yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Etibar Məmmədov Mütəllibovu suçladı: - “…KQB-nin agentləridir”

Etibar Məmmədov Mütəllibovu suçladı: - “…KQB-nin agentləridir”
19-01-2018, 13:56 175 dəfə baxılıb

Keçmiş Sovet ordusunun Bakıda törətdiyi yanvar qırğınından 28 il ötür. Bu illər ərzində imperiyaya bağlı qüvvələr günahı xalq hərəkatının liderlərinin üzərinə atırlar.

Cebhe.info-nun müsahibi Milli Azadlıq Hərəkatının liderlərindən biri, AXC İdarə Heyətinin keçmiş üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovdur.

-Etibar bəy, 20 Yanvar hadisələri Azərbaycan xalqına nə verdi?
-20 Yanvar Azərbaycanda istiqlal, azadlıq və müstəqillik ideyalarını daha da gücləndirdi. Xalq bu ideyalara doğru daha qətiyyətli və daha əzmkar addımlar atdı. Millətin özünə güvənini və inamını artırdı, əyilməzliyini bir daha ortaya qoydu. Beynəlxalq aləm də, Azərbaycan xalqının dostları da, düşmənləri də xalqın iradəsinin yenilməzliyini təkrar gördülər.

-AXC-nin qurucularından biri Zərdüşt Əlizadə deyir ki, xalq onları dinləsəydi, radikalların arxasınca getməsəydi, 20 Yanvar qırğını olmayacaqdı. Sizcə, onun mövqeyi doğrudurmu?
-Xalq onları eşidə, dinləyə bilməzdi, çünki onların xalqla əlaqələri yox idi.

-20 Yanvar qırğınından qaçmaq olardımı? Faciənin miqyasının böyük, itkilərin çox olmasını kimlər istəyirdi?
-20 Yanvar qırğınından qaçmağa cəhd etmək olardı. Azərbaycanda siyasi hakimiyyətdə olanlar öz üzərlərinə düşən vəzifələri yerinə yetirib, xalqın tələblərinə qulaq asıb, bu tələbləri yerinə yetirsəydi, bu qırğınlardan qaçmaq olardı. Faciənin miqyasını isə xalqa cəza verənlər belə istəyirdilər. Bu qırğını hazırlayanlara belə lazım idi.

-Ayaz Mütəllibovun adamları, keçmiş kommunistlər 20 Yanvar qırğınına görə əsasən sizi, Nemət Pənahlını, Xəlil Rzanı suçlu sayırlar. Bu hadisələrə görə özünüzü suçlu sayırsınızmı?
-20 Yanvar qırğınlarına görə suçlu olanlar bu cinayəti hazırlayanlar və həyata keçirənlərdir. O cümlədən daşıdığı yüksək vəzifə məsuliyyətinə görə xalqı qorumağa borclu olan Ayaz Mütəllibov və onun kommunist komandasıdır. Mən bütün hərəkətlərimi düzgün hesab edirəm. Məhkəmədə də bunu elan etmişəm.

-İddia olunur ki, AXC-ni keçmiş Dövlət Təhlükəsizlik Komitəsi (KQB) yaratmış, İdarə Heyətinə öz adamlarını yerləşdirmişdi. Bu barədə nə deyə bilərsiniz?
-Bunu iddia edənlərin özləri KQB-nin agentləri və ya onun təsiri altında olanlardır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Mutellibovu, KQB nin, Memmedov, , Etibar, agentleridir, suchladi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ