7 il fasilə mənim bir az qarşımı aldı. 36 yaşımda da idmançı kimi karyeramı başa vurmalı oldum. Düzdür, davam edə bilərdim. Amma etmədim.

– Niyə boksun peşəkar növü?

– Mən boksa başlayarkən olimpiya idman növünə bu qədər qayğı yox idi. Həmçinin peşəkar boks mənə daha yaxındır.
Düzünü deyim ki, həvəskar boksda nəticə vermək bizim üçün asan idi, nəinki peşəkarda… İndi qaydalar dəyişib, az da olsa həvəskarlar da peşəkara uyğun gəlir. Daha cavan olsaydım şübhəsiz Olimpiya çempionu olub, sonra yenə də peşəkar boksa keçərdim.

– Bir az öncə dediniz ki, 7 il mənim qarşımı kəsdi. O müddət ərzində başqa nələr bacara bilərdiniz?

– Əgər mən həbs edilməsəydim, çox hegemon bir dövlətdə tanınmış, şan-şöhrətli idmançı olardım. Azərbaycan tarixində ilk dəfə peşəkar boksda beynəlxalq turnir keçirildi. 2004-cü ildə mən qitələrarası yarışda çox tanınmış və peşəkar idmançıya qalib gəldim, çempion adını qazandım. Bundan 2 ay sonra ABŞ-a yola düşməliydim. Orada karyeramı daha da inkişaf etdirə bilərdim.

– Yəqin ki həbsə düşmənizlə bağlı çox danışmısınız. Amma sualı sizə belə vermək istərdim. Sizcə günah özünüzdə idi?

– Günah deməzdim, xəta məndə idi (gülür). Mən Ağdamda doğulmuşam. Uşaqlıqdan çılğın biri olmuşam. 12 yaşım olanda müharibədə iştirak etmişdim. İndi tamam başqa bir həyat yaşayıram. Hər şeyi başqa cür dərk edirəm. Həyata başqa gözlə baxıram. Təsəvvür edin, 12 yaşımdaykən əlimdə silah, ön cəbhədə durmuşam. Əsas məsələ o idi ki, yaşıdlarım kimi anamın əlindən tutub qaçmadım. Öz yaşıdlarım kimi məktəbə getmədim, məktəb çantası götürmədim. Yaşamadığım o uşaqlıq mənim ürəyimdə bir yara kimi qaldı. Qaçqınlıq, muharibə… psixologiyama çox təsir etmişdi. Məni kriminal həyat, “lotu” aləmi maraqlandırırdı. Sanki o aləm məni özünə çəkirdi.

– Ananız nə yaxşı sizin əlinizi buraxıb?

– İnandırım sizi, bu sualı indiyə qədər anama verməmişəm. Amma soruşacam. Deyəcəm mən uşaq idim, sən məni hara buraxırdın?

Biz ailədə 4 qardaşıq. Atam maraqlı insan olub. O, çox qürurlu, mərd kişi idi. Həmişə onunla fəxr etmişəm. Arada anam şikayət edir: “cavanlığımda atan, indi də sən…”. Həmişə mənə deyir ki, atana çox oxşayırsan. Anamın həyat tərzi 5 cəngavər arasında keçib: atam və 4 oğlu…

– Bugünkü Fariz Məmmədovla kriminala meyl salan o boksçu arasında fərq var? Ya yenə eyni düşüncədəsiz?

– Çox… Artıq o həyat mənə maraqlı deyil. Kriminal həyatla maraqlanmıram.

– Həbsxanadan çıxandan sonra gənclərə bu yolla getməmək üçün hansısa məsləhətlər verirdiz?

– Mən o yolu getmirdim axı… Sözün əsl mənasında, loru dillə desək qoçuluq edirdim.

– Əlinizdə silah olub?

– Silah əlimdə olmayıb. Sadəcə yazıldı ki, həbs olunan zaman üstündə silah olub. Yazıblarsa deməli, elədir…

– Deyəsən bu həyatınızla bağlı danışmağa çəkinirsiniz ya da xatırlamaq istəmirsiz?

– Yox, sadəcə keçmişi, həbsxana həyatından danışmağı sevmirəm. Amma məqam yarananda cavana, yolunu azmaq istəyən idmançılarımıza özümü örnək gətirirəm.

Mən hər bir həyatı “5”lə bitirmişəm. Qoçuluğu da yaxşı eləmişəm, həbsxanadan da yaxşı çıxmışam. Hansı mühit hansı tələbi yerinə yetirirsə o tələbləri maksimum yerinə yetirmişəm. Gənclərimizə deyirəm ki, minlərlə insan sizin kimi idmançı olmaq istəyir. Siz millətin, dövlətin simasısız. Siz hara gedirsiz, camaat sizə oxşamaq istəyir. Bunları mənə deyən yox idi. Gənclərə deyirəm ki, siz arzuladığınız yolları mən gedib, qayıtmışam.

– 7 il sonra həbsdən çıxdız. İdmana nə vaxt qayıtdınız?

– Mən 7 il boyunca həbsxanada bu arzu ilə yaşayırdım. Həbsxana dövründə mən nüfuzlu məhkumlardan idim. Kriminal aləmdə də nüfuzum vardı. İllər, aylar keçdikcə insan özünü tapır. Ən vacib əməl insanın özünü tapmasıdır. Mən də özümü tapa bildim. Oradan çıxandan 3 ay sonra may ayında bir yarışa çıxdım və qələbə qazandım.

– Buna kimsə və ya nəsə səbəb oldu?

– Xeyr, heç bir səbəbkar və ya səbəb yox idi. Zaman, illər, acınacaqlı, soyuq, ağır günlər məni özümü tapmağıma kömək etdi.

– Siz həbsdəykən də, sonra da “Fariz Məmmədovun idman karyerası bitdi” deyə fikirlər vardı.

– Heç kim məndən idmana qayıdacağımı gözləmirdi. Hamı gözləyirdi ki, mən hansısa kriminal qruplaşmaların liderlərindən biri olacam. 2005-ci il yanvarın 27-də həbs edilən zaman mənim üçün idman mövzusu bağlanmışdı. Fikirləşirdim ki, hamı mənim üçün nə vaxtsa deyəcək: “O bir işıq idi, yandı və söndü. O bir ulduz idi”.

– O zaman həmin qələbə ilə siz həm özünüzü həm də inanmayanları təəccübləndirdiz.

– Sizə səmimi etiraf edim ki, mənim idmana qayıtmağımın səbəbi yalnız həyatda qalmağım üçün idi. Yenidən o aləmə qayıtmaq istəmədim.

– Ailə üzvləriniz bir anda parlayan Fariz Məmmədovun həbsxanaya düşməsinə necə reaksiya verdi? Küsənlər, inciyənlər oldu? Övladlarının yenidən idmana qayıda biləcəyinə inanırdılar?

– Mən həbsxanadaykən atamı itirdim. Ailə üzvlərim də mənim idmana qayıtmağımı istəyirdilər. Amma anam sırf bunu “prinsipə” istəyirdi. Kiməsə nəyisə sübut etməyimi istəyirdi. Anam deyirdi ki, çıx burdan, qoy hamı sənin gücünü görsün. (gülür)

Anadır da… Mən ona pərdənin o biri tərəfini danışa bilməzdim. Ana üçün övlad ən məsum, ən təmiz insandır. Onun da kədərlənməməyi üçün çox dərindən danışmırdım. Amma sonradan anamla həyatımın bəzi məqamlarını bölüşürdüm.

Mənim idmana qayıtmağım, həbsxanadan sonrakı ilk qələbəm Tanrının mükafatı idi. Azərbaycandan baş götürüb getmişdim. Yanvarın 27-si həbsxanadan azad oldum. Fevral ayında sənədlərimi düzəltdim. Martın 4-də atamın ilini verdim, 5-də Almaniyaya getdim. İnanmırdım ki, qayıda bilərəm. Çox sıxıntılar çəkdim, doğma divarlar mənə yad gəlirdi. Ən doğma insanlar mənim üçün yad idi. Amma əslində, mən bu deyildim. Bu da məni həddindən artıq çox sıxırdı. Küsmədim, sadəcə prinsipial şəkildə ölkəmi tərk etdim. Almaniyaya müayinə olunmağa getdim. Zədələrim, ağrılarım vardı. Orada fikirləşdim ki, idmandan başqa yolum yoxdur. Orada bir dostum vardı. Gəldi, görüşdük. Onun peşəkar boksa gəlməsində köməkliyim dəymişdi. Həmin dostumla görüşəndə ondan xahiş etdim ki, gəl bir zala gedək əlcəkləri geyinək. Heyf ki, o görüntüləri telefondan silmişəm. Həbsxanadan sonra ilk məşqim çox mükəmməl alındı. Özüm də inanmadım. Boksa qarşı bir aclığım vardı. Həmin məşqdən sonra mənə təklif gəldi. İstədilər ki, Almaniyada döyüşüm. Qismətə inanan adamam. Düşündüm ki, məni rinqə çıxaran, şübhəsiz davamını mənə verəcək. Bundan sonra vətənimə qayıtmağa qərar verdim…

Bir müddətdən sonra mən döyüşdüm. İlk döyüş üçün 3 rəqib təklif olundu. Onların içərisində də biri erməni idi. Mən də bunun bir qismət olduğunu düşündüm. Elə rəqib olaraq o ermənini seçdim. Qısa zaman ərzində mətbuat konfransı etdim. Səbəbim heç də özümü reklam etmək deyildi. Dedim insanlar bilsin ki, mən qayıtmışam. Gözəl qayıdış idi, döyüş Almaniyada keçirildi. Uşaqlıqdan riski sevirəm, 12 il fasilədən sonra qayıtdığımı göstərə bildim.
İndi riskə o qədər atılmıram, daha rahat sakit həyat istəyirəm.

– Bəs məmur həyatı, hansısa vəzifə arzulamırsız?

– Bu, düzgün olmaz. Səmimi çıxmaz axı. Çünki mənim yüksək vəzifəyə savadım yetmir. O dərəcədə savadlı biri deyiləm ki, vəzifə sahibi olum.

Yeniçağ.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: dunyasina, meni, Dunya, hebsxanaya, NANLMAZ, ETRAF, maragim, Ogru, saldi, chempionumuzdan,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ