yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Saatlı DSMF ilə bağlı yazılanların heç bir əsası yoxdur

Saatlı DSMF ilə bağlı yazılanların heç bir əsası yoxdur
17-04-2017, 12:00 41 870 dəfə baxılıb
yüklənir...

Bir müddət öncə ölkə mətbuatında Saatlı rayon DSMF-nun rəhbəri Hafiz Miriyevlə bağlı xoşagəlməz yazılar dərc olunmuşdu. Həmin yazılan məqalələrdə qeyd olunurdu ki, şöbə müdiri ləvğ olunmuş MTN generalı ilə sıx əlaqədədir və onu özünə himayədar seçib. Bundan başqa məlumatda şöbə müdirinin təqaüdü artırmaq üçün vətəndaşlardan 1500-2000 manat arası, əmək fəaliyyətini bir neçə il artırmaq üçün isə, alınacaq pulun 70 faizini istədiyi iddia olunurdu. Digər məlumatda isə Hafiz Miriyevin 100 hektar sahəsinin olduğu və böyük bisnes ilə məşğul olmasından bəhs edilirdi. Məsələ ilə bağlı Xalqxeber.Az-ın araşdırma qrupu Saatlı rayonuna ezam olunaraq, ölkə mətbuatında eləcədə xəbər portalında dərc olunanların həqiqətə nə dərcədə uyğun olub-olmamasını araşdırmaq qərarına gəldi. Əməkdaşlarımız Saatlı rayonunda olarkən bir neçə rayon ağsaqqalları ilə görüş keçirmişlər. Əməkdaşlarımızla söhbət edən təqaüdçülər, ölkə mətbuatında yazılanların həqiqətə uyğun olmamasını dilə gətirərək, məlumatların tam şəkildə əsassız olduğunu və Hafiz Miriyevin gördüyü işlərə kölgə salındığını dilə gətirmişlər. DSMF-nun Saatlı şöbəsinin qarşısında olan rayon ağsaqqalı Xalqxeber.Az-ın əməkdaşlarına bildirmişdir ki, ölkə rəhbərliyinin təqaüdçülərə göstərdiyi diqqət və qayğı Saatlı rayonundan yan keçməmişdir. Əyani sübut kimi onu deyə bilər ki, DSMF-nun Saatlı şöbəsinə müraciət edən hər bir rayon sakini Hafiz Miriyevin onlara olan qayğısından ağızdolusu danışa bilər və müraciəti müsbət şəkildə həll olunduğunu bildirər. Əməkdaşlarımız ölkə mətbuatında şöbə müdiri ilə bağlı yazılanların doğru olub-olmaması ilə bağlı rayon sakinlərinə sual ünvanlamışlar. Rayon ağsaqqalları əməkdaşlarımızın sualına sərt reaksiya verərək, Hafiz Miriyevin nəinki 100 hektar torpaq sahəsi, heç 5 sot torpağının olmadığını dilə gətirmişlər. Şöbə müdirinin özünə yuxarı dairələrdə himayədarının olması ilə bağlı söhbətlər gəzir sualına isə rayon sakinləri "bəli var, lakin Hafiz müəllimin himayədarı Uca Tanrıdır" sözlərini ifadə etmişlər. Əməkdaşlarımız rayonda araşdırma apararkən şöbə müdirinin həqiqətəndə Saatlı rayonunda heç bir biznesinin olmamasının şahidi olmuşlar.
Xalqxeber.Az-ın araşdırma qrupu şöbə müdirinin son zamanlar ölkə mətbuatının gündəmində olmasının səbəbini araşdırarkən belə qənaətə gəlmişlər ki, xəbər portallarında Hafiz Miriyevlə bağlı yazılanların əsası yoxdur və gözügötürməyən qüvvələrin qarayaxma kompaniyasıdır.
Sonda rayon ağsaqqalları Xalqxeber.Az vasitəsi ilə jurnalistlərə səslənərək, Hafiz Miriyev haqqında yazı hazırlayarkən "Allahı başlarının üstündə görmələrinin" tövsiyyəsini vermişlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ