SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Əli Kərimli: "Ölkədəki hazırkı vəziyyət bizim səhvlərimizin nəticəsi deyil"

Əli Kərimli: "Ölkədəki hazırkı vəziyyət bizim səhvlərimizin nəticəsi deyil"

Tarix:

17-03-2018, 12:54

/ 2 109 dəfə oxundu.
Əli Kərimli: "Ölkədəki hazırkı vəziyyət bizim səhvlərimizin nəticəsi deyil"

BBC Azərbaycanca "Növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayıb.

Bu dəfə qonağımız Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.

Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib.

Əli Kərimli ilə canlı verilişin videosunu YouTube kanalımızdan izləyin

- Əli bəy, seçkiyə qatılmadınız. Boykotu niyə bu qədər effektli bir addım kimi görürsünüz? İndiyə kimi bəzi seckiləri boykot etmisiniz, nəyə nail olmusunuz?

-Biz boykot qərarını nəyəsə nail olmaq üçün verməmişik. Boykot qərarını verməklə deməmişik ki, bu seçkiləri dayandıracağıq, ya ölkəni demokratik seçkiyə qısa bir zamanda çatdıracağıq.

Sadəcə birdən-birə qarşımıza belə bir situasiya çıxdı ki, oktyabr ayında keçirilməli olan prezident seçkilərini İlham Əliyev təcili şəkildə aprellin 11-nə təyin elədi.

Ölkədə heç bir demokratik seçki ortamı yoxdur. Sərbəst toplaşma azadlığı yoxdur, ölkədə azad mətbuat yoxdur. Rəqabət mühiti yoxdur. Partiyalar faktiki olaraq qeyri-leqal vəziyyətdə fəaliyyət göstərirlər.

Mənim Xalq Cəbhəsində bütün müavinlərim və müşavirlərim siyasi məhbusdur. Ölkədə 160 siyasi məhbus var. Belə bir şəraitdə, üstəlik də növbədənkənar təcili şəkildə seçki keçirilir.

Seçki kampaniyası dövrü dörd aydan iki aya salınır. Təşviqat müddəti 40 gündən 21 günə salınır. Və belə bir vəziyyətdə faktiki seçkinin özü yox, tamaşası, məzhəkəsi olacaq.

İndi bizim qarşımızda duran sual bu idi ki, ya bu məzhəkədə biz iştirak edib rol almalıyıq, ya da dürüst davranmalıyıq.

Dürüst davranıb deməliyik ki, bu, seçki deyil və ona görə də biz bu prosesə qatılmırıq.

Zahid Oruc: "Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə çıxacaq"
Fazil Mustafa: "Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır"
Növbədənkənar prezident seçkisi elan edildi: siyasətçilər və təhlilçilər şərh edir
Yəni bizim boykot qərarımız nəyəsə nail olmaq üçün verilmiş qərar deyil. Saxtakarlığın bir parçası olmayaq deyə bu qərarı verdik.

Boykot qərarımızn alternativi bu saxtakarlığın bir parçası olmaqdır. Fikir verin, İlham Əliyevdən başqa, biz indi onları müxalifət hesab etməsək də, bir xeyli adam guya bu seçkilərə namizəd kimi qatılıb.

Bu sualımı bizi izləyənlərə ünvanlayıram: Bu seçki tamaşasında rol alıb, İlham Əliyevə legitimlik qazandırmaqdan ötrü müxalifət adından kampaniyaya qoşulan insanlara münasibət necədir? Bizdəmi o sırada olmalıydıq?

Biz özümüzə necə hörmət edə bilərdik ki, nəticəsini əvvəlcədən bildiyimiz, heç bir rəqabət mühitinin olmadığı şəraitdə bu kampaniyaya qoşulaq?..

Yəni biz nəyəsə nail olmaq üçün deyil, tamaşanın, şounun, məzhəkənin bir parçası olmamağa görə bu qərarı vermişik.
Əli bəy, dediyiniz təşviqat məsələləri, təbliğat müddətinin azaldılması əvvəldən Seçki Məcəlləsində var. Yəni bütün bunlar oktyabra qalsaydı, nə dəyişəcəkdi? Bu müddət ərzində Seçki Məcəlləsində dəyişikliklərmi gözləyirdiniz?

- Bilirsiniz, əvvəla mümkün idi ki, seçkilər oktyabr ayında da keçirilsə, biz bəlkə də onu boykot edəcəkdik. Amma bizim heç olmasa, 6-7 ay əlavə vaxtımız olacaqdı ki, seçki islahatı ilə bağlı mitinqlər keçirdək.

Onsuz da mart ayından mitinqlərə başlayacığımızı anons etmişdik. İndi bir var ki, biz mart ayında mitinqlərə başlayırıq, bir mitinqimizi keçirtdik. Novruz bayramından sonra yenə də bir neçə mitinq keçirəcəyik və dərhal seçki olacaq.

Bir də var ki, biz mart ayının əvvəllərdən mitinqlərə başlayırıq, azad seçki tələb edirik və bu prossesi oktyabra qədər davam etdiririk.

O zaman bizim nəzəri də olsa Seçki Məcəlləsində dəyişiklik etmək, seçki mühitini şəffaflaşdırmaq, siyasi məhbusları azadlığa çıxarmaqla bağlı şanslarımız yaranırdı. Biz onu yoxlayacaqdıq. Əgər biz hansısa nəticəyə nail olacaqdıqsa, indikindən daha yaxşı şərait olacaqdısa, onda seçkilərə qatılacaqdıq.

Yox, əgər indiki vəziyyəti dəyişməyəcəkdisə, o zaman elə oktyabrdakı seçkiləri də boykot edəcəkdik.

- Əli bəy, 2-3 mitinq və ya 6-7 mitinq... Mitinqlərin sayının ciddi təsiri varmı məsələyə?

- Bəli, var. Əvvəla, 6-7 deməyək. Əgər seçki oktyabr ayında olsaydı və biz mart ayından prosesi başlasaydıq, oktyabra qədər daha çoxlu mitinqlər keçirə bilərdik.

Mən sizə açıq deyəcəm. Əlbəttə ki, ötən ilin payızında keçirdiyimiz və bu dəfə keçirdiyimiz mitinqlər aşağı-yuxarı təqribən eyni mitinqlərdir.

On min, on mindən bir az artıq adamla bu hökuməti, avtoritar rejimi demokratiyaya məcbur etmək mümkün deyil. Biz bunu bilirik.

Amma hökumət hər dəfə bu mitinqlər zamanı narahat olur. Hökumət bilir ki, çox böyük narazı bir kütlə var, xalq var. Onlar hökumətdən çox narazıdırlar və hansısa məqamda müxalifətə qoşulacaqlar. Hələlik hansısa səbəblərdən qoşulmurlar.

Image caption
10 mart 2018. Milli Şura və Müsavat Partiyası ilə birgə etiraz nümayişi. Bakının Yasamal rayonunda "Məhsul" stadionu.
-Sizcə, hansı səbəblərdən qoşulmurlar?

- Əsas qorxudur. Bu saat mən hesab edirəm ki, hələlik qorxudur. İnsanlar o qorxularına tam qalib gələ bilməyiblər və bir az da ümidsizlik var əlbəttə ki.

Həm ölkədəki vəziyyətə görə, həm geopolitik vəziyyətə görə, hələ dəyişikliklərin indi, bu saata olacağını düşünmürlər. Və insanlar istəyirlər ki, məhz dəyişikliklər real olanda prossesə qoşulsunlar.

Bizə bunu açıq şəkildə zəng edib deyirlər. Deyirlər ki, həlledici məqamda sizin yanınızda olacağıq.

Həlledici məqam isə onlar bilirsiniz nəyə deyirlər? Onlar hesab edirlər ki, biz böyük xalq kütlələrinin iştirakı olmadan, öz gücümüzə, təşkilatın resursları ilə indikindən qat-qat böyük mitinqlər keçirməliyik.

Və o zaman onlar inanmalıdırlar ki, artıq bu mitinqlər hökuməti güzəştə getməyə məcbur edəcək gücdədir, onda həmin insanlar kütləvi şəkildə qoşulacaqlar prossesə.

Biz də hər dəfə mitinqlər keçirəndə xalqımıza müraciət edirik. Biz də bilmirik ki, hansı mitinqdə geniş xalq kütlələri bizə qoşulacaq. Bunu hökumət də bilmir. Hökumət ona görə narahatdır.

İnanın ki, onlar hər mitinqdən əvvəl çox böyük sarsıntı keçirdirlər. Bir var altı aylıq prossesdə xalqı prossesə qoşulmağa inandırasan, bir də var bir aylıq prossesdə. Ona görə hökumət risk etmədi.

Yeri gəlmişkən, seçkilərin erkən, növbədənkənar keçirilməsi o deməkdir ki, İlham Əliyev özü də bilmir ki, ölkədə 6 aydan sonra nə baş verəcək.

İlham Əliyev: "Dünyada risklər artır, ancaq Azərbaycanda sabitlikdir"
11 aprel erkən prezident seçkisi: YAP seçkiyə İlham Əliyevlə gedir
Milli Şura seçkini niyə boykot edir?
- Əli bəy, siz deyirsiniz ki, sərbəst toplaşma azadlığı yoxdur, amma mitinqlər keçirməyə başlamısınız. Bu mitinqlərlə də bağlı hakimiyyət sizə hansısa qadağa qoymayıb. Bu, göstərici deyilmi? Yəni siz istəyəndə mitinqdə toplaşıb hakimiyyəti tənqid edə bilirsiniz.

-Bu, məhz mənim dediklərimi sübut edən göstəricidir. Sərbəst toplaşma haqqında qanuna görə, Konstitusiyaya görə, biz ümumiyyətlə hökumətdən razılıq almadan, xəbərdarlıq edərək ölkənin istənilən yerində mitinqlər, yürüşlər, piketlər keçirə bilərik.

Amma bu gün Bakı şəhərinin mitinq üçün əlverişli meydanlarının hamısı bizə qadağan olunub. Bizə yalnız bir qapalı stadionda mitinq keçirməyə icazə verirlər, özü də yalnız şənbə günü. Bazar günü icazə verilmir.

Məhz şənbə günü işlədiklərinə görə hələ öz tərəfdarlarımızdan, partiyamızın üzvlərindən, təqribən 20-30 faizinin mitinqlərə gəlməsinə nail ola bilmirik. Hökumət bütün şənbə günü ərzində dövlət idarələrini, qeyri-dövlət idarələrini, hamını məcbur edirlər ki işə gəlsinlər.

Hətta müəllimləri belə məktəbə çağırırlar ki, mitinqə getməyə çətinlik yaransın. Yollar bağlanır, yürüşlər və regionlarda mitinqlər qadağan olunur. Bunlar sərbəst toplaşma azadlığının məhdudlaşması deyilmi?

İlham Əliyev regionların iqtisadi və sosial vəziyyəti barədə danışıb
Avropa üçün hansı daha mühümdür: Azərbaycanın qazı, yoxsa demokratiyası?
- Amma siz mitinq keçirirsiniz axı..

- Əlbəttə, keçiririk. Və mən bunu deməliyəm bu şəraitdə, ölkədəki bu şərtlərlə mitinqləri keçirmək kifayət qədər çətindir. Amma biz məmnunuq ki, xalqımızın dəstəyi ilə, partiyadaşlarımızın, əqidədaşlarımızın dəstəyi ilə mitinqlər keçirə bilirik və hökuməti narahat edə bilirik.

- Siz bayaq bir fikir vurğuladınız ki, insanlar hansısa bir reallıq gözləyirlər ki, müxalifətin mitinqə qatılsınlar. Amma belə bir fikir də var ki, heç bir hakimiyyət təkcə zor gücünə 20 il hakimiyyətdə qala bilməz, həm də xalqın dəstəyi var.

Çünki təhlükəsizlik və demokratiya seçimi qarşısında qalan xalq təhlükəsizliyə üstünlük verir. Məsələn, digər ölkələrlə müqayisədə Azərbaycanda bir təhlükəsizlik şəraiti var, İlham Əliyev hakimiyyəti də bununla dayanır.

- 20 il demokratik qaydada hakimiyyətdə qalmaq mümkün deyil. 20 il hakimiyyətdə qalanların elə hamısı zor gücünə qalıblar. Hüsnü Mübarəkdən, Səddam Hüseyndən, Müəmmar Qəddafidən tutmuş Əsədlərə qədər.

İlham Əliyev: “Partiyamıza rəqib ola biləcək ...bir siyasi qüvvə mövcud deyil”
Azərbaycanda seçkidən sonra "heç nə dəyişməyəcək" yoxsa "siyasi islahatlar" başlayacaq?
Freedom House: "Azərbaycan azad olmayan ölkədir"
- Amma Konstitusiya dəyişikliyi prezident postuna məhdudiyyətsiz seçilmə şansı tanıyır...

- Freedom House-un (beynəlxalq insan haqları müdafiə təşkilatı- red.) Azərbaycanın olduğu avtoritar rejimlər siyahısını qoyun qarşınıza. Azərbaycan indi artıq avtoritar deyil, hətta despotizm yolunda olan bir ölkədir. Bizimlə müqayisə olunan ölkələrin hamısında - Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus və Afrikadakı ölkələdə 20-30-40 illik hakimiyyətlər var.

Necə demək olar ki, o xalqlar özləri bu diktatorların hakimiyyətdə qalmasını istəyirlər. Onda bu, ümumiyyətlə dünyanın qavrayışına ziddir. Necə ola bilər ki, insanlar diktatoru sevsinlər və desinlər ki, hakimiyyətdə qalsınlar.

Əli Kərimli iddia edir ki, İlham Əliyevin 15 illik siyasəti ölkədən mühacir axınına səbəb olub
- Bəs xalqın təhlükəsizlik məsələlərinə sığınmalarını necə qiymətləndirərdiniz? Məsələn, hər kəs görür ki, bu gün Azərbaycanda bəzi ölkələrdə yaşananlar baş vermir. Terror hadisələri baş vermir, gecə 12-də çölə çıxmaq istəyənlərin başına silah dirənmir.

- Başqa nə qədər ölkədə bu baş verir ki?.. Azərbaycandan Almaniyaya mühacir getməyinə görə 4-cü yerdəyik. Bizdə irəlidə kimin olduğunu bilirsiniz? Suriya, Livan, Əfqanıstan. Dördüncü artıq bizik. Hələ heç nə baş verməmiş,

İlham Əliyevin 15 illik siyasəti ona gətirib çıxarıb ki, bu cür zəngin bir ölkə, bu cür mədəni bir ölkə, 100 il bundan əvvəl Cümhuriyyət qurmuş bu ölkə, 1989-cu ildə dünyada ilin xalqı olmuş bir ölkənin xalqı öz ölkəsində yaşaya bilmir, Liviya, Suriya. Əfqanısanla bir sırada durur.

- Azərbaycana da gələnlər və burda yaşamaq istəyənlər var.

- Bəli, elə yazıqlar var ki, Azərbaycanı özlərinə nicat bilirlər. Siz niyə elə hesab edirsiniz ki, hökumətin bizim Suriyadan, Liviyadan yaxşıyıq arqumenti doğrudan da keçərlidir? Niyə biz Suriya və Liviya ilə müqayisə olunmalıyıq, axı biz 1918-ci ildə Şərqin ilk Cümhuriyyətini quranda, hətta Avropada bir çox xalqların respublikası, demokratiyası yox idi?..

O zaman dünyada 25 demokratik ölkə vardı. Biz 25 ölkədən biri idik. İndi 150 demokratiya və yarımdemokratiya var ki, biz o siyahıda yoxuq. İndi İlham Əliyev bizi top 25-likdən endirib ən aşağıdakı 20-liyin içinə və indi də bizə təsəlli verir ki, hələ siz Suriyadan yaxşısız. Biz niyə Gürcüstan olmaq barədə düşünməyək, amma Liviyadan yaxşı olmağa görə təsəlli tapaq.

Azərbaycan: Niyə növbədənkənar prezident seçkisi elan edildi?
Azərbaycanda prezident seçkisi: ATƏT-in müşahidə missiyası "səmimi şəkildə yaxşı qiymətləndirmə" vəd edir
Azərbaycan: Avropa Parlamenti erkən prezident seçkisini müşahidə etməyəcək
- Əli bəy, sizcə, müxalifət monolit görünürmü?

- Müxalifətin bu gün mübarizə aparan hissəsi meydandadır. Mübarizə aparmaq istəyən və aparmaq istəməyən, bizimlə fərqli mövqedə olub, yəni mübarizəni zəruri hesab etməyən adamlarla mən necə birlik əldə edim?

Bütün meydana çıxmaq istəyən, mübarizə aparmaq istəyən siyasi qüvvələrlə şəxsi münasibətimizdən asılı olmayaraq, keçmişimizdən asılı olmayaraq biz birlik əldə etdik. Vaxt vardı ki, Müsavat Partiyası ilə kifayət qədər gərgin münasibətlərimiz vardı.

Amma baxdıq, gördük ki, seçkiləri boykot edirlər, meydanlara çıxmaq, mübarizə aprmaq istəyirlər. Müraciət etdik, onlar da bu müraciəti qəbul etdilər və meydanda bir yerdə olduq.

- Belə belə fikirlər var ki, hakimiyyət müxalifətdən daha monolit görünür. Məsələn, müxalifət bəzi seçkilərdə birləşir, sonra yenə ciddi fikir ayrılıqları ucbatından ayrılır. Müxalifətdə bir təşkilatlanma yoxdur. Yəni dağınıq bir fəaliyyət göstərməsi görüntüsü var.

- Azərbaycanla eyni sırada olan, insan haqlarının vəziyyətinə görə, mətbuatın olmadığı, seçkilərin kütləvi saxtalaşdırıldığı, 150-160 siyasi məhbusun olduğu bir ölkə göstərin ki, orada Azərbaycandan daha yaxşı təşkilatlanmış müxalifət var. Göstərə bilməzsiniz.

- Bəlkə insanlarda bu fikir var ki, mitinq keçirirlər, amma sonra yenə fikir ayrılıqları onları pərən-pərən salacaq.

- Müxalifətdə fikir ayrılığı niyə də olmasın ki? Müxalifət bir partiyadır ki? Bizdən demokratiyası nə qədər öndə olan Türkiyədə müxalifət bir yerdədir? Rusiyada, Fransada, İngiltərədə müxalifət bir yerdədir? Dünyanın harasında müxalifət bir yerdədir?

O bizik ki, ən mühüm məqamlarda birləşmişik: 2010-cu ilin parlament seçkilərinə AXCP və Müsavat bir yerdə gedib. 2013-cü ildə böyük bir birlik yaratmışdıq - Milli Şura Birliyi və seçkilərə də vahid namizədlə, Cəmil Həsənlinin namizədliyi ilə getmişik.

İndi də 2018-ci ildir. Yenə də Milli Şura mübarizədədir, artıq neçə illərdir. Və bir də Müsavat mübarizəyə qoşulmaq istəyib. Yenə də Milli Şura və Müsavat bir yerdədir. Kim var ki, mübarizə aparmaq istəyir, amma bizimlə bir yerdə deyil?

-Siz seçkini müşahidə edəcəksinizmi?

-Biz müşahidə etməyəcəyik. ATƏT-in seçkiləri müşahidə etməsini qınayırıq. Çünki aydın məsələdir ki, bu seçkilərin demokratik olmaq şansı yoxdur. Məsəl var: "Görünən yola bələdçi lazım deyil".

Bu iş saxtakarlığa doğru gedir. Bunu xüsusi olaraq müşahidə etməyin mənası yoxdur. Çünki seçki günündə nə baş verməyindən asılı olmayaraq, seçkidə rəqabət yoxdursa, əsas rəqiblər iştirak etmirsə, əsas azadlıqlar yoxdursa, debat və yarış mühiti yoxdursa o seçkilər saxtadır.

Və biz bunu ATƏT müşahidəçilərinə də deyirik. Avropa Birliyinin seçkiləri müşahidə etməkdən imtina etməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, onların da mövqeyi bizim mövqe ilə səsləşir ki, bu seçkini bəri başdan heç müşahidə etmək lazım deyil.

- Və siz Əli Kərimli olaraq uzun illərdir ki, ana müxalifətin liderlərindən sayılırsınız. Özünütənqid prizmasından yanaşsaq, xüsusən seçkilərdə hansı taktikanızı tənqid edərdiniz?

- Əlbəttə ki, səhvsiz insan yoxdur. Bizim çoxlu səhvlərimiz var, öhdəsindən gələ bilmədiyimiz xeyli işlərimiz var. Amma ölkədəki hazırkı vəziyyət bizim səhvlərimizin nəticəsi deyil.

Məsələn, bizim axırıncı iştirak etdiyimiz seçkilər 2013-cü il prezident seçkiləri idi. Biz hər şey etdik ki, seçkilərdə müxalifət birləşsin. Vahid namizəd irəli sürdük, Cəmil Həsənlini. Biz orda hansı qərarı verə bilərdik ki, nəticə dəyişsin, fərqli olsun. Bizdən asılı olan bir şey yox idi. Biz mümkün olan hər şeyi etmişdik.

Ondan əvvəl 2010-cu il seçkiləri. İki böyük qüvvə vardı - AXCP və Müsvatın blokuna nail olduq. Hər dairədən vahid namizəd verdik. Namizədlərimizin üçdə ikisini heç qeydə almadılar. Biz hansı qərar verə bilərdik ki, vəziyyət dəyişsin.

2005-ci ilin parlament seçkiləri. Yenə Azadlıq Blokunda birləşdik. Seçkilərə gedib qazandıq, mandatımızı ləğv elədilər. Şəxsən mənə mandat verilmişdi, mən imtina etdim. Oturaq mitinq etdik. Çünki Azərbaycan xalqı o zaman hədəflənmişdi. Gürcüstan nümunəsini, Ukrayna nümunəsini görmüşdü. Elə bilirdilər ki, Azərbaycanda da oturaq mitinqlərlə dəyişikliklər etmək olar.

Biz də xalqın bu sifarişi ilə oturaq mitinq qərarı verdik, mandatımızdan da imtina etdik.

-Əli bəy, bu, taktiki səhv idimi? Bəlkə parlamentə gedib, bu gün tənqid etdiyiniz məsələləri orda həll etmək mümkün olacaqdı?

- Mən 10 il parlamentdə olmuşam, parlamentin bütün imkanlarından istifadə etmişəm. Parlamentdə təmsil olunanda, parlamentin də, deputatların da imkanları indikindən çox idi. Mətbuat da az-çox var idi.

O vəziyyətdə parlamentdə biz nəyəsə nail olub, xalqın sözünü deməyə çətinlik çəkirdik. Ona görə də parlamentə getməmək doğru qərar idi və ölkədəki indiki vəziyyəti müxalifətin keçmişdə verdiyi hər hansı qərara bağlamaq olmaz.

Şərhlər

XƏBƏR LENTİ