yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“BAŞ DYPİ-DƏ İŞLƏYƏN ALTAY ŞÜKÜROV MƏNƏ DEDİ Kİ, “YUXARILAR”LA DANIŞIB…”

“BAŞ DYPİ-DƏ İŞLƏYƏN ALTAY ŞÜKÜROV MƏNƏ DEDİ Kİ, “YUXARILAR”LA DANIŞIB…”
29-01-2018, 09:31 543 dəfə baxılıb

Rəfael Hümmətov: “Anar Məhərrəmov DTX rəhbərliyinin onu cəzalandıracağından ehtiyat edib, özünü hospitala yatırdıb”

Son günlərdə ölkə mətbuatında sabiq MTN bölgə rəislərindən olan, hazırda DTX-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin daşkəsəndə əməliyyatçısı olan Anar Məhərrəmovla bağlı yazılar dərc olunmaqdadır.

Bu yazılar əsasən Tovuzlu iş adamı, Rusiya vətəndaşı Rəfail Hümmətovun şikayətlərini əhatə edir. İş adamı DTX zabiti barəsində yetərincə ciddi ittihamları dilə gətirir, lakin sanki gözəgörünməz bir qüvvə hələ də bu məsələnin cəmiyyətin diqqət mərkəzinə çıxmasına imkan vermir.

Biz bu və digər məqamlara aydınlıq gətirmək üçün, Rəfail Hümmətovu tapıb onunla danışmağa qərar verdik. Rəfail Hümmətovun Azərbaycanda, doğma rayonu Tovuzda olduğunu eşitdik. Lakin Tovuzun Düz Qırıqlı kəndinə çatdığımızda onun müalicə məqsədilə Göygölə yollandığını öyrəndik. Nəhayət ki, Göygöl kənarında Rəfail Hümmətovla görüşə bildik. (müsahibənin I hissəsi burda)

Xatırlatma: Rəfael Hümmətov müsahibəsində bildirmişdi ki, onu dəfələrlə aldadıb 200 min dollardan çox pul alan, külli miqdarda ziyana salan Anar Məhərrəmovdan DTX-ya şikayət edib, lakin ona cavab məktubunda ondan pulu Şəmkir sakini Əli Rzayevin aldığı, bu işin mülki xarakter daşıdığı bildirilmişdi.

– Siz Əli Rzayevə hansı səbəbdən pul verə bilərdiniz?

– Heç bir səbəbdən. Əli Rzayevi hamı Anar Məhərrəmovun əlaltısı kimi tanıyırdı. Onun qardaşının meyitini gətirərkən, Əli Rzayevi də Moskva-Ufa-Tovuz marşrutu ilə bir həftə özümlə maşınımda daşıdım. Əli Rzayevin heç yerdə işləmədiyini, yəni pul qazanmadığını, günlərini ancaq Anar Məhərrəmovun yanında keçirdiyini öyrəndim. Və “şəmkirli Əli” kimi tanıdığım bu Əli Rzayevi 2014-2017-ci illlər ərzində həmişə Anar Məhərrəmovun yanında boş-bekar hərlənib qulluq edən, onun müəyyən tapşırıqlarını yerinə yetirən biri kimi görmüşəm. Bütün bunları bildiyim halda 130.000 dollar pulu Əli Rzayevə heç bir halda verməzdim, o ki, qaldı hansısa “şəxsi biznes qurmaq üçün” pul verim. Heç nəyə baxmayaraq, ümid edirəm ki, bir gün həqiqət qələbə çalacaq, dövlət başçısının etimadından sui-istifadə edən Anar Məhərrəmov kimi şəxslər cəzalandırılacaq. İnanıram ki, DTX-nin idarə rəisi Faiq Şamilov şantaj və hədə-qorxu ilə karyera quranları himayə etməyəcək. Bu adam indiyə kimi mənə qarşı oyunlar qurur, bu oyun məni Altay Şükürov və Ziya Əzizlinin toruna salıb Şəmkir Rayon Məhkəməsində Əli Rzayevə mülki iddia qaldırana qədər davam etdi. Amma şükürlər olsun, gec də olsa gözüm açıldı və o işi bağlayıb, mübarizəmi düzgün istiqamətdə aparmağa qərar verdim.

– Altay Şükürov və Ziya Əzizli kimdir?

– O, Respublika Baş Dövlət Yol Polisi İdarəsində çalışır, rütbəsi mayordur. Daha sonra öyrəndim ki, məni onunla tanış edənlər də əslində müəyyən plan üzrə hərəkət edirdi. Altay Şükürov məni öz bacısıoğlu Ziya Əzizli ilə tanış edib dedi ki, sənin pulunu bu kişi alacaq. Ziya Əzizli Qalstuklu, cavan bir oğlan idi. Məndən 3500 manat aldılar, bir gün Ziya Əzizli dedi ki, Şəmkir rayon məhkəməsində iş açıb. Mən məsələnin məğzinə varanda gördüm ki, sən demə, Ziya Əzizli mənim adımdan Şəmkir Rayon Məhkəməsində Əli Rzayevə qarşı iş açıb.

– Bunu öyrənəndə nə cür reaksiya verdiniz?

– Mən dedim ki, axı mən Əli Rzayevə pul verməmişəm. Altay Şükürov və Ziya Əzizli mənə dedilər ki, yuxarılar belə məsləhət bilib, məhkəmə prosesində pulu Anar Məhərrəmovun üzərinə yönəldəcəklər. Guya, Anar Məhərrəmov dövlət qulluqçusu olduğuna görə, bu iş birbaşa alınmırmış… Mən inandım, səbir göstərdim. Bir gün Ziya Əzizli mənə zəng edib görüşmək istədiyini dedi. O qayıtdı ki, bəzi adamlar bu işə təsir göstərməyə çalışır, amma sən 7500 dollar versən, mən məsələni tez həll edərəm.

– Ziya Əzizli 7500 dolları hansı xərclər üçün istəyirdi?

– Guya harasa verəcək, mənim işi udmağıma yardımçı olacaqdı. Mən ondan bir daha Anar Məhərrəmovu nə vaxt məsuliyyətə cəlb etdirə biləcəyimizi soruşdum. O isə dedi ki, bir az səbir elə, bu işlər birdən olmur…

– Siz bu dəfə də ona inandınız?

– Xeyir, onsuz da içimdə şübhələr baş qaldırmışdı. Mən bir oyundan çıxıb növbəti oyuna düşdüyümü anlamışdım. Amma hüquqi savadım və məhkəmə işlərindən məlumatım olmadığına görə, məsələyə müstəqil şəkildə aydınlıq gətirməyə çətinlik çəkirdim. Mən Ziyadan dayısının nə düşündüyünü soruşdum. O isə dedi ki, dayım bilməsin, bu pulu mənə verəcəksən.

– Onunla razılaşdınız?

– Şifahi olaraq, “yaxşı, fikirləşərəm, görüm nə tapıram” deyib ondan ayrıldım. Sonra dost-tanışdan soraqlaşıb, bir neçə peşəkar hüquqşünasla məsləhətləşdim. Məlum oldu ki, Ziya Əzizli və dayısı Altay Şükürov məni “yuxarılar belə məsləhət bilir” deməklə, çıxılmaz bir yola sürükləmək istəyirdilər. Onlar bu iddia işi ilə həm məndən pul qoparır, həm də boynuma qoyurdular ki, guya mən həqiqətən də külli miqdarda pulu Əli Rzayevə vermişəm.

– Bu şəxslərdən harasa şikayət etdinizmi?

– Altay Şükürova onun rəisi, bizim rayonun fəxri olan Ramiz Zeynalova xatir inanmışdım və həqiqəti öyrəndikdə çox sarsıldım. Əvvəlcə, gedib Şəmkir Rayon Məhkəməsindəki iddia ərizəsini geri götürdüm. Mən vəzifə səlahiyyətlərindən “reketlik” üsuluyla sui-istifadə edən Anar Məhərrəmovun qurbanı olmuşam, Əli Rzayevlə işgüzar münasibətlərim isə heç vaxt olmayıb. Mənim hüquqlarımı müdafiə edən Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Daxili İşlər Naziri cənab Ramil Usubova adımdan müraciət edib. Lakin məsələni Baş DYPİ-də necə araşdırıblarsa, “iddialar öz təsdiqini tapmayıb”. Məsələ araşdırılarkən, məni dəvət edib suallar verə bilərdilər, lakin bunların heç biri baş vermədi.

– Məsələ ilə bağlı başqa kimlərə yazmışdınız?

– Mən dəfələrlə Baş prokuror Zakir Qaralova müraciət etsəm də prokurorluq şikayətimə baxmayıb. Sonda prokurorluğun mənim şikayətimə biganə yanaşmasından təngə gəlib ölkə başçısına, Milli Məclisin sədri Oqtay Əsədova və deputat Qənirə Paşayevaya müraciət etdim. Yalnız Qənirə Paşayeva səsimə səs verərək, məktubun araşdırılması üçün Zakir Qaralova əlavə məktubla prokurorluq orqanların araşdırmasına göndərib. Lakin yenə də, heç bir reaksiya yoxdur.

– Mətbuatda çıxan yazılardan sonar DTX-də bir “tərpəniş” hiss etdinizmi?

– DTX idarə rəisi Faiq Şamilov bu yaxınlarda mənə yazdığı son məktubda xəbərdarlıq da edib ki, sosial şəbəkələrdə onun barəsində məlumat yaydığına görə məsüliyyətə cəlb oluna bilərəm. Bilirəm ki, Anar Məhərrəmov hansısa vasitələrlə mənim haqq səsimi batırmağa çalışır. Amma mən susmayacam və mübarizəmi sona qədər davam etdirəcəyəm. Cənab Prezident İlham Əliyev cənablarına və 1-ci Vitse-Prezident Mehriban Əliyevaya da müraciət etmişəm, Baş prokuror Zakir Qaralova da məktub yazmışam. Artıq cəmiyyətdə bu cinayət əməli barədə bilənlər az deyil, mətbuatda da Anar Məhərrəmovun cinayətləri haqda az yazı getməyib.

-Anar Məhərrəmov sizi yenə təhdid edirmi?

– Şikayətlər edərkən, ilk vaxtlarda vatsapda təhqirlər etdi. Sonra dolayı yollarla xəbərlər, təhdid xarakterli “ismarıclar” göndərməyə başladı. Lakin bu yaxınlarda öyrəndim ki, DTX rəhbərliyinin onu cəzalandıracağından ehtiyat edib, özünü hospitala yatırdıb. Halbuki, halal zəhmətilə iş quran sahibkarları şantaj və təhdid edən insanların yeri həbsxanadır. Bunun danılmaz həqiqət olduğunu Cənab Prezident də sübut etmiş oldu. İnanıram ki, dövlətin açar mövqelərində əyləşən şəxslər Prezidentin nümunəsinə uyğun davranaraq, Anar Məhərrəmov barəsində də tədbirlər görəcəklər.

LEGİON.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: K, ALTAY, MENE, ShLEYEN, DYP DE, YUXARLARLA, BASh, DANShB, DED, ShUKUROV
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ