SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tramp iş vaxtını boşuna keçirirmiş – Ağ Ev bu sirri mətbuata sızdıranları axtarır

Tramp iş vaxtını boşuna keçirirmiş – Ağ Ev bu sirri mətbuata sızdıranları axtarır

Tarix:

11-02-2019, 14:11

/ 859 dəfə oxundu.
Tramp iş vaxtını boşuna keçirirmiş – Ağ Ev bu sirri mətbuata sızdıranları axtarır

“Prezident Donald Trampın şəxsi gizli qrafikini mətbuata sızdıran bir həftə içində tapılacaq”.

Xarici agentliklərə istinadən xəbər veririk ki, bu barədə Ağ Ev aparatının rəhbəri M. Malvani “Fox New”s kanalına verdiyi müsahibədə söyləyib.

Onun sözlərinə görə, qrafik barədə bu cür məlumata malik olmaq üçün Ağ Evdə ən azı 3 ay çalışmaq lazımdır.

Qeyd olunur ki, bir həftə bundan öncə “Axios” internet nəşri ABŞ-ın dövlət başçısının son üç aydakı iş vaxtı barədə gizli mənbədən gələn məlumatı dərc edib. Buna görə Ağ Evin sahibinin iş günü gec saatlarda başlayır. Bundan başqa, Trampın günün əhəmiyyətli hissəsini televizora baxaraq, qəzet oxuyaraq və tvitterdə mesaj yazaraq keçirdiyi məlum olub.

İnternet portalının verdiyi xəbərdə prezidentin iş vaxtının 60%-ni və ya 300 saatını guya sənədlərlə çalışmaq adı altında, amma əslində planlaşdırılmayan görüşlərə, telefona zənglərinə, qəzetlərə, telekanallara və sosial şəbəkələrə ayırdığı göstərilib. 3 ay ərzində rəsmi görüşlər və iclaslara həsr olunan vaxtın müddəti 77 saatı keçməyib. 38 saat isə müxtəlif tədbirlərə sərf olunub.

Saytın bildirdiyinə görə, ayın müəyyən günlərini Donald Tramp “sənədlərlə çalışmaqda” keçirir. Lakin ABŞ Konqresinə keçən ilin noyabrın 7-də keçrilən seçkilərdən sonra bəhs olunan fəaliyyət üçün cəmi 7 saat ayrılıb.

Materialda prezidentin Ağ Ev tərəfindən yaydığı həftəlik rəsmi iş qrafikinə istinadən Trampın saat 11-ə qədər ümumiyyətlə çalışmadığı göstərilib.

Şərhlər

XƏBƏR LENTİ