yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanlı məşhura BİABIRÇI TƏKLİF: - "Sən əməl et, ölkəndə bundan xəbər tutmayacaqlar"...

Azərbaycanlı məşhura BİABIRÇI TƏKLİF: -
28-04-2017, 12:40 92 265 dəfə baxılıb
yüklənir...

Çəkildiyi “Səfərin ailəsi”, “Bacanaqlar”, “Tufanlı Səma”, “Qanlı yanvar”, “Üç badam, bir qoz” filmlərində oynadığı maraqlı obrazları ilə diqqət çəkib. Xarici görünüşünə və naz-qəmzəsinə görə rejissorlar onu çox vaxt sevgili, katibə obrazlarına dəvət edirlər.

Yaşar Nurinin yetirməsi, gənc aktrisa Mila Əminənin müsahibəsini təqdim edirik.

– Fikir vermişəm, əksər filmlərdə və seriallarda yalnız sevgili obrazında çəkilirsən. Maraqlıdır, rejissorlar səni başqa obrazda görə bilmir?

– Vallah, özüm də bilmirəm səbəbini. Filmin adını deməyəcəm, ilk dəfə rejissor məni görən kimi dedi ki, bu görünüşünlə səni ancaq sevgili obrazında görürürəm. Bilmirəm nədənsə, əksər serial və filmlərdə hansısa kişinin ya sevgilisi oluram, ya da katibəsi.

– Bəs rejissorların bu təklifi ürəyincə oldu?

– Müğənni-bəstəkar Elza Seyidcahanın bir mahnısı var: “dondan-dona girərik, sevilərik-sevərik, milyon həyata gəlib, milyon dəfə ölərik”. Əgər bu, mənim sənətimdirsə, sənətimi sevirəmsə, obrazın öhdəsindən gəlirəmsə, tamaşaçı tərəfindən qəbul olunuramsa, niyə də etiraz edim?

– Amma həmkarların arasında etiraz edənlər də var…

– Rejissor məni o rolda görürsə, mən də öhdəsindən gəlirəmsə, qəbul edirəm.

– Sevgili obrazından sonra yəqin ki, zəhləni tökənlər də çox olur?

– Hə, sosial şəbəkədə o qədər yazırlar, amma heç birinə cavab vermirəm. Ardından da yazırlar ki, sən çox özündənrazı xanımsan. Baxır nə barədə. Görəndə ki, kimsə mənə sevgi dolu etiraflar edir, cavablandırmıram.

– Açıq-saçıq təkliflər olur?

– Bu yaxınlarda Türkiyədən mənə təklif gəldi. Dedilər, böyük pul müqabilində gecə geyimlərini geyinib, reklam etməyinizi istəyirik. Onu da dedilər ki, bu şəkillərin İstanbulda yayılacaq. Razılıq vermədim.

– Niyə?

– Mentalitetimizə uyğun deyil.

– Bəs bayaqdan deyirsən, rejissor hansı rolu versə oynayaram?

– Lap açıq geyinib, özümü biabır etmərəm. Bunu özümə yaraşdırmıram.

– Niyə ki, dünya ulduzları da alt paltarlarını da reklam edir…

– Onlar edir e, amma mən bunu Azərbaycanda edə bilmərəm.

– Demək ki, cəmiyyətdən, söz-söhbətdən qorxursan?

– Yox cəmiyyətdən qorxmuram və heç vaxt da cəmiyyətin fikri ilə oturub-durmamışam.

– Bəs bayaqdan deyirsən mentalitet-filan…

– Sadəcə, bu, Azərbaycanda mümkün deyil. Ailəm də buna imkan vermir. Mən xarici ölkələrdə yaşasaydım, ya işləsəydim, buna razılıq verərdim.

– Getdiyin məclislərdə, tədbirlərdə səni ən çox hansı rolunun adı ilə çağırırlar?

– “Tufanlı səma” serialındakı adımla… Mənə “Səma” deyirlər.

– Filmlərdə gözəl sevgilisən, bəs həyatda?

– Yox, sevgi-zad istəmirəm. Sevgiyə başım qarışsa, onda sənətdən uzaq düşərəm.

– Hardan bilirsən?

– Başıma gəlib, bir dəfə sevmişəm, bir il sənətimdən ayrı düşmüşəm. Nəinki sənətdən e, həyatdan uzaqlaşdım. Ona görə də dəyməz.

– Axırı necə oldu?

– Bir il onun sevgilisi oldum, axırda da başqası ilə evləndi, ayrıldıq.

– Niyə?

– Xəyanət elədi.

– Sənin kimi gözəl xanıma?

– Elə gözəl xanıma xəyanət edirlər də.

– Depressiyaya düşmədin ki?

– Düşdüm, fikir elədim.

– Növbəti dəfə seçim edəndə ehtiyatlı olarsan.

– Elə edəcəm. Heç vaxt özümlə yaşıd oğlan seçməyəcəm. Kişi məndən on-on beş yaş böyük olmalıdır.

– Qoca kişini neynirsən ki?

– Həyat təcrübəsi məndən üstün olmalıdır. Eyni yaşıdımı heç vaxt sevə bilmərəm. Özüm belə qərar vermişəm. Niyə vaxtım boşuna getsin ki…

– Yəni indiki oğlanlar deyirsən vaxt aparır?

– Hə, çoxundan narazıyam. Dəyər verməyi bacarmırlar. Bütün xanımlar mənimlə razılaşar yəqin. İndiki oğlanlar bu gün sevgilisindən ayrılır, iki gündən sonra başqa qızın yanında olur. Heç iki gün də qəm çəkmir. Üçüncü gündə hamısı sosial şəbəkədə özünə sevgili axtarır.

– Amma 15 yaş böyük kişilərin çoxu evlidir axı?

– Niyə 35-36 yaşında həyatını quran kişilər var. Hər halda biləcəksən ki, yanında kişi gedir.

– Birdən evli kişi sənə aşiq oldu, dedi ki, səni saxlayım, razılıq verərsən?

– Yox, razılıq vermərəm.

– Elə təkliflər olur?

– Əlbəttə olur. O təkliflərə qarnımız toxdur. Mən satılacaq qadın deyiləm, mənə dəyər verən kişi yanımda olmalıdır.

Yeniçağ.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , yeqin, deyil, kimse, teklifi, buna, , kishi, , bilirsen, Amma, var, yashid, on on, seve, Azerbaycanda, seni, bilmerem, qizin, etiraz, , , sema, gorururem, sonra, Men, vaxtim, e, , defe, , qerar, olmalidir, Demek, adi, da, Sema, deyirsen, , yaninda, toxdur, naz qemzesine, bacarmirlar, dey
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ