SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Nazir bir sərəncamla səhiyyədə rüşvətə son qoya biləcək?

Nazir bir sərəncamla səhiyyədə rüşvətə son qoya biləcək?

Tarix:

1-03-2017, 15:15

/ 2 176 dəfə oxundu.
Nazir bir sərəncamla səhiyyədə rüşvətə son qoya biləcək?

Adil Qeybulla: “Mən düşünmürəm ki, bu sərəncam nəticə etibarı ilə bizə uğur qazandıracaq”

“Səhiyyəyə ayrılan maliyyə vəsaiti icbari tibbi sığortanın tətbiqinə imkan vermir”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla Səhiyyə naziri Oqtay Şirəliyevin rüşvət alan həkimlərin cəzalandırlıması haqqında sərəncamın şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Səhiyyə naziri Oqtay Şirəliyev sərəncam verib ki, rüşvət alan həkimlər cəzalanacaq. Azərbaycan həkimlərinin rüşvət aldığı hamımız üçün aydın məsələdir. Zaman-zaman həkimlərin rüşvət üstə tutlması faktının da şahidi olmuşuq və bu prosses yenə də davam edir. Son 5-10 gündə isə 2 həkimin rüşvət alarkən saxlanmasına dair video yayılıb. Yəni sanki nazirin sərəncamından sonra səhiyyədə rüşvətə qarşı mübarizə kampaniyası aparılır və nazir belə bir təəssurat yaratmağa çalışır ki, o, səhiyyə sistemində rüşvətə qarşı amansız mübarizə aparır. Səhiyyədə nə baş verib ki, xəstəxanalarda rüşvətin alınması ənənvi hal olsa da, indi rüşvət alan həkimləri cəzalandırılması üçün bu cür ciddi addım atmaq qərarına gəlinib və rüşvətlə bağlı ayrıca olaraq sərəncam imzalanıb. Nazirin bu sərəncamı doğurdanmı səhiyyəni rüşvətdən təmizləmək üçün nəzərdə tutulub və bu mümkündürmü? Ümumiyyətlə Səhiyyə sistemində neqativ hallara son qoyulması üçün Qərb təcrübəsi əsas götürülərək icbari tibbi sığorta niyə tətbiq olunmur?

Bu mövzu ilə bağlı əməkdaşı tibb məsələləri üzrə ekspert Adil Qeybullaya müraciət edib.

Adil Qeybulla: “Səhiyyə sahəsində olan neqativ hallar sistemli qanunla həll olunmalıdır”.

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla PİA.AZ-a açıqlamasında qeyd edib ki, səhiyyədə rüşvətə son qoymaq üçün atılan bu addım nəticəsiz olacaq. Düzdür bu məsələyə görə kimlərsə cəzalana bilər. Hətta bu tendensiya xarakterli ola bilər. Amma bu cür tendensiyaların neqativ təsirlərin də göz önünə almaq lazımdır:

“Əslində bu cür sərəncama gərək yoxdu, yaxşı olardı ki, icbari tibbi sığorta tətbiq edilsin. Yəni hər bir şəxsin cibində sığorta polisi olsun və əhali sosial müdafiənin bir elementi kimi bu sığortadan yararlana bilsin. Həmçinin həkimlərin və tibb işçilərinin maaşları normal yaşam səviyyəsinə uyğun olsun. Bu cür admistrativ üsullarla heç Sovet dövründə rüşvətin qarşısın almaq mümkün olmayıb. Biz indi iqitisadi münasibətlərin yeni bir sistemində yaşayırıq. Necə ola bilər ki, belə bir minimal maaşla tibb işçiləri yaşamalıdır, amma qalan bütün sahələr bazar iqtisadiyyatının digər qiymətləri ilə müəyyən edilməlidir. Axı bu həm də ədalətsizlikdir.

Bütün bunlara görə düşünürəm ki, səhiyyədə rüşvətə son qoymaq üçün atılan bu addım nəticəli olmayacaq. Düzdür bu məsələyə görə kimlərsə cəzalana bilər. Hətta bu tendensiya xarakterli ola bilər. Amma bu cür tendensiyaların neqativ təsirlərin də göz önünə almaq lazımdır. Ümumiyyətlə təcrübə onu göstərir ki, bu cür verilən sərəncamlar qüsurlu olur. Səhiyyə sahəsində olan neqativ hallar sistemli qanunla həll olunmalıdır. Yəni dünya necə edirsə, biz də elə etməliyik və dünya hansı yolla gedirsə, biz də o yolnan getməliyik. Mən düşünürəm ki, sınaqdan keçmiş yolu seçmək lazımdır.

Adil Qeybulla: “Bu cür sərəncama gərək yoxdu, yaxşı olardı ki, icbari tibbi sığorta tətbiq ediləydi”.

İcbari tibbi sığortanın tətbiqin Azərbaycanda çətinləşdirən amillər var. Səhiyyəyə ayrılan maliyyə vəsaiti icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Xüsusilə də indi, neftin qiymətinin enməsi şəraitində Azərbaycanda iqtisadi böhran dövründə bu, bir az da çətin olacaq. Yəni ölkədə yaşanana bu durumları həkimlər, tibb işçiləri nəzərə almalıdırlar. Biz onsuz da xəstələrə qayğı göstəririk və göstərməliyik də. Amma bütün məsuliyyəti abstrakt olaraq tibb işçilərinin üstünə yıxmaq və bununla da, onları daim təqib etmək düzgün xətt deyil. Düşünürəm ki, tibb işçilərinin də sosial müdafiəsinin artırılması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilməlidir. Onlara da müəyyən güzəştlər olmalıdır. Əslində bunların olmayacağı tibb işçilərinin özlərinin sıradan çıxamasına səbəb ola bilər. Yəni Azərbaycana gəlmiş yaxşı mütəxəsislərin başqa yerə axınına səbəb ola bilər. Bir sözlər mən düşünmürəm ki, bu sərəncam nəticə etibarı ilə bizə uğur qazandıracaq”.

pia.az

Şərhlər

XƏBƏR LENTİ