XalqXəbər.Az

“Fətullah Gülən ona tapşırıq verib” – Şok ittihamlar

yüklənir...
“Fətullah Gülən ona tapşırıq verib” – Şok ittihamlar
5-08-2019, 14:46
yüklənir...

“Mövqeyimin haqlılığına o qədər əminəm ki, illərdir bir çox hallarda təkbaşına bu ziyalı və ziyasız qaragüruhun qarşısında qətiyyətlə öz tezislərimi müdafiə edirəm və hələ də əks tərəfin sanballı bir düşüncə yazısına rast gəlmirəm. Halbuki çoxusunun işi-gücü elə bundan ibarətdir, illərdir özlərinə aid mövzuları da əməlli-başlı öyrənə bilməyiblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Şah İsmayıl mövzusu ilə bağlı tənqidlərə cavab olaraq millət vəkili Fazil Mustafa deyib.

O, bildirib ki, vaxt məhdudiyyətinə baxmayaraq əleyhinə başladılan kampaniyanın bütün tutarsız arqumentlərinə cavab vermək iqtidarında olduğumu bildirir: “Cavablarını verirəm də. Görürəm ki, birisi sözlərimizdən acığa düşüb gedib Şah İsmayılın şeirlərini qeyri-peşəkarcasına təhlil edir, dünən öz ifadəsi ilə desək "şahın" naiblərindən yaltaqlanaraq öz QHT-si üçün qrant alan birisi bizdən müasir "şahların" əleyhinə danışmağı tələb edir və s.

Bunları da anlayışla qarşılayıram, ancaq anlayışla qarşılamadığım birisi var ki, o da bəsit düşüncələri ilə cəmiyyətimizi dolamağa davam edən və bu mövzuda ümumiyyətlə piyada olan Sərdar Cəlaloğlu adında bir zatdır.

Fikir söyləmiş, özü bilər... Ancaq deyir ki, böyük tarixçi Toynbinin qarşısında Fazil Qəzənfəroğlu kimdir ki? Allah-allah, bu müqayisə üsulunu haradan mənimsəyiblər bu qaragüruhçular?

Məsələn, mənim istinad etdiyim Rəsulzadə, Mirzə Cəlil, Əhməd Ağaoğlu irsidir, ancaq heç vaxt demərəm ki, Sərdar Cəlaloğlu onların yanında kimdir ki?

Çünki ən azı bilirəm ki, Sərdar Cəlaloğlu Azərbaycan tarixində özü-özünü Nobel mükafatına namizəd etmiş ilk həmvətənimizdir. Nobel Komitəsi ünvanını tapa bilmədiyinə görə mükafatı verə bilməyib. Üstəlik də mənim kimi ərəb dilindən anlayışı olmadan Qurana 30 cildlik təfsir yazdığını iddia edən tək həmvətənimizdir. Hələ indiyədək tanış olduğum ən böyük İslam alimlərinin təfsiri ayrılıqda bu saya yaxınlaşmayıb. Ən çoxu Fəxrəddin Razinin 23-cildlik təfsirini bilirəm.

Baxmayaraq ki, din məsələsinə həsr olunmuş Elşad Miri ilə debatda dili də topuq vururdu. Bunlara rağmən, mən həmişə bu cür həmvətənlərimizlə fəxr edirəm, ona görə də nəinki əcnəbi alimlərlə, heç öz mütəfəkkirlərimizlə də onu müqayisə etməyi doğru saymıram”.

Məsələ ilə bağlı F. Mustafanın ittihamlarını cavablandıran S. Cəlaloğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, adını çəkdiyi xarici müəlliflər tədqiqatçılardır:

“Nə Məhəmməd Əmin Rəsulzadə kimi, nə də Cəlil Məmmədquluzadə kimi deyil, biri siyasi xadimdir, digəri ədəbiyyat nümayəndəsidir. Yəni tarixi tədqiqatçılar deyirlər. Tarixdə təkcə Şah İsmayıl Xətaiyə yox, bütün dünyada baş verən hadisələrə dəyərləndirmə veririk.

Həmin alim öz nəzəriyyəsi ilə İsgəndər, Çingiz Xan və s. tarixdə imza atmış bütün insanları, hadisələri təhlil edib. Bu baxımdan onun təhlilində Şah İsmayıl Xətainin yüksək qiymət almasını ümumi vurğulamışam kı, onun münasibət bildirdiyi hadisələrdə də fərqli fikirlər yoxdur. Yəni əgər Toynbi belə dəyək, hansısa bir tarixi şəxsiyyəti tarixi hadisəni yüksək və ya mənfi qiymətləndiribsə, dünya tarixçiləri də onun fikirlərini bölüşdürüblər. Bu baxımdan bu, dünyada qəbul edilmiş avtoritetdir.

Əgər Toynbi Şah İsmayil Xətainin hərəkatını inqilabi hərəkat kimi qiymətləndiribsə, bunu Fazil Qəzənfəroğlunun hər hansı bir fikri ilə, Məhəmməd Əmin Rəsulzadə kimi, nə də Cəlil Məmmədquluzadənin fikri ilə müqayisə etmək olmaz. Məhəmməd Əmin Rəsulzadə bizim böyük siyasi liderimizdir. Amma bu o demək deyil ki, onun Azərbaycan tarixi haqqında və s. haqqında nə deyibsə, quran ayəsidir.

Bizim özümüzün tarixi hadisələrə zaman-zaman müxtəlif aspektlərdən qiymət vermə hüququmuz var. Bizim hər birimizin də özümüzün ağlımız, şüurumuz var. Məhəmməd Əmin Rəsulzadənin bütün fikirləri qəbul edilə bilməz. Onun o vaxtı Azərbaycanın Rusiyaya təhvil verilməsi ilə bağlı 6 bənddən ibarət müqaviləyə imza atmasını biz qəbul edə bilmərik.

Ondan sonra azazdlıq hərəkatında iştirak etmişik. Əgər Fazil Qəzənfəroğlunun məntiqi ilə hərəkət etsək, o Məhəmməd Əmin Rəsulzadənin bağladığı müqavilənin əleyhinə niyə çıxırdı. Yəni bu gülməlidir.

Məmməd Əmin Rəsulzadənin faktiki olaraq, Şah İsmayıl Xətai haqqında pis fikirləri olmayıb və Rəsulzadə öz dövrününü bilikləri ilə öz təcrübəsinı uyğun qiymət verib. Tarixi qiymətlər standart deyil, insanların məlumatlılığından asılıdır.

Bu baxımdan onun gətirib özünə müdafiəçi tutması gülüncdür. Fazil Qəzənfəroğlunun xüsusi ritorikası var ki, qarşısındakı opponenti alçaltmaq üçün qəribə sözlər tapır. Fazil Qəzənfəroğlunun ağlı, huşu, yaşı Cəliloğluna qiymət verməyə çatmaz. Elə bilir ki, yetənə qaragüruçu deyəndə elə bilir ki, özünütəsdiq edir.

Sən indiyənə kimi mənim dediyim heç bir fikri təkzib edə bilməmisən. Sən mənim Şah İsmayıl Xətainin leyihə yazdığım 120 səhifəlik yazıda irəli sürdüyüm bir arqumenti çürüdə bilməmisən, əks arqument gətirə bilməmisən. Mən savadsızam, qaragürçuyam, mən nəyəm, o heç.

Bir gözəl fikir var: “Siz insanların özlərinə deyil, sözlərinə fikir verin.” Sən də mənim şəxsiyyətimi qoy qırağa. Mən orda sənin şəxsiyyətini təhlil etməmişəm. Mən sənin fikirlərinin yanlış olduğunu deyirəm.

Bu gün Fazil Qəzənfəroğlunun fəaliyyəti bağlı həm Ədliyyə Nazirliyinə, həm Milli Məclisə, həm də Prezidentə məktub göndərəcəm. Bu adamın millət vəkili kimi fəaliyyəti xüsusən Azərbaycanda təriqətlərarası münasibətlərin qızışdırılması, Azərbaycan xalqının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı araşdırma aparılmasını tələb edəcəm. Get millət vəkilliyinlə məşğul ol. Sən gəlib Azərbaycan xalqının çox hissəsinin aid olduğu təriqətin əleyhinə necə təqqiramiz fikirlər səsləndirə bilərsən? Sən necə Azərbyacan siyasi tarixinin yaradıcısı olmuş insana ağzına gələni deyə bilərsən?

Cavab verəndə də bir iki əzbərlədiyi söz var, “savadsızlar” filan, onu deyir. Bəlki sən savadlısan. Sən FETO-çularln yazarlar dəstəsinə daxilsən. Onun yazıları da o qəbildən olan yazılardır. Onun dini yazıları Türkiyədə mövcud olan xətti ruhuna uyğun yazılardır. O nə müstəqil şəkildə yazıb, nə də ki, Qurana istinad edir.

Məsələn mən həmişə onun addımlarına qarşı Qurandan ayələr misal gətirmişəm. Əgər o özünü Qurandan üstün görürsə, bu onun öz işidir. Fətullah Gülən də deyir mən Allahı görmüşən, filan. İndi bu qüvvələr onun deputat olmağına görə kömək etdiyi üçün onun qabağına müəyyən öhdəliklər qoyublar.

Mən Fazili uşaqlığından tanıyıram. Onun Azərbaycan xalqi ilə, tarixi ilə bağlı danışdığı fikirlər onun öz fikirləri deyil. Kimlər ki Azərbaycanda saxta seçkilər vasitəsilə onu dəfələrlə millət vəkili edib, onlardı bunu onun qabağına öhdəliklər qoyan.

Baxın, Ramiz Mehydiyev artıq məcbur olub Şah İsmayıl Xətainin müdafiəsinə çıxıb. Fazil Mustafa əgər həqiqətən müstəqil adam olsaydı, ona deputat mandatı verən adamlar sorşardılar ki, biz sənə mandat verməmişik ki, sən xalqın içində təriqətlər arasında aranı qızışdırısan. Türkiyə Azərbaycan əlaqələrinə zidd mövqe tutursan.

Tarixdə Əmir Teymurla Bəyazid vuruşub, amma heç bir türk onu tarixdən çıxarmır və yaxud onu müsəlmançılıqdan məhrum etmir. Çox gülməlidir ki, Fazil Mustafa öz fikirlərini irançılıqla əsaslandırır. Əslinə baxsan, görərsən ki, 500 il İran Azərbaycanın ərazisi olub. O vaxtı indiki İran dövləti yox idi. Onda Azərbaycan türkü, Azərbaycan mədəniyyəti, Azərbaycan dili var idi.

Fazil Qəzənfəroğlu aranı qarışdırmaq üçün dəqiqədə bir fikir atır ortalığa. İran anlayışı 1922-ci ildən ortaya çıxıb. İran dövləti anlayışı nə Şah İamayıl Xətainin, nə Qacarın dövründə olmayıb. Bir söz var, adımı sənə qoyum, səni yana-yana qoyum. Onun özü İrana xidmət edir.

Heç farslar özləri nə Şah İsmayıl Xətaiyə, nə Qacara sahib çıxırlar. Axırıncı dəfə İran prezidenti Qacarı xain adlandırmışdı. Nə Şah İsmayılı, nə də ondan sonrakı hökmdarları fars kimi qəbul etmirlər. İndi Fazil Mustafa fars kimi çıxış edir, Azərbaycan tarixini qəsdən farslaşdırmaq istəyir.

Həmin dövrün siyasi hakimiyyətinin farslara heç bir aidiyyatı olmayıb. Zorla istəyirsən ki, bunu İran dövləti adlandırasan, fars dövləti adlandırasan.

O ki qaldı, şiəlik məsələsinə. Şiəlik məsələsi Şah İsmayıl Xətai ilə bağlı deyil. 9-cu əsrdə Azərbaycanın da böyük bir ərazisi daxil olmaqla, şiə dövləti olub. Əksinə, Şah İsmayılın ən böyük inqilabi işlərindən biri də Azərbaycan türkünün şiəlik inancını digər türklərdən ayrmaq üçün Qızılbaş hərəkatını yaratmaq olub. Qızılbaş hərəkatı dini hərəkat olub və Azərbaycan türkünü bir araya gətirən, möhkəmləmdirən uzun müddətli bölgədə hökmranlıq etməsinə ideologiyadır.

Bunu Fazilin başa düşməsi çox çətindir. Bu dini, milli ideologiya bir neçə xalqın tarixində mövcud olub. Onlardan biri yəhudilərdir, onlar yəhudiliyi həm milli, həm dini ideologiya kimi qəbul ediblər. Bir də bu ermənilər Qriqoriyan kilsəsini erməni xalqı və dini ilə bərabərləşdirirlər.

Şah İsmayl Xətai yəhudilərdən də, ermənilərdən də qabaq milli dini ideologiyanın birləşdirici olduğunu başa düşüb və həmin dövrdə də Qızılıbaş hərəkatı yaranıb. Bu gün İranda qızılbaşlar təqib olunur – bu məsələnin birinci tərəfi.

İkinci tərəfi isə Şah İsmayıl Xətai on milyon Ələvinin etiqad etdiyi bir şəxsiyyətdir. Yəni, Türkiyədə yaşayan ələvilər 10 milyona yaxındır. Onlar Xətaini müqəddəs bir insan kimi inanc mənbəyinə çeviriblər. Yəni, o təkcə Azərbaycan türkünün yox, həm də Türkiyədə yaşayan ələvilərin ortaq dəyəridir. Şah İsmayıl Xətaiyə hücum etmək Türkiyə maraqlarına ziddir. Bu mənada Fazil Qəzənfəroğlunun sözləri olmadığına görə, bu cür sözlərlə guya, qarşısındakın kiçiltməyə çalışır.

Sən mənim savadım yoxdur filanı qoy qırağa. Mənim dediyim arqumentlərə elmi dillə cavab ver. Bunun ritorikası küçə ritorikasıdır, elmi ritorikası yoxdur. Danışığına, yazılarına baxıram, elə ancaq qaragüruhçular bəsit insanlar... Hər şeyi şəxsi müstəviyə keçirmək lazım deyil axı.

Ağılın var, savadın var, qabiliyyətin varsa, belə şeylərə aydınlıq ver. Yoxsa, bu şiədi, bu İranın agentidir. İran özü də Azərbaycan türkünün ərazisi olub da. Biz bu gün İran ərazisini iddia etmək əvəzinə, öz torpaqlarımızı, tariximizi...

Fazil Qəzənfərin bir fikri var idi: “Biz əldə etdiyimiz Azərbaycan ərazisi ilə kifayətlənməliyik”. Faktiki olaraq o, İranda yaşayan azərbaycanlıları beynindən silib. Bu Fazil Qəzənfəroğlunun nə dövlətçi, nə də siyasi mövqeyi deyil, o, sadəcə təriqət nümayəndəsidir. Təriqətin nümayəndələri də buna tapşırıb ki, Azərbaycanda müəyyən qarşıdurma yaradılsın. Fazil Mustafa İran Azərbaycan münasibətlərinə xələl gətirir, Türkiyə Azərbaycan əlaqələrinə xələl gətirir, Azərbaycanda təriqətlərarası münasibətləri qızışdırır, Azərbaycan xalqını tarixsizləşdirməyə cəhd edir. Biz buna “dur” deyəndə də, başlayır təhqir etməyə.

Ona mənə dediyi ifadələrə oxşar şəkildə cavab versəm, o başını qaldıra bilməz. Mən ona həmişə mədəni cavab vermişəm. Nə demişəm ki, küçə uşağıdır, nə demişəm ki, qaragüruhçudur, nə də demişəm, filan yerin agentidir.

Amma o məcbur edir ki, mən deyim ki, a kişi, sən bir təriqət mənsubu kimi, Azərbaycan xalqına, onun tarixinə qarşı bu hərəkətlərinə son qoy. Bunun ağır təhlükələri ola bilər. İranla Azərbaycan arasında müttəfiqlik var. Sən Milli Məclisdə oturubsan, dəqiqədə bir İrana hücum edirsən. Bu yanlışdır.

Sən təriqət məsələsini qızışdırırsan, yanlışdır. Türkiyə ilə Azərbaycan arasındakı keçmiş qısa ədavəti önə gətirirsən, bu yanlışdır. Sənin Türkiyədə 10 milyon ələvinin dinini təhqir etməyin tamamilə yanlışdır.

Qardaşım, sənin yanlışların 1 deyil, 2 deyil. Nə olsun ki, Gülən sənə tapşırıq verib? Nə olsun ki, mənsub olduğun təriqət Azərbaycanda destabilitasiya yaratmaq üçün tapşırıq verib? Bu o deməkdir ki, sən bunu etməlisən? Bir mandat xətrinə nə qədər bir insan öz dövlətinə, millətinə xəyanət edər?!”.

“Yeni Sabah”

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.