yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

 Binə Atçılıq Mərkəzindəki MÜƏMMA - VİP müştərilərin milyonluq atları... - Baş katibi qorxudan kimin adıdır?

 Binə Atçılıq Mərkəzindəki MÜƏMMA - VİP müştərilərin milyonluq atları... - Baş katibi qorxudan kimin adıdır?
29-04-2017, 14:00 87 137 dəfə baxılıb
yüklənir...

Atçılıq mərkəzlərində saxlanılan bahalı atlar və onların sahibləri barədə qısa da olsa Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevlə söhbət etmişdik. Qurum rəsmisi bir çox məlumatların doğru olmadığını, Binə Atçılıq Mərkəzindəki atların federasiyaya aid olmadığını bildirmişdi.

Baş katibin “Azərbaycan Respublikası Atçılıq Federasiyasının bir atı belə yoxdur” cümləsini əsas tutaraq Binə atçılıq Mərkəzinə yollandıq.

Qəribədir ki, baş katibin dediyi ilə orada gördüklərimiz və duyduqlarımız heç də uyğun gəlmirdi.

Binə Atçılıq Mərkəzindəki reportajını təqdim edirik.

Mərkəzin Elit Atçılıq klubunun konkur üzrə çaparı Cavidan Qəhrəmanlı ilə söhbətləşdik:

– Mərkəzdə neçə çapar var?

– Bu mərkəzdə konkur idman növündə idmançı çapar tək mənəm. Məndən əvvəl Rəşad Səmədov olub, hazırda Almaniyada yaşayır. Cıdırda çaparlar az deyil. Sayını dəqiq bilmirəm.

– Bəs London Olimpiadasında ölkəmizi təmsil etmiş Camal Rəhimov haradadır?

– O da xaricdədir. Məşqlərini orada edir.

– Atlara qulluqda siz də iştirak edirsiz?

– Ata baxmaq üçün mehtərlər var. Düzdür, özüm də nəzarət edirəm. Çünki mehtərin gözündən qaçan nələrsə ola bilər. Amma yalın daranmasına özüm xüsusi diqqət edirəm.

– Yarışlarda xüsusi üstünlük verdiyiniz at var?

– Atları göstəricilərinə görə seçirəm. Amma burada seçdiyim atlardan biri Alartes, digəri Valanka adlı atlardır. Biri Belçika, digəri Alman atıdır.

– Mərkəzdəki atlar əsasən haradan gətirilir?

– Bizim konkur idman növünə yarayanlar alman atlarıdır. Mərkəzimizdə ingilis, ərəb atları da var.

– Buradakılar bahalı atlardır, ya ucuzları da var?

– Bahalı da var, ucuz da… Ən bahalısı Alman atlarıdır. (Tapşırıq verildi ki, qiymətlərin deyilməsi qəti şəkildə qadağandır) Ərəb atlarından sadəcə, cıdır yarışlarında istifadə edilir. Ərəb atları konkura yaramır.

– Mərkəzdən kim istəsə gəlib at ala bilər?

– Əgər satışa qoyularsa… Bura sırf o işə baxmır. Bura atların yetişdirilib satılması işiylə məşğul olmur. Sadəcə ola bilər ki, kiminsə şəxsi atı var və onu daha istəmirsə, o zaman satılmasında köməklik edilir.

– Mərkəzi atlarla kim təmin edib?

– Federasiyanın prezidenti… (Qeyd edək ki, federasiyanın baş katibi bizə heç bir atın onlara aid olmadığını bildirmişdi…)

Çapara bir atı göstərib, qiymətini soruşduqda: “Bunlar elə-belə atlardır, maksimum qiyməti heç min manat da deyil. Bahalı atlar o tərəfdədir” deyə, cavab verir.

– Məsələn, bizim mərkəzdə İslandiya atları var ki, poni tipindədir. Amma poni deyil. Ponilər də minilmək üçündür. Əsasən azyaşlılar, yəni 10 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.

Buradakı Frizlərə “gözəllik atları” deyilir. Tədbirlərdə göstəriş xatirinə üzə çıxarılır. İdmana yaramır, Hollandiyadan gətirilir. Bu cinsin ancaq qarası olur. Heç bir ağ nöqtəsi də olmur. Qırğız atları da var, onlar da yarışa yaramır. Ürəkli atlardır, ürkək deyillər. Amma yarışlarda istifadə olunmur.

– Yarışlara çıxartmaq üçün atın minimum neçə yaşı olmalıdır?

– Konkur idmanı üçün ən yaxşı halda 9-10 yaş olmalıdır. Ola bilər ki, cavan at gəlir əhliləşdirib, yarışa çıxarırıq. Hazır at da alırlar. Yəni yarışlarda püxtələşmiş olur. Bir atı konkura yetişdirmək üçün ən az 4 il lazımdır.

– Atların nalları harada düzəldilir?

– Əksəriyyəti xaricdən gətirilir. Amma xaricdəkilərin kursunda iştirak etmiş nalbəndlərimiz də var. Cıdır atlarında adətən, alüminium nallar olur, konkurda isə dəmir olmalıdır. Cünki cıdırda rahat yarışa bilmək üçün nallar yüngül olmalıdır.

– Konkurdakı ya cıdırdakı atlar daha baha olur?

– Konkurdakı qiymətlərdən dəqiq məlumatım yoxdur. Amma bizim idman növü üçün verilən atlar həqiqətən bahadır.

– Bayaqdan tövləni gəzirik. Qapılara “VİP müştəri” yazılıb.

– Hamısına elə yazılıb. Xüsusi olaraq ad yazılmır. Sahibi istəmədiyi üçün öz adını yazdırmır. Amma bu da istəyə bağlıdır, at var ki, qapıda sahibinin adını yazırıq.

– Bayaq dediniz ki, atları federasiya prezidenti alıb. İndi də deyirsiz ki, sahibi adının yazılmasını istəmir.

– Bəziləri var ki, sahibləri əsasən “yuxarıda” oturanlardır. Təəssüf ki, dəqiq məlumatım yoxdur deyə, adlarını açıqlaya bilmərəm.

– “VİP müştərilər” yarış atlarına üstünlük verirlər, ya gözəl görünüşlü atlara?

– İdmançı deyilsə, görünüşü gözəl olan atları seçirlər.

-Atların adlarını kim qoyur?

– Mərkəzin özünə aid olan atlara biz, xüsusi sahibləri olan atlara isə özləri…

Jokeylə söhbətimizi başa vurub qiymətlərlə maraqlandıq. Görəsən mərkəzə at minmək üçün gələnlər nə qədər pul ödəyirlər?

Sualımıza kassadan cavab almaq istəsək də, yaxın buraxılmadıq. Mərkəzin rəsmilərindən biri kassadan kənarda qiymətləri şifahi şəkildə açıqladı:

“Hər ölkənin turisti bura rahat şəkildə gələ bilir. Ümumiyyətlə, bizdə giriş pulsuzdur. Amma ata minmək ödənişlidir. 8-9 yaşdan uşaqlar üçün qiymətlər 5 manatdan başlayır. Bu, birdəfəlik qiymətdir. Aylıq kurslarımız da var. Orada peşəkar müəllimlər dərs keçir. Qiyməti 250 manatdır.

Söhbət əsnasında turistlərin atçılıq mərkəzinə axışdığının şahidi olduq. Onların içərisində ərəblər çoxluq təşkil edirdi. Qadın, kişi, uşaq… hamısı ata minmək üçün gəlmişdilər.

Övladlarının poniyə minməsi üçün kassaya ödəniş edən bir ərəbistanlı xanıma yaxınlaşdıq.
Söhbət əsnasında məlum oldu ki, onlar Azərbaycana iki gün əvvəl gəliblər. Turist xanım övladını ata mindirmək üçün təxminən 2 uşağı üçün 50 dollara yaxın pul ödəyib. Öyrənirik ki, uşaqlardan birinin 7, digərinin isə 5 yaşı var.

Jokeyin bizə dediyi “yuxarılar”ın kim olduğunu Binə Atçılıq Mərkəzinin əməkdaşlarından birindən öyrənmək istədik. Aldığımız cavab belə oldu: “Guya bilmirsiz? Təbii ki, söhbət rəsmi şəxslərdən, iş adamlarından gedir. Mən o atın qiymətinə bir ev alaram”.

yeniçağ.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: katibi, milyonluq, Bine, Merkezindeki, atlari, Bash, qorxudan, , , kimin, Atchiliq, VP, mushterilerin, MUEMMA, adidir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ