yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Oqtay Əliyev bütün SİRLƏRİ AÇDI: - “Deyir, qonşumuzda bomba qız var, gətirim onu...”

Oqtay Əliyev bütün SİRLƏRİ AÇDI: - “Deyir, qonşumuzda bomba qız var, gətirim onu...”
28-03-2017, 12:38 913 dəfə baxılıb
yüklənir...

“SOY” prodakşının rəhbəri, tanınmış televiziya rejissoru və prodüser Oqtay Əliyev Azərbaycanda çəkilən kommersiya filmlərindən danışıb. Qeyri-peşəkarların ortaya düşərək film çəkməsini tənqid atəşinə tutan O. Əliyev belə getsə, kino sahəsində ciddi problemlərin yaranacağını bildirib.

Onun müsahibəsini təqdim edirik.

– Bu gün Azərbaycanda bir çox seriallar və filmlər çəkilir. Yaxşı aktyorlar da var. Amma təəssüflər olsun ki, küçədən keçənlər, artistlik etmək arzusunda olan adamlar hansısa yollarla filmlərə yol tapır, sonra da başlayırlar başlarından böyük danışmağa: mən aktyor kimi bunu elədim, yaradıcılığımda qabağa getdim və s. Əslində, onlar heç sözü də dalbadal qoşub deyə bilmirlər, səviyyəsiz-səviyyəsiz danışırlar. Tamaşaçıda da belə bir fikir formalaşır ki, sənətdə uzun illər canını qoyan əsl aktyorlarla bunlar arasında fərq yoxdur. Yavaş-yavaş hamı düşünür ki, əşi nə var e, artistlik etməyə, bu da getdikcə mənfi istiqamətə yol açacaq. Necə ki, bir ara hamı müğənnilik etməyə başladı, indi də keçəcəklər artistliyə. Söhbət aktyordan getmir ha, artistlikdən gedir. Fikirləşirlər ki, sözü əzbərləyəcəm, filmə çəkiləcəm, hamı da mənə əl çalacaq, bir günün içində populyarlaşacam.

– Qeyri-peşəkarların filmlərə ayaq açması tamaşaçı itkisinə səbəb olmayacaq?

– Bir, iki, üç – axırda tamaşaçı daha onlara baxmayacaq. Yəni tamaşaçının da öz zövqü var. Ya o, ümumilikdə filmlərdən üz döndərəcək, ya da rejissorlar üçgünlük-beşgünlük müğənnilərin gününə qalacaqlar. Bunlar öz aləmlərində hesab edirlər ki, saytlarda, sosial şəbəkələrdə “partladırlar”, öz dilləriylə desəm, “tutuzdurublar”. Bunlara niyə elə gəlir ki, ortada olan aktyorlardan daha istedadlıdırlar, nə istəsə edə bilərlər. Bunun qarşısını təcili şəkildə almaq lazımdır. Söhbət ondan getmir ki, həmin adamın təhsili var ya yox, elə istedadlı insan ola bilər ki, heç ali savad almayıb. İstedad başqa şeydir. İki dəfə “vayn” çəkib, bir dəfə sosial şəbəkələrdə dombalaq aşıb, “mən dağıdıram”, “məndən yoxdur” deməklə, aktyorların illərlə qazandıqları ənənələri məhv etmək olmaz.

– Burada rejissorların da günahı az deyil, onları filmlərinə çəkməsinlər…

– Bəzən onları filminə çəkən rejissorlar da elə o aktyorların günündədir. Bu dəqiqənin özündə adamlar tanıyıram ki, rejissordur, sol əlləri ilə sağ qulaqlarını qaşıyırlar, iki-üç çanta ilə gəzirlər, amma sonradan bəlli olur ki, heç bunların rejissor kimi təhsilləri də yoxdur. Heç ortada bir filmləri də yoxdur, neyçünsə özlərini rejissor kimi hiss edirlər.

– Bəs bu qeyri-peşəkarların qabağa getməsinə şərait yaradanlar kimlərdir?

– Hər kəs öz tanışını, dostunu, yaxın ətrafını başına yığıb, güya ki film çəkir. Heç nədən başı çıxmayan bir rejissor başlayır ki, gəlin bir film çəkək. Biri ssenari yazır, o birisi deyir qonşumuzda bomba bir qız var, gətirim onu baş rola çəkək. O birisi dostunu, biri sevgilisini basına yığıb, guya sənət əsəri yaradır. Heç maraqlanan olmur ki, filmimə çəkdiyim bu adam laldır, pəltəkdir?!

– Bəlkə həmin adamlar qonorar almadıqları üçün qarşı tərəfə sərf edir, axı peşəkarı çəkmək üçün gərək bəlli məbləğ ödəsinlər.

– Özünə hörmət edən aşpaz ucuz ət alıb, şorba bişirməz. Çünki ucuz ətin şorbası olmaz. Özünə hörmət edən rejissor və prodüser heç vaxt elələrini gətirib filminə çəkməz. Mən özümdən danışım, atam, anam, həyat yoldaşım – hamısı aktyordur. Amma mən hansısa bir film, serial çəkməli olsam, onları həmin rola uyğun görməsəm heç vaxt dəvət etməyəcəm. Nolsun ki, anam xalq artistidir, atam, həyat yoldaşım əməkdar artist? O qədər tələbə yoldaşlarım olub ki, məndən inciyiblər. Deyiblər ki, noldu bu qədər serial çəkirsən, amma bir dəfə birimizi dəvət etmirsən. Deyirəm, əzizim, səni o rola uyğun görsəm özüm səni axtarıb tapacam, evinə gedib xahiş edəcəm ki, gəl, bu filmə çəkil.

– Yeni çəkilən filmləri izləyirsinizmi?

– İzləyirəm, Fərda, İlkin Həsəni, Elməddin və Müşfiqin çəkdiklərinə baxmışam. Öz güclərinə bu işi görürlərsə, onlara bir medal vermək lazımdır. Adamlar çəkilişdən tutmuş maliyyəyə qədər zülm çəkirlər. Həqiqətən də nə qədər istedadları varsa, ortaya qoyurlar. Ən əsası tamaşaçı onları istəyir. Çəkildikləri filmlərə 80-100 min tamaşaçı gəlib baxırsa, onları qınaya bilmərik.

– Bəs tənqid etdikləriniz kimlərdir?

– Təsadüfi adamlar. O adamlardır ki, məni heç vaxt o təqdimatlarda görmürsünüz. Nə mən onları tanıyıram, nə də onlar məni. Təqdimat mərasimlərində də tanınmışlardan heç kim olmur.

– Filmlərdə istifadə olunan söyüş, açıq-saçıq ifadələrə münasibətiniz necədir?

– Əgər Rəcəb İvedik 3 günə 80 milyonluq Türkiyənin 4-5 milyonunu yığa bilirsə, deməli, bunun da yeri var, baxmaq lazımdır. Hər şeyin şirin təqdimatı var. Bütün filmlərdə “16+” qadağası mövcuddur, adama deyərlər getməyin, baxmayın, sizi kim vadar edir ki? Bu da televizor deyil ki, deyəsən uşaq açdı baxdı.

– O qadağalar tamaşaçını kinoteatra gətirir axı…

– Hər insana divarın o tayı çox maraqlıdır. Biz burda sakit söhbət edirik, amma bir az aralıda hay-küy düşsə, hamı ora qaçacaq. Filmdə bir oğlanın qızla sevişməsi hamı üçün maraqlıdır.

– Niyə Azərbaycan filmlərində ötəri yataq səhnəsi görəndə dərhal mentalitet yada düşür?

– Aktrisa Vəfa Zeynalovanın çəkildiyi “İlahi məxluq” filmində heç bir erotika yoxdur, amma hamı onu qınadı. Türkiyədə çəkilən filmlərdə istənilən qədər yataq səhnələri var, baxırıq, amma özümüz də tənqid edirik. Səbəbini mən də bilmirəm.

– Sizin “Hoqqa” da necə deyərlər “tutuzdurdu”. Bunun davamı olaraq yeni film gələcək?

– Mayda yeni bir film çəkməyi düşünürük. Bunun üçün maliyyə, yaxşı ssenari, arzuolunacaq rejissor lazımdır. Hələ ki, belə bir rejissor yoxdur, görək olmasa, gərək xaricdən dəvət edim. Görmürsünüz restoranlarda aşpazların 80 faizi Türkiyədən gətirilir.

– Bəs bayaqdan təriflədiyiniz rejissorlar?

– Mənə əl verəcəklərsə, istəklərimi reallaşdırmağa gücləri çatacaqsa, onlarla işləyəcəm.

Yeniçağ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ