SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, ..." - İlham İsmayıl

“Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, ..." - İlham İsmayıl

Tarix:

8-07-2019, 11:51

/ 3 065 dəfə oxundu.
“Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, ..." - İlham İsmayıl

"Müdafiə Sənayesi Nazirliyinə yeni rəhbər təyin edildi və bu çox ciddi əlamətdir. Nəzərə alın ki, Müdafiə Sənayesi Nazirliyinin ölkənin yalnız hərbi sahəsinə deyil, başqa sahələrə də təsir gücü var”.

Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az-a müsahibəsində bildirib.

O, qeyd edib ki, bu ilk növbədə hərbi istehsal sahəsidir, ordunun yeni silahlarla təminatçısıdır, ikincisi emi-tədqiqat mərkəzidir, burda elmi araşdırmalar aparılır, sınaqlar keçirilir. Bu nazirlik ölkə iqtisadiyyatında vacib rol oynayan bir sahədir, yəni silah ticarəti mərkəzidir.

"Sabah həm satacaq, həm də yeni silahlar, avadanlıqlar alacaq, yəni ölkənin beynəlxalq ticarət şəbəkəsinin vacib strukturu rolunu oynayır. Baxın, təhlükəsizlik sektorunun neçə vacib sahəsini bu nazirlik özündə birləşdirir, həm də fəaliyyəti genişləndikcə, bu yeni iş yerləri deməkdir”.

İ. İsmayıl Mədət Quliyevin nazir təyin edilməsini çox uğurlu hesab edir: "Açığını deyək ki, bu nazirliyin adı son vaxtlar heç də yaxşı mənada hallanmırdı. Obyektlərində bir-birinin ardınca qəzalar, partlayışlar baş verirdi, bəzən korrupsiyada adı hallanırdı və ümumiyyətlə, rəhbərliyin kompetensiyası çoxlu suallar yaradırdı. Bəlkə də ona görə nazirliyin başqa bir strukturla əvəz edilməsi qərarı verilmişdi.

General Mədət Quliyevin keçdiyi xidməti yola baxanda diqqəti daha çox nə cəlb edir. Mədət Quliyevin karyera pilləsinə baxanda aydın görünür ki, bu şəxs o yerlərə göndərilib ki, həmin strukturlar bərbad vəziyyətdə olub. Yəni bir növ vacib dövlət idarələri pis günə düşəndə o kadr olaraq təcili yardım, reanimator olub.

Son iyirmi ildə Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub. DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Narkotiklərlə mübarizə idarəsi, İnterpol, Baş Mühafizə idarəsi, Penitensiar xidmət, nəhayət dağıdılmış MTN. Bu, sadəcə karyera deyil, diqqət etsəniz görərsiniz ki, yarıtmaz idarəçiliyin vurduğu zərbələrin aradan qaldırılması üçün həmişə bu kadra ehtiyac hiss olunub.

MTN kimi iflic edilmiş bir vacib strukturu yenidən həm fiziki, həm mənəvi cəhətdən ayaq üstə qoymaq olduqca çətin vəzifə idi və mən DTX-nın əldə etdiyi uğurlardan az-çox xəbərdar şəxs kimi deyərdim ki, qısa müddətdə buna nail omaq heç də asan məsələ deyildi. Ona görə hesab edirəm ki, təhlükəsizlik sektorunun vacib strukturu olan Müdafiə Sənayesi Nazirliyini ayaq üstə qoymaq üçün DİN general-mayoru, Ədliyyə general leytenantı, nəhayət DTX general-polkovniki rütbələrini almış şəxsə ehtiyac böyük olub”. "Yeni Sabah” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az-a müsahibəsində bildirib.

O, qeyd edib ki, bu ilk növbədə hərbi istehsal sahəsidir, ordunun yeni silahlarla təminatçısıdır, ikincisi emi-tədqiqat mərkəzidir, burda elmi araşdırmalar aparılır, sınaqlar keçirilir. Bu nazirlik ölkə iqtisadiyyatında vacib rol oynayan bir sahədir, yəni silah ticarəti mərkəzidir.

"Sabah həm satacaq, həm də yeni silahlar, avadanlıqlar alacaq, yəni ölkənin beynəlxalq ticarət şəbəkəsinin vacib strukturu rolunu oynayır. Baxın, təhlükəsizlik sektorunun neçə vacib sahəsini bu nazirlik özündə birləşdirir, həm də fəaliyyəti genişləndikcə, bu yeni iş yerləri deməkdir”.

İ. İsmayıl Mədət Quliyevin nazir təyin edilməsini çox uğurlu hesab edir: "Açığını deyək ki, bu nazirliyin adı son vaxtlar heç də yaxşı mənada hallanmırdı. Obyektlərində bir-birinin ardınca qəzalar, partlayışlar baş verirdi, bəzən korrupsiyada adı hallanırdı və ümumiyyətlə, rəhbərliyin kompetensiyası çoxlu suallar yaradırdı. Bəlkə də ona görə nazirliyin başqa bir strukturla əvəz edilməsi qərarı verilmişdi.

General Mədət Quliyevin keçdiyi xidməti yola baxanda diqqəti daha çox nə cəlb edir. Mədət Quliyevin karyera pilləsinə baxanda aydın görünür ki, bu şəxs o yerlərə göndərilib ki, həmin strukturlar bərbad vəziyyətdə olub. Yəni bir növ vacib dövlət idarələri pis günə düşəndə o kadr olaraq təcili yardım, reanimator olub.

Son iyirmi ildə Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub. DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Narkotiklərlə mübarizə idarəsi, İnterpol, Baş Mühafizə idarəsi, Penitensiar xidmət, nəhayət dağıdılmış MTN. Bu, sadəcə karyera deyil, diqqət etsəniz görərsiniz ki, yarıtmaz idarəçiliyin vurduğu zərbələrin aradan qaldırılması üçün həmişə bu kadra ehtiyac hiss olunub.

MTN kimi iflic edilmiş bir vacib strukturu yenidən həm fiziki, həm mənəvi cəhətdən ayaq üstə qoymaq olduqca çətin vəzifə idi və mən DTX-nın əldə etdiyi uğurlardan az-çox xəbərdar şəxs kimi deyərdim ki, qısa müddətdə buna nail omaq heç də asan məsələ deyildi. Ona görə hesab edirəm ki, təhlükəsizlik sektorunun vacib strukturu olan Müdafiə Sənayesi Nazirliyini ayaq üstə qoymaq üçün DİN general-mayoru, Ədliyyə general leytenantı, nəhayət DTX general-polkovniki rütbələrini almış şəxsə ehtiyac böyük olub”.

Şərhlər

XƏBƏR LENTİ