yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
loading...

“Ərim dostundan pul alıb, məni onun yatağına saldı" - FOTOLAR

“Ərim dostundan pul alıb, məni onun yatağına saldı
17-04-2017, 12:36 55 251 dəfə baxılıb
yüklənir...

Onu metronun “28 may” stansiyası tərəfdə, kiçik bir köşkün küncünə sığınıb, astadan zümzümə edib, çay içən yerdə gördüm. Maraq məni bürüdü. Yaxınlaşdım; əlləri əsirdi. Hava soyuq, həm də küləkli idi. Əllərinin əsməsi təkcə havanın soyuqluğundan deyildi, yaş da öz sözünü deyirdi. Bir qədər diqqətlə baxanda gördüm ki, nimdaş geyimli bu ahıl qadının təkcə əlləri yox, bütün bədəni əsir. Ona baxanda içim sızıldayırdı. Mənə çox maraqlı idi ki, niyə axı bu yaşında qadın az qala ayaqlar altına yıxılır? Onun doğması və ya övladı yoxdurmu? Bu cür insanların həyat hekayələri nə qədər ağır olsa da bu ananı da danışdırmaq istədim.

77 yaşlı Qəmər nənənin (ad şərtidir- red.) ovcuna 20 qəpik qoyub, söhbətə başladım…

– Məni tanıdın?

– Həəə, tanıdım. O gün də ovcuma pul qoyub getdin.

Gülümsəyib qırışmış əlini saçlarıma çəkdi.

– Nə əcəb əvvəlki yerində dayanmamısan, ay nənə?

– Bu gün ayaq üstdə dayanmaqdan çox yorulmuşam. O tərəflər küləklidi, gəldim ki, burda oturub bir çay içim. Həm canım isinsin, həm də yorğunluğum çıxsın.

– Ay nənə, gözlərindən qəm yağır. Deyəsən, həyatın çox keşməkeşli olub…

– Məni danışdırmaq istəyirsənsə, boşuna özünü yorma. Heç nə deməyəcəm. Həyatımı danışsam gərək bir kitab yazasan.

– Bax, nə qədər istəsən pul verəcəm, ancaq mənimlə səmimi ol və özün barədə hər şeyi danış.

Sözümü bitirməmiş nənə gülür, çürük dişlərini gizlətmək üçün sağ əlini dodaqlarının üstünə qoyub, “doğurdan deyirsən?”, deyə soruşur.

– Hə…

– Eeeh… Bəxtim olsaydı mən də oğul-uşaq sahibi olardım. Nəvəm olardı, indi sən yox, o mənimlə söhbət edərdi. Mən də cavanlığımdan ona danışıb dərdləşərdim (kövrəlir).

– Ay nənə, övladın yoxdur?

– Yox, yoxdur.

– Heç ailəli olmamısan?

– O vaxt ərə getmişdim. Ərimin başı batsın, məni aldatdı, toruna düşdüm. Ayılanda da artıq gec idi.

– Necə toruna düşdün?

– Cavanlığımda çox gözəl idim. O vaxt elə yaraşıqlı kişi olmazdı ki, arxamca düşməsin. “Kənd soveti” sədri lap ayaqlarımın altında sürünürdü ki, bircə dəfə “hə” deyim. Ancaq mən onların heç birisini saymırdım. Kənddə iki qardaş mənə görə düşmən olmuşdu. İkisi də məni istəyirdi (gülümsəyir). Anaları da məni söyürdü, deyirdi ki, “nədir bu oğlanların ağlını başdan almısan, birini seç çıx get də”. Bizim də canımız dincəlsin, sənin də. Ancaq mən başıboş o cür vəzifəli, yaraşıqlı kişilərdən heç kimi yox, ac-yalavac birini seçdim. Onun da başıma açmadığı oyun qalmadı.
Soyumuş çayından bir qurtum içib, boğazını yaşlayır. Gözləri ilə ətrafa nəzər salır, gəlib-gedənin əlinə baxır…

– Nə oyunlar açdı ki?

– Nə oyunlar açmadı ki? Mən onu görən kimi bir könüldən min könülə vuruldum. Gözüm kor oldu, ondan başqa heç kimi görmürdüm. Fikrim-zikrim ancaq onda idi. O, qonşu kənddən idi. Elə oldu ki, onunla gizlin-gizlin görüşməyə başladıq. Bir müddət keçdikdən sonra bunlar bizə elçi gəldilər, evdən məni vermədilər. Mən də buna görə özümü öldürüb, yerdən-yerə çırpırdım. 17 yaşım vardı da, ağlım nə kəsirdi ki? Evdəkilərnən qırğın edirdim ki, “verməsəniz də ona qoşulub qaçacam”. Çox uzun dava-qırğından sonra dediyimi etdim, qoşulub qaçdım. Oğlanın ailəsi çox kasıb idi. Mən də imkanlı evin madar qızı idim. Mən dədəmgilin narazı olmağına məhəl qoymayıb onu seçdim. Kaş ki, başım bataydı, qıçım sınaydı.

Qaçdıqdan sonra dü 1 il evdəkilərlə əlaqəm olmadı. Sonra barışıq elədik, dədəmgilə gediş-gəlişim oldu. Barışandan sonra kənd yeri idi də, anam yumurtasından, toyuğundan, meyvə-tərəvəzindən ya özü gələndə gətirirdi, ya da kənd maşınları ilə göndərirdi. Nəsə, birtəhər dolanırdıq. Yoldaşım tək oğlan idi. Bir dədəsi, nənəsi, bir də biz idik. Qayınanam da ərimin məni qaçırtmasına razı deyilmiş. Bunu da sonradan bildim, hətta bizə də məcburi elçiliyə gəlibmiş. Mənimlə “tərs düşdüyünə görə” həyət-bacanı əkib becərmirdi. Danışanda da deyirdi ki, “köpək qızının dədəsinin kültür-kültür qızılları var, versinləri əridib dolanaq da. Gorlarına aparmayacaqlar ki”. Mən də yoldaşıma görə heç nə demirdim, bir qulağımı kar, bir gözümü də kor etmişdim. 3 il sonra qayınatam rəhmətə getdi. Ancaq Allah varda başımın üstdə, qayınatam yaxşı kişi idi. Qayınanam əri öləndən sonra mənimlə ümumiyyətlə, it-pişik kimi oldu. Deyirdi ki, “başyeyən köpək qızı gəldi-gəlmədi dağ boyda kişinin başını yeyib öldürdü”. Gecə-gündüz deyinirdi. Nəsə… başımı aşağı salıb, birtəhər dolandım. Elə oldu ki, qayınatamın ölümündən 1 il 3 ay sonra qayınanam da nərdivandan yıxıldı. O yıxılmaqla da daha ayağa durmadı, bir az yataq xətəsi olsu, sonra da dünyasını dəyişdi. Qaldıq ikimiz…

– Keçək əsas mətləbə…

– Hə, əsas mətləb də qayınanam mənimlə ona görə düşmən idi ki, sən demə, məndən əvvəl qardaşının qızını alıbmış. Yoldaşımı məcburi evləndiriblər,qızın da bir oğlu olub. Sonra yola getməyiblər, qız qayıdıb dədəsinin evinə. Nə başını ağrıdım… Qayınatamla, qayınanam öləndən sonra qızgil nə edib, nə etmədilərsə yoldaşım öz ayağı ilə gedib, birinci arvad-uşağını gətirdi. Düz 15 il bir yerdə yaşadıq. Dədəmə, nənəmə də bildirmədim. Bildirsəydim gəlib aparacaqdılar. Ancaq günüm məni yola vermirdi. Mənim də uşağım olmadı deyə, məcbur qalıb hər şeyə susurdum. Hələ bir dəfə də yatmışdım, oğlunun nəcisini götürüb üz-gözümə yaxmışdı. Başıma nə oyunlar açırdı, qorxumdan ərimə demirdim. Ərim məni çox istəyirdi, onu adam yerin qoymurdu deyə partlayırdı. Elə oldu ki, daha dözə bilmədim, bir dəfə onunla bərk dalaşdım. Yoldaşım gəldi, ikimizi də döydü. Mən ertəsi gün sübh tezdən durub, dədəmgilə getdim. Əvvəl-əvvəl hər şeyi gizlətmək istədim. Sonra ərim dalımca gəlmədi deyə, açıb hər şeyi danışdım. Dədəm ürəyini tutub, elə yerindəcə keçindi. Mənim dərdim onu öldürdü. Ərim də kinli köpək oğlu idi. Ancaq eşidirdim ki, məndən sonra içməyə başlayıb, arvadını da hər gün döyür. Mənim də bir qardaşım vardı, Rusiyaya çıxıb getmişdi. Elə o gedən oldu, qayıtmadı. Dədəmdən sonra kənddə dolana bilmədik, anamı da götürüb Bakıya gəldim. Çörək fabrikində işə düzəlmişdim. Bakıya gəlişimizin ikinci ili anam rəhmətə getdi, mən tək qaldım. Ərim məni heç axtarmırdı, çünki əvvəl gündən demişdi ki, “özbaşına çıxıb getsən, arxanca gəlməyəcəm”. Dediyini də etdi, gəlmədi.

– Sonra nə baş verdi?

– Anamdan sonra tək qaldım. Başımı itirmişdim, bilmirdim neyniyim. Təsadüfən bir kişi ilə tanış oldum. O, özünü mənə elə tanıtmışdı ki, bütün dərdimi unutmuşdum. Sən demə, bu da nəşəxor, həm də ruhi xəstə imiş. Bu əclaf təzə-təzə özünü imkanlı göstərirdi ki, məni ələ alsın. Elə ki ürəyimi ələ aldı, məndən pul istəməyə və qazancımı güdməyə başladı. Mənim əzab- əziyyətlə qazandığımı əxlaqsızlara xərcləyib, məni də pis-pis yollara çəkdi. O, məni bir qullab nəşəyə görə öz dostunun qucağına atdı. Mən kor qalmış gözlərimlə nələr görmədim, nələr etmədim (ağlayır).
Biranlıq araya sükut çökür, gözlərindən yaş sel kimi axır. O, danışdıqca mən utanırdım, amma dinləməyə söz vermişdim.

– Nələr etdin ki, ay nənə?

– Gəl, məni bu qoca yaşımda az danışdır. Utanıram keçmişdə etdiklərimdən. Hələ heç kimə danışmamışam, istəmirəm vaxtı ilə əxlaqsızlıq etdiyimi bilsinlər. Axı mən bədbəxtin qızı hansı dərdimi danışım? İkinci ərim məni pozğunluq etməyə məcbur edirdi. Məni lüt soyundurub, boğazıma qayış salıb it kimi hürməyə məcbur edir, evin içində o yana-bu yana sürüyürdü. Onun əməllərinə görə həyatımdan bezmişdim. Hər şey etməyə hazır idim ki, canım bundan qurtarsın. Məni başqa kişilərlə əlaqəyə girməyə məcbur edirdi. Ən birinci əlaqədə olduğum kişi ərimin öz dostu idi. Təsəvvür edirsən ən azı 38 kişi ilə əlaqəyə girmişdim. Bir dəfə də pula görə birinci ərimin dayısı oğlu ilə əlaqədə oldum. O, məni tanımamışdı, ancaq mən onu görən kimi tanıdım. Axı vid-fasonumu dəyişmişdim, özümü fahişə görkəminə salmışdım (ah çəkib susur). Gorbagor nə sağlığında mənə bir gün verdi, nə də öləndən sonra… Hələ də onun borclarını ödəyirəm.
Bilirsən qızım, mənim vicdan əzabım özümə bəsdi. Özüm öz taleyimlə oynadım, bədbəxt oldum. Gəncliyimi, namusumu, qadınlıq ləyaqətimi itirdim.

– Bəs birinci ərindən xəbərin var?

– Nə bilim hansı cəhənnəmdədi. Elə o məni bu vəziyyətlərə düşməyə məcbur etdi. Özü arvad-uşaq sahibi oldu məni bədbəxt elədi. İndi də dilənçi olub Bakının küçələrində qalmışam. Ona-buna əl açıram. Günlərimi sayıram, nə vaxt ölüb canımı qurtaracağım günü gözləyirəm. Adam bir qarın yeməkdən ötrü nə qədər yadlara yalvarar?
Söhbət edə-edə hey gəlib-keçənlərə baxırdı. Biz də söhbətimizi bitirib, onu həm dərdləri, həm də dilənməyi ilə baş-başa buraxıb sağollaşdıq.
“Ərim dostundan pul alıb, məni onun yatağına saldı" - FOTOLAR
“Ərim dostundan pul alıb, məni onun yatağına saldı" - FOTOLAR
“Ərim dostundan pul alıb, məni onun yatağına saldı" - FOTOLAR
“Ərim dostundan pul alıb, məni onun yatağına saldı" - FOTOLAR

Teqlər: sonra, məcbur, Ancaq, Sonra, qədər, mənimlə, birinci, Mənim, ancaq, öləndən, özünü, qoyub, gəlmədi, qayınanam, gəlib, deyirdi, əvvəl, məndən, oyunlar, ərimin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-04-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ