SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan Sənayə Bankı da aşağıya doğru gedir... - 3 filialın bağlayıb

Azərbaycan Sənayə Bankı da aşağıya doğru gedir... - 3 filialın bağlayıb

Tarix:

26-09-2018, 16:06

/ 1 448 dəfə oxundu.
Azərbaycan Sənayə Bankı da aşağıya doğru gedir... - 3 filialın bağlayıb

“Kommersant.az” “Azərbaycan Sənayə Bankı”nın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın mənfəəti 2 dəfəyə yaxın azalıb. Belə ki, sözügedən bank 2018-ci ilin birinci yarısını 2 milyon 332 min manat mənfəətlə başa vurub. Halbuki, bank 2016-cı ilin birinci yarısını (devalvasiyadan sonra) 4 milyon 522 min manat mənfəətlə başa vurub.

Bankın xərcləri azaltmağın yolları hansılardır?

Azərbaycanda baş verən devalivasiya proseslərindən sonra “Azərbaycan Sənayə Bankı”nın mənfəəti azalmağa başlayıb. Bu proseslərin bankın maliyyə vəziyyətinə mənfi təsir edəcəyini proqnozlaşdıran bank, çıxış yolunu xərcləri azaltmaqda görüb. Belə ki, bank devalivasiyadan sonra 3 filialını bağlayıb. Bu isə işçilərin kəskin ixtisara salınması deməkdir. Beləliklə bank hazırda 6 filial şəbəkəsi (devalvasiyadan əvvəl 9 şəbəkəsi) ilə müştərilərinə fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Sənayə Bankı, “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.

Şərhlər

XƏBƏR LENTİ