yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vətəndaşlığı qəbul etmiş kubalı atleti Azərbaycanda necə gizlətdilər… - İnanılmaz təfərrüatlar

Vətəndaşlığı qəbul etmiş kubalı atleti Azərbaycanda necə gizlətdilər… - İnanılmaz təfərrüatlar
27-04-2017, 16:32 109 716 dəfə baxılıb
yüklənir...

Atletika üzrə Azərbaycan milli komandasına yeni legioner cəlb olunub. Kubalı, 3 təkanla uzununa tullanan Aleksis Kopello Sançesin bütün yarışlarda Azərbaycanı təmsil etməsi üçün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasından razılıq alınıb. O, millimizə qatılmaqla yerli idmançı, Avropa rekordçusu Nazim Babayevə potensial rəqib olub. Federasiya 3 ildir ki, onun “milliləşməsi” üçün gözləmə mövqeyində olub.

Bu günə qədər Azərbaycanı atletikanın bu növündə məhz N. Babayev təmsil edib. Nədənsə qurum rəhbərliyi 3 il müddətinə ona yeni alternativ idmançı yetişdirməkdənsə, daha asan yola əl atıb. Əldə etdiyimiz məlumata görə, kubalı idmançının “milliləşməsi”nə xeyli pul xərclənib.

Məlumatda o da bildirilir ki, Sançesin yarışlardan qazanacağı mükafatın dəyəri də əvvəlcədən müəyyənləşdirilib. İddiaya görə, federasiya ona təkcə İslamiada üçün 50 min manata yaxın mükafa söz verib.

Yeni gətirilən bahalı idmançı və onun millimizdəki yeri ilə bağlı Atletika yığmasının baş məşqçisi Məhərrəm Sultanzadə ilə əlaqə saxladıq. Danışan qurum rəsmisi gülməli bir şəkildə “milliləşmə”nin pulsuz başa gəldiyini dedi. Hətta məşqçinin sözlərinə görə, kubalı atlet artıq 1 ildir ki, Azərbaycan vətəndaşlığıını qəbul edib.
Bu yerdə maraqlı bir sual yaranır: elə isə Aleksis indiyədək niyə gizlədilmişdi?

– Sizcə Aleksis Kopello Sançesin milliyə gəlişi yerli idmançımız Nazim Babayevi ikinci plana atmış olmur?

– Deməzdim. Onların nəticələri eynidir. Bundan əlavə onu Azərbaycana Federasiya dəvət etməyib. Atletika İdman klubunun dəvətidir. Amma yerli qurum Beynəlxalq Federasiyası ilə danışıqlar aparıb.
Aprelin 24-dən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) ona rəsmi icazə verib. Bu məsələ 3 il ərzində davam edib. Belə ki Atletika İdman Klubu federasiyamıza müraciət etmişdi. Biz də həmin ildən bu məsələ ilə bağlı danışıqlar aparırdıq. Amma İAAF onun millimizə gətirilməsinə razılıq verməmişdi. Baxmayaraq ki, idmançı özü 2012-ci ildən ölkəsindən kənarda – İspaniyada yaşayırdı. Biz də qaydalara əsasən, 3 il gözlədik. 3 il sonra isə həmin icazəni ala bildik.

– Aleksis Kopello Sançes nə vaxtdan rəsmi şəkildə millimizin oyunçusudur və Azərbaycan vətəndaşlığını qəbul edib?

– O, 2016-cı ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Amma bu ilin aprel ayının 24-dən rəsmi şəkildə Azərbaycan millisinin üzvüdür. Bundan sonra da ölkəmiz adına bütün beynəlxalq turnirlərdə iştirak edəcək.

– İslamiadada Nazim Babayevə yoxsa kubalı idmançıya şans veriləcək?

– Hər ikisi iştirak edə bilər. Çünki qaydalara əsasən bir növdə iki idmançı iştirak edə bilər

– Milliyə başqa hansı ölkədən idmançı gətirəcəksiniz?

– Hazırda belə bir planımız yoxdur. Çünki mart ayında İAAF-ın İcraiyyə Komitəsininin İclası oldu. İclasda verilən qərara görə, bütün transferlər ilin sonuna qədər dayandırıldı. Növbəti ildən isə yeni qəbul olunacaq qaydalara görə plan qurulacaq. O zaman bilinəcək ki, şərtlər nədir, necə olmalıdır.

– Aleksis Kopello Sançes nə qədər pul qarşılığında vətəndaşlığı qəbul edib?

– Təmənnasız. Pul ödənilməyib. Sadəcə Azərbaycan adından çıxış etməyi onun özü istədi. Bu istəyinə görə də 3 il gözləyib.

– Bu müddət ərzində o, Azərbaycana sadəcə, vətəndaşlıq almaq üçün gəlib?

– Yox. Azərbaycanda beynəlxalq yarışlarda iştirak edib.

Yeniçağ.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , shekilde, yerli, , mart, Atletika, sonra, , , Klubu, Chunki, de, Sanches, ona, idmanchimiz, elaqe, ishtirak, dedi, bele, , Onlarin, zaman, clasda, ildir, bash, shertler, de, atmish, yoxdur, icaze, plana, qebul, uzununa, etmeyi, etmesi, Babayeve, neticeleri, gore, Amma, Kopello, ki, ki, get
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ