yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Geylər çıxıb efirdə kişilikdən, Qarabağdan dəm vurur...”

“Geylər çıxıb efirdə kişilikdən, Qarabağdan dəm vurur...”
27-04-2017, 19:08 108 050 dəfə baxılıb
yüklənir...

Gəncə şəhərində qızın qızı qaçırması ilə bağlı yayılmış xəbər bu günkü gündəmi zəbt etdi. Sonradan xəbərin təfərrüatları məlum olsa da, yəni qızlar arasında heç də yazıldığı kimi “sevgi” münasibəti olmadığı bildirilsə də, artıq sosial şəbəkələrdə hər kəs bu mövzunu müzakirə etməyə başlayıb.

Tanınmış müğənni Əli Mirəliyev açıqlamasında gündəmi zəbt etmiş bu xəbərlə, bu tip hadisələrin çoxalma səbəbləri ilə bağlı geniş danışıb.

Əli Mirəliyev bu kimi hadisələrin artmasında əsasən efirləri zəbt etmiş homeseksual müğənniləri, aparıcıları günahlandırıb:

“10 ildən artıqdır ki, mən bu cür söhbətləri yayan aparıcılarla, müğənnilərlə mübarizə aparıram. Bu gün bizim elə aparıcılarımız, müğənnilərimiz səhnəyə çıxır ki, qız-oğlandılar, yəni üçüncü cins kişidilər. Mahnı janrımız əldən gedib, adını da dəyişib şou-biznes qoyublar. Üçüncü cins kişilərin hərəsi əlinə bir mikrofon alıb düşüb musiqi janrının, estradanın canına.Hər kəs yaxşı bilir ki, söhbət kimlərdən gedir. Bu hal bütün kanallarda mövcuddur. Həmin insanlar doğulanda anası öpüb, yalayıb ki, oğlum olub, əgər o ana bilsəydi ki, oğlu böyüyəndə bu hala düşəcək, o uşağı qarnında olanda məhv edərdi. İndi həmin şəxslər telekanalları zəbt ediblər, kanalların rəhbərləri üçün də efirə çıxardıqları şəxslərin kimliyi fərq etmir. Kanal rəhbərləri güya xalqın balalarına doğru yol göstərməyə xidmət edirlər, ancaq anlamırlar ki, o cür adamları efirlərə buraxmaq olmaz. O “kişi” aparıcıların, müğənnilərin hərəsinin bir dənə də yox, iki “əri” var. Onlar kişi deyillər, güya evlənirlər, ancaq onları saxlayan ərləri var. İndi həmin insanlar efirlərə çıxıb ailə dəyərlərindən, ailədə kişinin rolundan, necə olmasından danışır. Anlamırlar ki, çox gülünc görünürlər, Bakı balaca şəhərdir, hər kəs kimin kim olduğunu yaxşı bilir. Bizdə hər kəs özündə olmayan şeydən danışır, belələri də özlərində olmayan kişilikdən”.

Müğənni qeyd edib ki, bu kimi xəbərlərin yayılması da cəmiyyətə mənfi təsir göstərir:

“Saytlarda yazırlar ki, Konçita Bakıya gəldi. Bu xəbəri elə təqdim edirlər ki, sanki Allah gəldi. Konçita kimdir axı, Konçita bədbəxtin biridir, ay cavanlar, xeyir ola özünüzü bu bədbəxt üçün öldürürsünüz?! Camaat da baxır, düşünür ki, Konçita yəqin bir yaxşı şey edib ki, bununçün ölürlər, gedib mən də prob edim onun elədiyin. Bu cür xəbərləri yaymaq, efirlərdə göstərmək olmaz. Tək bu xəbərləri yox, kriminal xəbərləri də, məsələn, oğulun ananı öldürməyini, atanın qızına təcavüz etməyini xəbər edib yaymaq olmaz. Qabaqlar bunlara nəzarət edən qurumlar vardı, indi nə nəzarət var, nə nəzarətə hörmət edən. Biz bilirik ki, bunlar bizim millətə yad olan xüsusiyyətlərdir, ancaq cavanlarımız bilmir axı, elə düşünürlər ki, elə belə də olmalıdır, arvad kişini, kişi arvadı, oğul ananı, ananı öldürməlidir.
Homoseksualların çoxu ya avara, ya da qudurğan insanlardı. Qızlar qızlarla yaşayır, bəyəm Azərbaycanda kişi yoxdur ki, bu qızları saxlasın. Bu cür xəbərlər yayıldıqca da cavanlarımız deyirlər ki, gedək bir sınayaq görək nədir, nə olan şeydir. Necə ki, norkoman bir dəfə iynə vurur, səhərisi deyir bir dəfə də vurum və beləcə xəstəlik yayılır. Bütün bunların qarşısını başbilənlərimiz, yuxarıda oturanlarımız almalıdır. Qarabağı ala bilmirlərsə, heç olmazsa bu namussuzluğun qabağını alsınlar, bu zir-zibilləri efirlərdən yıışdırsınlar, təmizləsinlər efirləri. Siyasi, hərbi-vətənpərvərlik, elmi, bədii verilişlər hazırlansın, bəsdir bu üçüncü cinsin nümayəndələri at oynatdı efirlərdə”.

İfaçı cəmiyyətin bu hala düşməsində işsizliyin də payının olduğunu deyib:

“Bu kimi hadisələrin çoxalmasına zavod-fabriklərin işləməməsi, işsizliyin baş alıb getməsi, cavanların işləyib aylarla maaş ala bilməməsi də səbəb olur. İndi hamı ya polis, ya da müğənni olmaq istəyir, çünki başqa sahədə iş yoxdur. İşsizlik baş alıb getdikcə əlbəttə ki, bizim cavanlar da doğru olmayan yollara əl atacaq. Cavanlar görür ki, bu sahədən pul çıxır, ona görə də bu yolllara düşürlər ”.

Əli Mirəliyev vurğulayıb ki, torpaqlarımızın işağlda qalması da cavanlarımızı laqeyidliyə, inamsızlığa, biganəliyə sürükləyir:

“Yuxarı nəslin nümayəndələrində, rayon, kənd uşaqlarında qismən də olsa vətənpərvərlik hissi qalıb, ancaq elə ki Bakıya gəlirlər, onlar da olurlar bu cür insanların tayı. Hansı ki, vətənpərvərlik hissindən anlayışları belə yoxdur, yalandan çıxıb efirlərdə Qarabağ deyə qışqırırlar. Axı üçüncü cins nə bilir vətən nədir, Qarabağ nədir?! Əri olan alçaq əlinə avtomat alıb vuruşa bilərmi? Elə burda özlərini düzgün aparsınlar, kişi kimi yaşasınlar onların Qarabağda vuruşması bizə lazım deyil.
Belə getsə, Qarabağımızı kim işğaldan azad edəcək? Axı bizə Qarabağa gedə bilmək üçün mərd, qorxmaz, igid, cəsur oğullar lazımdır. Qarabağ bizimdirsə, bu gün biz nəyə görə Qarabağa gedə bilmirik? Bizə hansısa təpəni almaq yox, Şuşamızı, Ağdamımızı, Laçınımızı, Füzulimizi, Cəbrayılımızı, Xocalımızı, Kəlbəcərimizi, Zəngilanımızı geri qaytarmağımız lazımdır. Kim alacaq axı bu torpaqları? Axı mən də istəyirəm o torpaqları görüm, canımı da, qanımı da verərəm o torpaqların uğrunda”.

Müğənni sonda deyib ki, bütün bunlar bizi bir millət olaraq uçuruma aparır:

“Başbilənlərimiz, deputatlarımız çıxıb efirlərdən yalan danışırlar, iki eşşəyin arpasını bölə bilmirlər, siyasətçinin də, müğənninin də ancaq prezidentlə Mehriban xanımı tərifləməkdən başqa əllərindən bir iş gəlmir. Gənclərimiz də bisavadlaşır, pul verib diplom alırlar. Belə olan halda əlbəttə ki, millətimiz də bu günə qalacaq. Mən Gülarə Əliyevanın ansamlının solisti olmuşam, ancaq bir dəfə də çıxıb kimisə tərifləməmişəm, çünki mən müğənniyəm, siyasətçi deyiləm. Nə prezident təqaüdü alıram, nə prezident mənə ev verib, heç gözləmirəm də, xalqımın sadə insanları kimi yaşayıram, amma kişi kimi, şərəfli ömür sürürəm. Çıxıb hansısa nazirə, iş adamına xoş görünmək üçün tərifləyən deyiləm və bu da mənim həyata baxış tərzimdir, xalqıma bir vətəndaş kimi olan məhəbbətimdir. Mən sözümlə, ailəmlə, əqidəmlə tamamlanmalıyam, düzgün yaşamalıyam ki, düzgün də məsləhət verim. Bunlar düzgün yaşamayandan sonra insanlara necə düzgün məsləhət verə bilərlər?! Özü əyri, ailəsi əyri, oğlu-qızı axsayan adam necə doğru yol göstərə bilər?!”

Moderator.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: alib, gunahlandirib, yashayiram, ellerinden, Bunlar, vetendash, chunki, da, Mehriban, insanlara, tesir, Kanal, eline, deputatlarimiz, de, geldi, xeberler, guya, Bu, Eliyevanin, bilerler, ilden, sinayaq, meselen, prezident, cur, ya, Bu, Siyasi, apariram, eden, efirde, anani, efirlerden, Q
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ